Məhkəmə qərarları › İş №3(060)-624/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-624/2023

16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-624/2023 16.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin etibarnamə üzrə nümayəndəsi Musayev Ramil Vəkil oğlunun iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət Yanğın Nəzarəti Şöbəsin inspektoru X1 tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, 36-cı məhəllə, Bakı küçəsi, ev 7/11-in 1-ci mərtəbəsi olan Şəxs MMC (VÖEN **********) barəsində 24 fevral 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 36-cı məhəllə, Bakı küçəsi, ev 7/11-in 1ci mərtəbəsi olan Şəxs MMC-yə məxsus ofisdə planlı yanğın texniki müayinə zamanı YTQ № 01-2001 bənd 6.1-6.10, 9.1-9.12 və 10.1-10.4 bəndlərinin tələblərinin pozulmuşdur. Protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Kərim Manafovun ərizəsindən görünür ki, Sumqayıt şəhəri, 36-cı məhəllə, Bakı küçəsi, ev 7/11-in 1-ci mərtəbəsində yerləşən Şəxs MMC-yə xx.xx.2023-cü il tarixdə Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Kərim Manafov xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol geri qaytarılması barədə ərizə vernişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə onu tərtib etmiş səlahiyyətli orqana yəni, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə onu tərtib etmiş səlahiyyətli orqana yəni, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə geri qaytarılsın. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar