Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-63/2025 06.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt ŞPİ 4-cü Polis Bölməsinin sahə rəisi Elvin Bayramovun, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs Elçin qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1974-cu ildə anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Kristal ünvan 2aşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:00 radələrində yaşadıqları mənzildə mübahisə zamanı Zərərçəkmiş şəxs Elçin qızını döyməsi ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə MN ******* №li, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş 4-cü PB-nin sahə rəisi Elvin Bayramov tərtib etdiyi protokola uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qarşılıqlı xəsarətlər yetirildildiyi üçün hər iki şəxs barəsində İXM-nin eyni maddəsi ilə ayrıayrı protokollar tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək göstərdi ki, qızı Nərminənin Elçin adlı şəxslə münasibətinə qarşı olduğu üçün ondan yaşadığı evi tərk etməyi istəmişdir. Buna görə də 20 noyabr 2024-cü il tarixində axşam radələrində yaşadıqları evdə qızı ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı ayağındakı tapıçka (başmaqla) qızı Nərminənin ayağına vurmuşdur. Qeyd edir ki, qızının sevgilisi Elçin Niftəliyev daim yaşadıqları həyətə gələrək söyüşlər söymüş, qonşular oğlanın hərəkətlərindən narahat olduqlarını ona bildirmişlər. Həmçinin bildirir ki, bir dəfə də Xəzər yaşayış kompleksinin yanında X2 döyərək ona müxtəlif bədən xəsarətləri yetirmiş, iş məhkəmə müstəvisinədək gəlmişdir. Məhkəmə Elçini 300 manat məbləğində cərimə etmişdir. Hətta oğlunu həmin oğlanla qarşılaşmamaq üçün Türkiyə respublikasına belə göndərmişdir. Əməlindən peşmandır, məqsədi qızını döymək olmamışdır. Bunları qızını Elçindən müdafiə etmək məcburiyyətində qaldığı üçün etmişdir. Qeyd olunanlara əsasən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, anası Şəxs ilə qeyd olunan ünvanda birlikdə yaşayır. Təxminən 3 il olar ki, Elçin Niftəliyev ilə sevgi münasibəti vardır. Anası onun Elçinlə olan münasibətinə qarşı olduğu üçün aralarında tez-tez mübahisələr yaranmışdır. Noyabrın 20-si 2024-cü il tarixdə axşam radələrində yaşadıqları evdə anası ilə arasında mübahisə yaranmışdır. Mübahisə zamanı anası ondan evi tərk etməsini tələb etmişdir. O isə anasına bir neçə gün sonra evi tərk edə biləcəyini bildirmişdir. Bu zaman anası ayağı ilə onun sol ayağına bir neçə zərbələr endirmişdir. Başmaqla onun başına vurmuşdur. Aralarındakı münaqişə təxminən 3-5 dəqiqə olmaqla davam etmişdir. Qeyd edir ki, Elçin Niftəliyevlə aralarında yaranan münaqişə zamanı sonuncu onu döymüş, gözünün alt hissəsində qançır xəsarəti yaranmışdır. Məhkəmə Elçini cərimə etmişdir. Sonuncu hadisə vaxtı dayısı ilə anası onu birlikdə döymüşlər, dayısı onun sinəsindən, qollarından vurraraq xəsarət yetirmişdir. Dayısı onu divara söykəyib yumruqla vurmuş, saçından tutub sürümüşdür. Qeyd edir ki həmin vaxt 1 metr mesafə qalmışdır ki, binanın eyvanından onu aşağı atsınlar. Hətta 1 gün qabaq da anası onu baldır nahiyyəsindən vurmuşdur. Bildirir ki, anası ilə aralarında barışıq mümkün deyil. Qeyd olunanların nəzərə alınmasını, anasının həbs olunmamasını, lakin cərimə olunmasını məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı Əhmədağa Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. MTE və PA X5 Şəxsindən daxil olmuş 1983 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: döş qəfəsinin ön səthinin, sol əlin sıyrıqları, sol baldırın qançırı. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən əllə, ayaqla vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1-2 gün əvvəl olmaqla 20-xx.xx.2024-cü il tarixlərə uyğun gələ bilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığıa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməmişdir. Məhkəmə inzibati xətaya dair materialları barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici ifadəsi və digər iş materialları ilə tam təsdiq edilir. Bu səbəbdən Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. İXM-nin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən İXM-nin 157-ci inzibati tənbeh tətbiq edilməsi rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin məcəllənin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı Əhmədağa Hüseynov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Həmin məcəllənin 39.1-ci maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, anası Şəxs şikayətçidir, barışmaq istəmir. Məhkəmədə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş sahə rəisi Elvin Bayramovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini, yaşını, məsuliyyətini yüngülləşdirən hallar, ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X1 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-63/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-63/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver