Məhkəmə qərarları › İş №3(060)-620/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-620/2022

28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-620/2022 28.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1973-cü ildə Sumqayıt şəhərində anadan olmuş, işləməyən,ünvan 1 ünvanında qeydiyyatda olan İbrahimova Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 tərəfindən 28.02.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin 8İ-13874 saylı, 25.11.2020-ci il tarixli icra qeydi, Sumqayıt şəhəri 3 Saylı Notariat Ofisinin 8İ-163 saylı,09.01.2021-ci il tarixli icra qeydi və Sumqayıt şəhər 3 Saylı Notariat Ofisinin 8İ-1240 saylı, 12.02.2021-ci il tarixli icra qeydlərinə əsasən icra sənədi üzrə borclu Şəxs cəmi 4836 (dörd min səkkiz yüz otuz altı) manat tutularaq icra sənədi üzrə tələbkar “X6” ASC-yə ödənilməlidir. Tərtib olunmuş protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 bildirdi ki, icra məmuru X1 tərəfindən 28.02.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin 8İ-13874 saylı, 25.11.2020-ci il tarixli icra qeydi, Sumqayıt şəhəri 3 Saylı Notariat Ofisinin 8İ-163 saylı,09.01.2021-ci il tarixli icra qeydi və Sumqayıt şəhər 3 Saylı Notariat Ofisinin 8İ-1240 saylı, 12.02.2021-ci il tarixli icra qeydlərinə əsasən icra sənədi üzrə borclu Şəxs cəmi 4836 (dörd min səkkiz yüz otuz altı) manat tutularaq icra sənədi üzrə tələbkar “X6” ASC-yə ödənilməlidir. İcra sənədi üzrə borclu şəxs tərəfindən hazıradək borcdan heç bir ödəniş edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs- Şəxs bildirdi ki, həqiqətən də 28.02.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin 8İ-13874 saylı, 25.11.2020-ci il tarixli icra qeydi, Sumqayıt şəhəri 3 Saylı Notariat Ofisinin 8İ-163 saylı,09.01.2021-ci il tarixli icra qeydi və Sumqayıt şəhər 3 Saylı Notariat Ofisinin 8İ-1240 saylı, 12.02.2021-ci il tarixli icra qeydlərinə əsasən icra sənədi üzrə borclu Şəxs cəmi 4836 (dörd min səkkiz yüz otuz altı) manat tutularaq icra sənədi üzrə tələbkar “X6” ASC-yə ödənilməlidir. Lakin pandemiya ilə əlaqədar maddi vəziyyətinin pis olması ilə bağlı indiyədək ödəniş edə bilməmişdir. Hal-hazırda da işsizdir və işlə təmin olunduqdan sonra borcundan ödənişlər edə bilər. Hazırda mövcud pandemiya səbəbindən heç bir yerdə işləmir. Lakin məşğulluq idarəsinə müraciət etməmişdir. Barəsində inzibati iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş icra sənədi üzrə tələbkarın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə protokol tərtib etmiş və barəsində protokol tərtib edilmiş şəxsi, müdafiəçini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxsnın əməlində inzibati xəta tərkibi vardır və o inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər 3 saylı Notariat Ofisinin 8İ-163 nömrəli, 09.01.2021-ci il tarixli icra qeydindən görünür ki, icra sənədi üzrə borclu Şəxs 4022 manat 01 qəpik (dörd min iyirmi iki manat bir qəpik) tutularaq icra sənədi üzrə tələbkar “X6” ASC-yə ödənilməlidir. İş materiallarında olan Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin 8İ-13874 nömrəli, 25.11.2021-ci il tarixli icra qeydindən görünür ki, icra sənədi üzrə borclu Şəxs 225 manat 27 qəpik (iki yüz iyirmi beş manat iyirmi yeddi qəpik) tutularaq icra sənədi üzrə tələbkar “X6” ASC-yə ödənilməlidir. İş materiallarında olan Sumqayıt şəhər 3 saylı Notariat Ofisinin 8İ-1240 nömrəli, 12.02.2021-ci il tarixli icra qeydindən görünür ki, icra sənədi üzrə borclu Şəxs 589 manat 00 qəpik (beş yüz səksən doqquz manat) tutularaq icra sənədi üzrə tələbkar “X6” ASC-yə ödənilməlidir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin 8İ-13874 saylı, 25.11.2020-ci il tarixli icra qeydi, Sumqayıt şəhəri 3 Saylı Notariat Ofisinin 8İ-163 saylı,09.01.2021-ci il tarixli icra qeydi və Sumqayıt şəhər 3 Saylı Notariat Ofisinin 8İ-1240 saylı, 12.02.2021-ci il tarixli icra qeydlərinə əsasən borclu şəxs Şəxs tərəfindən indiyədək heç bir ödənişin edilməməsi, işsiz olaraq məşğulluqda qeydiyyatda alınmaması onun qərəzli olaraq borcunu ödəməkdən yayındığını göstərir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkəttləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək cərimə edilir və ya işin hallarına görə pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur. İnzibati xətalar Məcəlləsinin 32.1.3-cü maddəsinə əsasən Şəxsnın məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmadı. İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxsnın məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar