Məhkəmə qərarları › İş №3(060)-636/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-636/2024

05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-636/2024 05.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, qərardan şikayət vermiş şəxs Nəcəfov Emin Vaqif oğlunun iştirakı ilə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X5 inzibati tənbeh vermə haqqında 12 mart 2024-cü il tarixli, TP ******* saylı qərarından Nəcəfov Emin Vaqif oğlu tərəfindən verilmiş şikayətə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Nəcəfov Emin Vaqif oğlu Sumqayıt şəhər Polis İdarəsi Dövlət X5 12 mart 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək Azərbaycan Respublikası DİN-nin baş Yol Polis İdarəsinin Tağım null polis baş serjantı XXX X3 tənbeh vermə haqqında İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN BDYPİ-nın Tağım null polis baş serjantı XXX Ruslan Ramiz xx.xx.2024-cü il tarixli, İXP ******* N-li protokol tərtib etmiş və Nəcəfov Emin Vaqif oğluna elektron bildiriş göndərək Azərbaycan Respublikası İXM-nin 353.2.maddəsinə əsasən 600 manat cərimə edildiyi bildirilmişdir. Nəcəfov Emin Vaqif oğlunun idarə etdiyi ** HL *** dövlət qeydiyyatlı, 65115 KAMAZ markalı avtomaşınım xx.xx.2024-cü il tarixdə Bakı-Quba yolunun 46-cı km- də saxlanılmış və haqqında protokol tərtib edilmişdir. Onun maşını yüklənərkən tərəzidə çəkilmiş, 24 500 ton yük olmuşdur. Saxlanılarkən onların tərəzisi düz işləməmişdir. Tərəzi onların dediyinə görə 26,20 ton yük göstərmişdir. X6 Vaqif oğluna qəbz verməmişlər. O onların tərəzisinin düz çəkmədiyini bildirmişdir. Nəcəfov Emin Vaqif oğlu tərəfindən verilmiş şikayət xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə iclasında Nəcəfov Emin Vaqif oğlu şikayətinə uyğun izahat verərək həmçinin bildirdi ki, o yük avtomobili idarə edir. Yol polisi tərəfindən saxlanılaraq xüsusi tərəzidə avtomobili çəkilmiş və normadan artıq yükləndiyi üçün cərimə edilmişdir. O, avtomobillə mişar daşı daşıyırdı. Yola çıxmazdan əvvəl mişar daşının hər birinin çəkisinə uyğun olaraq yükün ümumi çəkisi müəyyən edir. O, avtomobili normadan artıq yükləməyib. Həmçinin yola çıxmazdan əvvəl xüsusi tərəzidə avtomobili çəkmişdi. Lakin, bununla bağlı hər hansı sübutu yoxdur. Qeyd edilənlərə əsasən barəsindəki inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə hazırkı işə qərarı qəbul etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin və qərar qəbul etmiş şəxsin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, Nəcəfov Emin Vaqif oğlu barəsində xx.xx.2024-cü il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən Nəcəfov Emin Vaqif oğlu barəsində İXM-in 353.2-ci maddəsi ilə 12 mart 2024-cü il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 600 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 99.1.1ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər və əsaslardır. İXM-in 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Şikayətçi avtomobili normadan artıq yükləmədiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, o hər bir mişar daşının çəkisinə uyğun olaraq yükün ümümi çəkisini müəyyən etdiyini bildirsə də, məhkəmə hesab edir ki, avtomobilin yüklə birlikdə ümumi çəkisi qeyd edilən şəkildə müəyyəne dilə bilməz. Həmçinin şikayətçi avtomobili yola çıxmazdan əvvəl xüsusi tərəzidə çəkdirdiyini bidirsə də, həmin halla bağlı məhkəməyə hər hansı mötəbr sübut təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən qəbul olunmuş 12 mart 2024-cü il tarixli, TP ******* saylı qərar qanunvericiliyin tələblərinə uyğundur və Nəcəfov Emin Vaqif oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Kamaz 65115 yük markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Nəcəfov Emin Vaqif oğlu İXM-in 353.2-ci maddəsinin tələblərini pozmuşdur. DYPŞ-nin 12 mart 2024-cü il tarixli, TP ******* №li qərarı ilə Nəcəfov Emin Vaqif oğlunun 600 (altı yüz) manat cərimə olunması qərara alınmışdır. Məhkəmə iclasındakı araşdırma zamanı Nəcəfov Emin Vaqif oğlunun İXM-nin 353.2-ci maddəsinin tələbini pozmaqla qeyd olunan qayda pozuntusuna yol verməsi məhkəməyə təqdim edilən materiallarda öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, DİN BDYPİ Polis X1 tərəfindən qəbul olunmuş 12 mart 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunidir, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. Buna görə də Nəcəfov Emin Vaqif oğlunun şikayəti təmin olunmamalıdır. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və İXM-nin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 12 mart 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Nəcəfov Emin Vaqif oğlu tərəfindən verilmiş şikayət təmin olunmasın, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar