Məhkəmə qərarları › İş №3(060)-621/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-621/2025

10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-621/2025 10.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs-Sumqayıt ŞPİ-nin 2-ci PB-nin sahə rəisi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Göyçay rayonu, Ləkçılpaq kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi Şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən “Gold Qayalı” markertin qarşısında, aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxsın baş nahiyyəsinə əli ilə zərbə endirməsi əsası ilə İXM-nin 157-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında 2-ci PB-nin sahə rəisi Niyaz Şirinov protokolda göstərilənlərə uyğun izahat verərək, tərəflərin barışmasın nəzərə alaraq qanunamaüvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında İXM-nin 157-ci maddəsi ilə özünün təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən “Gold Qayalı” markertin qarşısında, aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxsın baş nahiyyəsinə əli ilə zərbə endirmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. İnzibati xəta haqqında iş üzrə xitam veriməsini xahiş edir. Şəxs məhkəməyə təqdim etdiyi ərizəsində zərərçəkmiş şəxslə barışdığını, tam ödədiyini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi yoxdur. İnzibati xətanın törədilməsində özünü təqsirli bilir, icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən “Gold Qayalı” markertin qarşısında, aralarında yaranmış mübahisə zamanı Şəxs onun baş nahiyyəsinə əli ilə zərbə endirmişdir. Hazırda Şəxs ilə barışmış, ona qarşı heç bir tələbi yoxdur, icraata xitam veriməsini xahiş edir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Şəxs ilə barışdığını, zərərin ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirərək icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki¸ 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. xx.xx.2025-ci il tarixli MTE və PA X4 Şəxsi tərəfindən verilmiş ekspert rəyindən aydın olur ki, 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Təpə-ənsə nahiyyəsinin qançırı. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır. Müayinədən müayinədən 1 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməmişdir. Xəsarətin özü tərəfindən özünə yetirilməsi az inandırıcıdır. Məhkəmə iclasında iş materialına əlavə edilmiş bir ədəd diskə baxış keçirilərkən hadisənin həqətən də protokolda təsvir edilən formada baş verdiyi müəyyən edilmişdir. İXM-nin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialı, proses iştirakçılarının izahatı ilə birlikdə araşdıraraq və tərəflərin barışdığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-nin 39.1, 53.1.9, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Hadisəni özündə əks etdirən bir ədəd disk iş materialında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar