Məhkəmə qərarları › İş №3(060)-631/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-631/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-631/2024 03.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qararından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Qərardan şikayət vermiş şəxs X2 müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi Xırdalan Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi Xırdalan Vəkil Bürosunun vəkili Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs X5 onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarından şikayət verərək qərarın ləğv edilərək inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi Xırdalan Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, X5 barəsində DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı protokol tərtib edilmişdir. Protokola görə X4 izahatı və təqdim etdiyi sübutlarda (yazışmalarda) onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək "xxxx" MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yetirilməsinə cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli protokol əsas tutularaq, xx.xx.2024-cü il tarixdə vətəndaş X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törötməkdə təqsirli bilinərək, barəsində MN seriyalı, ******* saylı qərarla 4000 (dörd min) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Eyni məzmunlu inzibati tənbeh haqqında hüquqi şəxs "xxxx" MMC barəsində də protokol tərtib edilmiş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(060)-397/2024 nömrəli qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törötməkdə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində cərimə edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-397/2024 nömrəli qərarından tərəflərindən apellyasiya şikayəti verilmiş və inzibati xəta haqqında material baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş və həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(105)- 173/2024 nömrəli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)- 397/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə əldə etmiş olduqları qarşı tərəfin təqdim etdiyi sənədlərdən də görünür ki, qurum inzibati tənbeh haqqında xx.xx.2024-cü il tarixli qərarı qəbul edərkən X4 izahatına və onun təqdim etdiyi "WhatsApp" programı üzərindən olan “Turizm sorğu” adlı whatsapp qrup yazışlarına əsaslanılmışdır. Həmin yazıların həqiqiliyinə şübhə halından başqa, qeyd edilməlidir ki, yazışlar G.Hommadova tərəfindən aparılmaması açıq şəkildə görünür. Ümumiyyətlə izahatı alınmış G.Mirzalıyeva özünün izahatında da G.Hommadovanı tanıması, onunla ünsiyyətdə olması, onun tərəfindən hər hansı vədin və ya pul ödənişinin verilməsi kimi hallar göstərilməmişdir. Bununla da inzibati xəta hadisəsinin olması halı və G.Hommadovanın həmin inzibati xətanın törədilməsində təqsirli olması halı müəyyən edilmir. Bundan başqa vətəndaş G.Mirzalıyeva izahatından görünür ki, 22, 23, 24 sentyabr tarixlərində "xxxx" MMC-də əmək müqaviləsi bağlanılmadan işə başlamış, işinin məzmunu isə 3 gün, hər gün 3 saat olmaqla turistlərindən sorğu aparmaq (sonuncuların Azərbaycanın bölgələrində olub-olmamalarına dair) olmuş və yekun olaraq, bu işə görə hər 3 saat üçün 30 manat olmaqla, toplam 90 manat məbləğində qonorar vəd edilmiş, yekunda ona 30 deyil, 24 manatdan ödəniş edilmişdir. Sadalananlardan göründüyü kimi ümumiyyətlə G.Mirzalıyevaya verilmiş vəd əmək münasibətindən deyil, mülki hüquq münasibətindən yaranmışdır. Belə ki, qısa müddət ərzində, daimi xarakter daşımayan, kiçik qonorar müqabilində bir dəfə üçün nəzərdə tutulmuş tapşırıqdan ibarət münasibət tərəflər arasında əmək münasibəti yarada bilməzdi. Bir daha qeyd edir ki, sözügedən G.Mirzalıyevanın "xxxx" MMC ilə əlaqəsi olmamış, G.Hommadova tərəfindən ona hər hansı tapşırıq verilməmiş, MMC-nin həmin işlərini Həmid adlı şəxs görmüşdür. O, məlumatları toplamış, "xxxx" MMC-də təlimlər keçərək müvafiq göstərişlər vermiş, MMC-nin işlərinə dair elektron məlumatların göndərilməsini də Həmid adlı şəxs etmişdir. Araşdırılma aparılarkən bu xüsusatlar araşdırılmamışdır. Ona görə də, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilərək yenidən baxılmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törötməkdə təqsirli bilinərək 4000 (dörd min) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Eyni məzmunlu inzibati tənbeh haqqında hüquqi şəxs "xxxx" MMC barəsində də protokol tərtib edilmiş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(060)- 397/2024 nömrəli qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törötməkdə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində cərimə edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-397/2024 nömrəli qərarından tərəflərindən apellyasiya şikayəti verilmiş və inzibati xəta haqqında material baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş və həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(105)- 173/2024 nömrəli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)- 397/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsində inzibati xəta haqqında materiala baxan zaman X1 Gültəkin Surxay qızı ilə əlaqəsinin olmadığını bildirsə də, izahatlarla və iş materiallarında olan sübutlarla inzibati xətanın törədildiyi sübuta yetirilmişdir. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarına əsasən müəyyən olunmuşdur ki, törədilən inzibati xətaya görə həm hüquqi şəxs, həm də vəzifəli şəxs məsuliyyətə cəlb edilə bilər. Ona görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərardan görünür ki, X4 izahatı və təqdim etdiyi sübutlarda (yazışmalarda) onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək "xxxx" MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yetirilməsinə cəlb edilmişdir. Ona görə də, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında oaln X4 izahatından görünür ki, 22, 23, 24 sentyabr tarixlərində "xxxx" MMC-də əmək müqaviləsi bağlanılmadan işə başlamış, işinin məzmunu isə 3 gün, hər gün 3 saat olmaqla turistlərindən sorğu aparmaq (sonuncuların Azərbaycanın bölgələrində olubolmamalarına dair) olmuş və yekun olaraq, bu işə görə hər 3 saat üçün 30 manat olmaqla, toplam 90 manat məbləğində qonorar vəd edilmiş, yekunda ona 30 deyil, 24 manatdan ödəniş edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş və həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(105)-173/2024 nömrəli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(060)-397/2024 nömrəli qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törötməkdə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində cərimə edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş və həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(105)-173/2024 nömrəli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-397/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə qərardan şikayət vermiş X2 müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi Xırdalan Vəkil Bürosunun vəkili Vəkil və qararından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, X6 izahatında 22, 23, 24 sentyabr tarixlərində "xxxx" MMC-də əmək müqaviləsi bağlanılmadan işə başlamasını bildirmiş, eyni məzmunlu inzibati tənbeh haqqında hüquqi şəxs "xxxx" MMC barəsində də protokol tərtib edilmiş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(060)-397/2024 nömrəli qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törötməkdə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində cərimə edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-397/2024 nömrəli qərarından tərəflərindən apellyasiya şikayəti verilmiş və inzibati xəta haqqında material baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş və həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(105)-173/2024 nömrəli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-397/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törötməkdə təqsirli bilinərək 4000 (dörd min) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarı ilə də müəyyən olunmuşdur ki, törədilən inzibati xətaya görə həm hüquqi şəxs, həm də vəzifəli şəxs məsuliyyətə cəlb edilə bilər. Məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsi üçün heç bir hüquqi əsas müəyyən olunmamışdır. Ona görə də verilmiş şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar