Məhkəmə qərarları › İş №3(060)-618/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-618/2021

01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-618/2021 01.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair 14 fevral 2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər polis idarəsi 4-cü polis bölməsinin rəisi polis mayoru, X3 tərəfindən tərtib etmiş İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinə istinadən tərtib edilmiş MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətində göstərmişdir ki, 14.02.2021-ci il tarixdə Sumqayıt şəhəri 4-cü PB-nin şöbəsi rəisi, polis X1 tərəfindən MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda qeyd edilir ki, 14.02.2021-ci il tarixində saat 17:00-da Sülh küçəsində tibbi maskadan istifadə etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta (xətalar) törədilmişdir. O, bu qərara etirazını bildirmiş və savadsızlığımdan qərara imza etmişdir. Qərarda göstərilən qanun pozuntularının heç birisi onun tərəfimdən pozulmamışdır. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq şikayət ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. O, həmin qərardan narazı, onu qanunsuz, əsassız, ən başlıcası ədalətsiz hesab etmişdir. O, hesab edir ki, Sumqayıt şəhər DYPS Polis X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsinə istinadən tərtib edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. İnzibati xəta haqqında qərardan şikayətə baxılması 01 mart 2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş şikayət vermiş şəxs və Sumqayıt şəhər polis idarəsi 4-cü polis bölməsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisəli qərardan görünür ki, X4 barəsində 14 fevral 2021-ci il tarixdə saat 17:00-da MN № ******* saylı qərar qəbul edilərək o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq 200,00 (iki yüz) manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Sumqayit şəhəri 4-cü polis bölməsinin 14 fevral 2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas ola biləcək sübut növləri şikayətçi X4 tərəfindən məhkəməyə təqdim olunmamışdır. Beləliklə də inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X2 İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və X2 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İnzibati xəta haqqında MN № ******* saylı, 14 fevral 2021-ci il tarixli qərardan X4 tərəfindən verilmiş şikayət təmin olunmasın, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar