Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-633/2024 29.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Şəxs MMC-nin barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət X5 daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsi Dövlət X8 inzibati təcrübə üzrə inspektor polis kapitanı X4 tərəfindən xx.xx.2024-ci il tarixdə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs MMC tərəfindən məhkəməyə elektron qaydada etiraz ərizəsi ünvanlanmışdır. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd edilən iş üzrə Yol polisinin məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli 58-6/2- 1073 saylı məktubdan da göründüyü kimi “MMC-nin istifadəsində olan “Toyota” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X3 (sürücülük vəsiqəsi AD065879) barəsində yol vərəqəsinə dair məlumatları Sumqayıt $Pİ DYŞP-nə vaxtında təqdim edilib, lakin texniki səhv olaraq BDYPİ-nin X1 (MİS) daxil edilməmişdir. Hal- hazırda qevd olunan texniki səhv aradan qaldırılaraq, sürücü barəsində yol vərəqəsinə dair MİS-də müvafiq qeydlər aparılmış, törədilmiş inzibati xətaya yörə inzibati tənbeh vermə haqqında cərimə qərarı qəbul edilmiş, cərimə ödənilmişdir. Qeyd edilən məktubun məzmunundan göründüyü kimi inzibati xətanın törədilməsinə qədər (02 mart 2024-cü il tarixinədək) MMC sürücü haqqında məlumatlar Yol polisinə təqdim edib. Sürücü barədə məlumatlar MMC tərəfindən xx.xx.2024-cü il tarixində təqdim edilib. Lakin Yol polisinin özünün texniki səhvi nəticəsində həmin məlumatlar BDYPİ-nin X1 (MİS) daxil edilməyib. Məhz bu məlumatlar artıq Yol polisində olduğundan Yol polisinin özü həm in məlumatları MİS-nə daxil etmiş, yəni MMC tərəfindən Yol polisinə hər hansı əlavə məlumat təqdim edilməmişdir. Digər fakt ondan ibarətdir ki, Yol polisindən MMC-yə ümumiyyətlə sorğu daxil olmamışdır. Yol polisinin məktubundan da göründüyü kimi məktubun göndərilməsinə də əsas yox idi, çünki Yol polisində artıq müvafiq məlumatlar var idi. Yol polisi inzibati xətanın törədilməsinə qədər artıq onda olan məlumatları MİS-nə daxil etməklə dərhal törədilmiş inzibati xətaya görə inzibati tənbeh vermə haqqında cərimə qərarı qəbul edilmişdir. Qərar qəbul ediləndən dərhal sonra isə MMC cəriməni ödəmişdir. Beləliklə, inzibati xətanın törədilməsinə qədər Yol polisində sorğu ilə tələb olunan bütün məlumatlar mövcud idi, MMC-nin təqdim etdiyi bu məlumatlar Yol polisinin səhlənkarlığı nəticəsində MİS-nə daxil edilməmişdir, Yol polisi tərəfindən sorğu göndərilmədən və MMC tərəfindən əlavə məlumat təqdim edilmədən Yol polisinin özü tərəfindən bu məlumatlar MİS-nə daxil edilmişdir və bu məlumatlar əsasında müvafiq törədilmiş inzibati xətaya görə inzibati tənbeh vermə haqqında cərimə qərarı qəbul edilmişdir. Bütün bunlar bir daha onu göstərir ki, MMC tərəfindən İXM-nin 347-ci maddəsi üzrə hər hansı pozuntuya yol verilməmiş - inzibati xəta hadisəsi olmamışdır. Yol polisinin səhlənkarlığı heç bir halda Şəxs MMC-nin olmayan hadisəyə görə təqsirli bilinərək məsuliyyətə cəlb edilməsinə əsas ola bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət X8 inzibati təcrübə üzrə inspektor polis kapitanı X2 və Şəxs MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakları təmin edilmədiyindən, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 347-ci maddəsinin dispozisiyasından görünür ki, vəzifəli və ya hüquqi şəxslər onların mülkiyyətində olan nəqliyyat vasitələrinin inzibati xəta törədilərkən kim tərəfindən idarə edilməsi barədə məlumatları müvafiq orqanın sorğusu əsasında 5 gün müddətində həmin orqana təqdim etmədikləri halda, həmin maddədə nəzərdə tutulmuş inziabti xətanı törətmiş hesab edilirlər. Göründüyü kimi hazırkı protokol ona görə tərtib edilmişdir ki, Şəxs MMC onun mülkiyyətində olan “Toyota Camry” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin kim tərəfindən idarə edilməsi barədə məlumatları 5 gün müddətində Sumqayıt ŞPİ-nin Dövlət X8ə təqdim etməmişdir. Lakin, protokola belə bir məlumatların Şəxs MMC-dən tələb edilməsi, həmin məktubun MMC tərəfindən alınması və alındığı vaxtdan 5 gün müddətində müvafiq məlumatın verilməməsi barədə iş hər hansı məlumat təqdim edilməmişdir. İXM-in 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-633/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-633/2024
29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver