Məhkəmə qərarları › İş №3(060)-625/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-625/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-625/2024 14.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X4, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixdə saat 15:15 radələrində ünvan 2də Zərərçəkmiş şəxs döyülməsi ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə MN ******* №li, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinin sahə rəisi polis leytenantı X1 Turanə Məhəmmədəli qızının xx.xx.2023-cü il tarixdə saat 15:15 radələrində ünvan 2də Zərərçəkmiş şəxs döydüyünü, Şəxs əməlində inzibati xəta tərkibi olduğundan barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin vaxt aralarında yaranmış münaqişə zamanı Şəxs da xəsarət almış, bu səbəbdən Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialları olmuş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə sonuncu 1000 manat cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, o, 2014-cü ildə X5 ilə rəsmi nigaha girərək ailə həyatı qurmuş, birgə nigahdan 2015-ci il təvəllüdlü Nihad Nurəliyev və 2017-ci il təvəllüdlü Nuray Nurəliyeva dünyaya gəlmişdir. 2020-ci ildə rəsmi olaraq nigahları pozulmuş, bundan sonra o, ata evinə köçmüş, arada ər evinə gəlib-getmişdir. Məhkəmə qərarı ilə uşaqlarına ümumilikdə hər ay 340 manat aliment pulu ayrılmışdır. Lakin, hazırki vaxta kimi Ülvinin ona 7000 manat aliment borcu var. Buna görə də Ülvi axtarışa verilmiş, o, ailə quraraq Dağıstan Respublikasına getmişdir. Məhkəmə qərarı ilə ona həmin evdə yaşamaq hüququ verildikdən sonra o, ər evində yaşamışdır. xx.xx.2023-cü il tarixdə, təxminən saat 15:15 radələrində evdə olarkən baldızı Zərərçəkmiş şəxs onun otağının qarşısında yolunu kəsərək işi olduğunu demiş, bu zaman onun əlində çaydan olmuşdur. Əlində olan çaydanı otağa qoyub geri qayıtdıqda foyedə Ülviyyə ona “anama bir şey olsa səni öldürəcəm.” sözlərini demişdir. Bunu səbəbi bir gün əvvəl o, evə peyk antenası qoyarkən keçmiş qaynanası X7 peyk antenasını qoşdurmağa və onun bura gəlməyinə irad bildirdiyi üçün aralarında mübahisələri olmuşdur. O isə Ülviyyəyə əhəmiyyət verməyib öz otağına keçmiş və içəri üzdən otağının kilidini vurmuşdur. Az yaşlı qızı Nuray da otaqda imiş. Digər oğlu isə anasıgildə olmuşdur. Elə bu vaxt keçmiş baldızı foyedən təpiklə vuraraq onun otağına açılan taxta qapının şüşəsini sındırmışdır. O, 102 qaynar xəttinə zəng vurmaq üçün telefona əl atmış, həmin vaxt Ülviyyə təkrar qapıya təpik vurub qapının cəftəsini yerindən çıxararaq otağa daxil olmuşdur. Ülviyyə otağa daxil olan kimi onun saçına əl atıb yerə yıxaraq saçını yolmağa başlamışdır. O, özünü müdafiə etmək üçün saçından tutsa da Ülviyyə saçını buraxmamışdır. Bundan başqa dizi ilə alın nahiyyəsinə və təpiklə sağ qarın nahiyyəsinə, həmçinin hər iki qollarına vurmağa başlamışdır. Elə bu vaxt evdə olan qaynı X6, anası X7 və Ülviyyənin həyat yoldaşı otağa girmişlər. Onlar da onu Ülviyyənin əlindən çətinliklə almışlar. Daha sonra isə o, 102 qaynar xəttinə zəng məlumat vermişdir. Onların mübahisələri evin foyesində və onun otağında baş vermiş, təxminən 10 dəqiqə davam etmişdir. Həmin vaxt evdə olan şəxslərdən başqa Məhəmmədin həyat yoldaşı və böyük qaynı Elvinin qızı Fatimə də evdə olmuşdur. Başqa heç bir qonşu onların səsinə ora gəlməmişdir. O, Ülviyyəni vurmamış, döyməmişdir. Əvəzində Ülviyyə onu vurmuş, bu məhkəmə hökmü ilə öz təsdiqini tapmış, sonuncu 1000 manat cərimə edilmişdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 2022-ci ilin fevral ayında X9 ilə rəsmi olaraq ailə həyatı qurmuşlar, hələlik övladlları yoxdur. Lakin, 1-ci evliliyindən üç övladı var və hər üçü onunla birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində anası X2 evinə getmişdir. Bir neçə dəfə qardaşı Ülvinin keçmiş həyat yoldaşı Şəxs onun barəsində yalan sözlər işlətdiyini eşitmişdir. Ona görə də həmin gün saat təxminən saat 15:15 radələrində evdə olarkən keçmiş gəlinləri Turanə ona qarşı qıcıqlandırıcı hərəkətlər etdiyi üçün Turanənin otağının qarşısında foyedə onun qarşısını kəsərək nə üçün onun haqqında artıq əskik danışdığını soruşmuş, Turanə ona “sənin anan bizim gəlinimiz haqqında dediyi üçün məndə sənin haqqında deyirəm” sözlərini demişdir. Bundan sonra Turanə öz otağına keçib qapını bağlamışdır. O, Turanənin bu hərəkətinə əsəbləşərək təpiklə qapını və şüşəsini sındıraraq otağa girmiş, otağa girən kimi Turanənin telefon ilə harasa zəng etmək istədiyini görmüşdür. Həmin vaxt onların aralarında mübahisə baş vermiş və Turanə əlində olan mobil telefonu divanın üstünə ataraq onun saçına əl atıb özünü yerə yıxmışdır. O da əl atıb Turanənin saçından yolmağa başlamış, həmin vaxt Turanə yıxılı vəziyyətdə onun qarın nahiyyəsinə təpik atmışdır. Onlar həmin vaxt bir-birilərinin saçını yolmağa başlamışlar, həmin vaxt otağa qardaşı Elgün, anası Nübar və həyat yoldaşı Cavid otağa daxil olaraq onları ayırmağa çalışmışlar. Çətinliklə də olsa onları ayırmışlar. Bundan sonra otaqdan çıxmışdır. Nə qardaşı, nə anası Turanəni döyməmiş, onlara qarşı heç bir zorakılıq etməmişdir. Sadəcə olaraq onları ayırmağa çalışmışlar. Həmin vaxt evdə adlarını qeyd etdiyi şəxslərdən başqa qardaşı Məhəmmədin həyat yoldaşı Gülnarə və Mahaçqala şəhərində yaşayan qardaşı Elvinin 15 yaşlı qızı Fatimə olmuşdur. Turanə qışqırıb qonşuları çağırsa da, heç bir qonşu ora gəlməmişdir. Onlar dava-dalaş və mübahisələri evin foyesində və Turanənin otağında baş vermişdir. Şəxs şikayətçidir, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. “İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə iş üzrə icraat dayandırılmış, xx.xx.2024-cü il tarixdə icraat təzələnmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 xx.xx.2023-cü il tarixli 1730 saylı rəyindən görünür ki, 1.Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol qulaqarxasının, sağ əlin sıyrığı, sol təpə-ənsə nahiyyəsinin tüklərin dibinə uyğun qansızması. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla, saçların yolunması zamanı əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. 31 oktyabr 2023-cü il tarixli “məhkəməyədək sadələşdirilmiş icraat materiallarının araşdırılması ilə əlaqədar sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair açılmış məhkəməyədək sadələşdirilmiş icraat materiallarının araşdırılması davam etdirilmiş, Şəxs barəsində İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün qərarın surəti aidiyyatı üzrə göndərilməsi qərara alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-90/2024 saylı hökmün surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:15 radələrində ünvan 2də Zərərçəkmiş şəxs Şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurması öz təsdiqini tapmış, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, hökm mübahisələndirilməmiş, 08 fevral 2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarına əlavə edilmiş diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 15.21 radələrində iki nəfər görüntündə əynində yaşlı rəngli kofta, qara rəngli şalvar olan və onunla üzbəüz əynində qara rəngli pencək, ağ rəngli kofta, mavi rəngli cins şalvarda olan iki nəfər xanım evin foyesində bir-birləri ilə söhbət etdikləri müşahidə olunur, həmin an əynində qara rəngli pencək, ağ rəngli kofta, mavi rəngli cins şalvarda olan xanım otağa daxil olaraq qapını içəri üzdən kilidləyir, əynində yaşlı rəngli kofta, qara rəngli şalvar olan xanım həmin qapıya 4 dəfə ardıcıl təpik zərbələri vuraraq qapının şüşələrini və qapını sındıraraq içəri daxil olaraq mən sənə söz deyirəm sən isə 102-yə yığırsan sözlərini dediyi eşidilir, həmin an bir nəfər görüntüyə düşməyən xanım “bibi yaxşı, yaxşı bibi” deyərək otağın qapısını sındırıb içəri daxil olan xanımı sakitləşdirmək istəyir. Ani olaraq otaqdan qışqırıq səsi eşidilir və bir nəfər saqqalı, əynində göy rəngli kofta, ağ-qara damalı şortikdə olan oğlan səs gələn otağa daxil olur. Həmin vaxt otaqdan uşağın qışqırıq səsi eşidilir və otaqda qapını sındıraraq otağa daxil olan xanımın biraz əvvəl foyedə söhbət etdiyi xanımın arxası üstündə döşəmənin üzərində olduğu onun isə həmin xanımın saçından tutub yolduğu müşahidə edilir. Həmin vaxt ağqaradamalı şortikdə olan oğlan bir-birlərin saçını yolan iki nəfər xanımı ayırmağa cəhd edərkən əynində ağ-qara damalı don olan yaşlı qadın otağa daxil olur, o da yerdə birbirlərinin saçını yolan xanımları ayırmağa cəhd etdiyi görünür, daha sonra əynində qara rəngli gödəkçəsi və boz rəngli şalvar olan oğlan sağ əli cibində otağa daxil olur, o da döşəmənin üzərində bir-birilərinin saxını yolan xanımları ayırmağa çalışdıqda arxa tərəfdə azyaşlı qız uşağının onların bu hərəkətlərinə qışqıraraq buraxın, buraxın təkrar burax Turanə dediyi görünür və eşidilir. Daha sonra əynində ağ-qara damalı don olan yaşlı qadın əynində qara rəngli pencək, ağ rəngli kofta, mavi rəngli cins şalvarda olan və döşəmənin üzərində oturaq vəziyyətdə qalan xanımın saçını dartaraq kənara çəkilir və qapıdan döşəmənin üzərində olan şüşə qırıntılarının üstündən foyeyə çıxdığı müşahidə olunur. Daha sonra əynində yaşlı rəngli kofta, 3 rəngli şalvar olan xanım hər iki dizini divanın üstünə qoyaraq yerdə döşəmənin üstündə oturaq yyətdə olan xanıma “mən sənin üçün başqası deyiləm anama bir şey olsa səni sürüyərəm” dediyi müşahidə edilir. Daha sonra isə ağ-qara damalı şortikdə olan oğlan və əynində qara əli gödəkçəsi və boz rəngli şalvar olan oğlan əynində yaşlı rəngli kofta olan xanımın qollarından tutaraq bayıra çıxararkən həmin xanım geriyə çevrilərək yerdə qalan xanımın ünvanına təhqiramiz ifadə işlətdiyi eşidilir. Daha sonra foyedən yenə də həmin xanıma təhqiramiz ifadələr işlədir. Daha sonra yenə “mən ona bir söz dedim o girdi içəri telefonu əlinə, mən ona neynədim ki” bildirdikdə kənardan bir nəfər görünməyən xanımın asta səslə “səsiniz ora gəlir” dediyi eşidilir. Daha sonra həmin xanım istiyirsən dünyanın 102-ni yığ bura, səndə 102-yə zəng elə dediyi eşidilir və vidiegörüntü bitir, videogörüntü iki dəqiqə 24 saniyə davam edir. İXM-nin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata xitam verilir Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, protokol tərtib edilmiş şəxsin izahatı ilə birlikdə araşdıraraq, işin hallarını, xəsarətin xarakterini, nəzərə alaraq hesab edir ki, Şəxs tərəfindən İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməmişdir. Təqdim edilmiş materiallardan birmənalı olaraq hadisənin zərərçəkmiş şəxsin göstərdiyi kimi cərəyan etməsi barədə qənaətə gəlmək mümkün deyildir. Ekspert rəyi ayrılıqda protokolda göstərilənlərin təsdiq edilməsi üçün kifayət etmir. İşdəki sübutlarla birmənalı olaraq zərərçəkmiş şəxsə xəsarətin Şəxs tərəfindən və qəsdən törədilməsi təsdiq edilmir, işdə olan şübhələr də sonuncunun xeyrinə həll olunmalıdır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmiş, Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2, 114-115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar