Məhkəmə qərarları › İş №3(060)-633/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-633/2023

09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-633/2023 09.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Protokol tərtib etmiş şəxsin nümayəndəsi: Sumqayıt ŞPİ-nin 1-ci PB-nin polis sahə rəisi polis kapitanı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 19, otaq 47 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixində saat 01:00 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, polisin qanuni tələblərinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Məhkəmədə protokol tərtib etmiş şəxsin nümayəndəsi Sumqayıt ŞPİ-nin 1-ci PB-nin polis sahə rəisi polis kapitanı X2 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixində saat 01:00 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində polis əməkdaşları onu nizamintizama dəvət etsələr də, polisin qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, Şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə raport əsasında təhvil verilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o özü taksi fəaliyyəti ilə məşğuldur. xx.xx.2023-cü il tarixində saat 01:00 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində müştəri aparmışdır. Müştərini mənzilə düşürtmüşdür. Daha sonra səhhətində narahatçılıq olduğu üçün sanitar qovşaq axtarmaq məqsədilə avtomobildən düşmüş və kiçik ölçülü ağac kollarına daxil olmuşdur. Bir neçə dəqiqə sonra həmin yerdə yaxınlıqda xidmət aparan PPX avtomobilinin sayrışan işıqlarla onun yaxınlığında dayandığını görmüşdür. Utandığından dayandığı yerdən çıxmayıb onlara yaxınlaşmamışdır. Bu zaman polis əməkdaşları ona yaxınlaşmışlar və özlərini ona təqdim etmişlər. Onunla profilaktik söhbətlər edib onu ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Bu zaman o polis əməkdaşları ilə aqressiv davranıb onlarla bir qədər mübahisə etmişdir. Əsəbi olduğu üçün polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlarla birlikdə polis bölməsinə getməkdən imtina etmişdir. Onlar bir qədər də mübahisə etdikdən sonra polis əməkdaşları ona fiziki güc tətbiq edərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nə təmin etmişlər. Hadisədən 5 dəq qabaq müdirlə mübahisə etdiyi üçün əsəbiləşmişdir. Etdiyi əməldən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs, protokol tərtib etmiş şəxsi və şahidi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir, məsuliyyətini yüngülləşdirən hal isə əməlindən peşman olmasıdır. Beləliklə, İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan “İnzibati qaydada tutma” protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 01:30-da tutulmuş və xx.xx.2023-cü il tarixdə saat 10:20-də azad olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:30-dan xx.xx.2023-cü il tarixə, saat 10:20dək tutulduğu müddət nəzərə alınsın və üzərində 150 (bir yüz əlli) manat cərimə tənbehi saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar