Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-620/2023 06.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Protokol tərtib etmiş şəxs: Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin YNHÜ inspektoru X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində doğulmuş, orta təhsilli, evli, 2 azyaşlı uşağı olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin YNHÜ inspektoru Elvin İsmayılov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə inzibati xəta haqqında AP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsində hərəkətdə olan zaman mobil telefondan istifadə etdiyi üçün saxlanılmış, 1260 №-li tibbi müayinə aktına əsasən narkotik maddənin təsiri altında 1 il ərzində təkrar avtomaşını idarə etdiyi aşkarlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, özünə məxsus Chevrolet Cruze markalı, **-GU-*** markalı maşınla Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsində hərəkətdə olan zaman mobil telefondan istifadə etdiyi üçün YPX əməkdaşları onu saxlamışlar. Qayda pozuntusunu izah etmişlər. Ondan şübhələndikləri üçün həkim müayinəsinə dəvət etmişlər. Müayinədə olduğu zaman aşkar olunmuşdur ki, o narkotik vasitə olan AMP və OPİ istifadə etmişdir. Narkoman deyildir, müalicədən təzə çıxmışdır. Əməlindən peşmandır, ailəlidir, 2 azyaşlı uşağı vardır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Buna görə də barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 bildirdi ki, Şəxs narkotik vasitə istifadə etməyi tərgitməyə çalışdığını bildirməsi nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs-Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin YNHÜ inspektoru X5 protokola uyğun izahat verərək qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının 1260 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:20-də narkotik vasitə asılılığı vəziyyətində olmuşdur. İş materiallarında olan Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Chevrolet Cruze minik markalı göy metalik rəngli, 90GO015 dövlət qeydiyyat nişanlı avtomobil Şəxs məxsusdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, TP5324667 saylı inzibati tənbehvermə haqqında qərardan görünür ki, Şəxs Azəərbaycan Respublikası İXM-nin 342.6 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə hesab edir ki, Şəxs avtomobili 1 il ərzində təkrar narkotik maddənin təsiri altında idarə etmişdir. Bu özünün təsdiqedici ifadəsi, tərtib edilmiş protokol və digər sübutlarla təsdiq edilir. Buna görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi 2 azyaşlı uşağının olması və əməlindən peşman olması müəyyən edilmişdir. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində nəqliyyat vasitələrini idarəetmə hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X2 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 05 (beş) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququ məhdudlaşdırılmaqla 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın icra Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-620/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-620/2023
06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver