Məhkəmə qərarları › İş №3(060)-637/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-637/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-637/2025 17.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını uşaqlarla iş üzrə məsləhətəçi psixoloqu X5 iştirakları ilə xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Qönçə Süleymanlı tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında MN ******* seriyalı, xx.xx.2025-ci il tarixli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt şəhər Məhkəməsinin 16(060)-98/2024 saylı, xx.xx.2024-cü il tarixli, icra sənədi ilə müəyyən edilmiş öhdəliklərlə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs övladlarının atalrı ilə ünsiyyətdə olmalına şərait yaratmamış, son bir ayda Elməddin Hüseyov övladları ilə ünsiyyət saxlaya bilməmiş, bununla da, o, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Qönçə Sülyemanlı izahatında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 16(060)-98/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən tələbkar Elməddin Hüseynov övladları xx.xx.2011-ci il təvəllüdlü Elmir Əlizadə və xx.xx.2014-cü il təvəllüdlü Zeynəb Əliyeva ilə hər həftənin bazar günü saat 11:00-dan 16:00-dək (5 saat) fərdi qaydada ünsiyyətdə olmaq hüququ qərara alınmışdır. Həmin icra sənədi xx.xx.2024-ü il tarixdə idarənin icraatına daxil olmuş, qanunamüvafiq qaydada icraata başlanılmış, tələbin künüllü icrası barədə bildiriş və qərar borcluya göndərilmişdir. Həmin icra sənədi müəyyən vaxtlarda icra edilsə də tələbkarın bildridiyinə gör son bir ayda borclu tərəfindən ona uşaqlarla ünsiyyətdə olması üçün şərait yaradılmamış, o, uşaqları ilə görüşə bilməmişdir. Hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində protokol tərtib edilmiş, baxılması üçün məhkəməyə verilmişdir. Qeyd olunanlara əsasən borclu barəsində qanunamüvafiq qərar qəbu edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Günel İbrahimova izahatında göstərdi ki, o barəsində tərtib edilmiş protokol üzrə özünü təqsirli hesab etmir, məhz Elməddin Hüseynovun qanunazidd hərəkətləri üçün uşağın sonuncu dəfə Elməddinlə görüşməsinə şərait yaratmamışdır. Belə ki, Elməddin Hüseynov uşağı götürüb qaytarmayacağı ilə daim onu hədələmişdir. Qeyd edir ki, birgə nikahlarından iki övladları vardır. X8 atası ilə ümumiyyətlə görüşmək istəməsə də, qızı Zeynəb Əliyeva atası ilə görüşmək istədiyindən o, görüş üçün daim şərait yaratmışdır. Qeyd edir ki, 10 mart 2025-ci il tarixdə keçirilən məhkəmə iclasından sonra onlar ailəvi olaraq görüşmüş, birlikdə əyləncəli vaxt keçirimişlər. Həmin vaxt Elməddin ondan iş yerində yenidən hansı tarixdə birinci növbə olacağı vaxtı soruşmuş, o, cavabında 12 mart 2025-ci il tarixdə, yəni 3-cü gün birinci növbədə işdə olacağını bildirmişdir. Onlar yenidən 12 mart 2025-ci il tarixdə biryerdə iftar açaqları barədə razılaşmışlar. Həmin gün işdən çıxdıqdan sonra Elməddinə zəng etmiş, Elməddin ona işləri çıxdığını bu səbəbdən görüşə bilməyəcəklərini bildirmişdir. Bundan sonra onlar 16 mart 2025-ci il tarixdə iftar süfrəsində ailəvi surətdə görüşmək üçün razılaşmışlar. 16 mart 2025-ci il tarixdə o, işdə olarkən saat təxminən 11-12 radələrində Elməddindən ona zəng gəldiyini görmüş, bu səbəbdən sinuncuya geri zəng etmişdir. Elməddin həmin vaxt ona cəmi saatlıq vaxtının olduğunu, axşam təyin etdikləri görüş vaxtında görüşə bilməyəcəyii ona bildirmişdir. O, Elməddin Hüseynova problem olmadığını, oza am uşağı götürməyi və qərarda qeyd edilən vaxtda geri qaytarmağı xahiş etmişdir. Bu zaman Elməddin Hüseynov uşağöı götürəcəyi halda geri qaytarmacağını, işə getdikdə uşağı öz anasının (uşağın nənəsi) yanında saxlayacağını, birbaşa məhkəməyə gətirəcəyini bildirmişdir. Bu zaman o, Elməddinin bu tələbinə etiraz etmiş və bununla razılaşmamışdır. Elməddin Hüseynov daim uşağı götürüb geri qaytarmacağını ona bildirmişdir. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə icra sənədi üzrə zərəçəkmiş şəxs (tələbkar) Elməddin Hüseynov çıxışında bildirdi ki, məhkəmənin müvafiq qərarına əsasən övladları ilə fərdi qaydada hər həftənin bazar günü saat 11:00-dan 16:00-dək ünsiyyətdə olması barədə qərar qəbul edilmişdir. Lakin onun bu hüququna Şəxs son vaxtlar imkan yaratmamış, nəticədə o, uşaqları ilə görüşə bilməmişdir. Bildirir ki, 10 mart 2025-ci il tarixdə məhkəmə iclası keçirildikdən sonra həqiqətən də uşaqları, Şəxs və o, ailəvi surətdə görüşmüş, uşaqları ilə əyləncəli vaxt keçirmişlər. Həmin vaxt də o, növbəti görüşlərini 12 mart 2025-ci il tarixdə keçirmək barədə Ceyhunə ilə razılaşmış, həmin tarixdə işləri çıxdığı üçün bu görüş baş tutmamışdır. Bundan sonra o, Şəxs ilə 16 mart 2025-ci il tarixə yenidən iftar süfrəsində ailəvi görüşmək üçün razılaşmış, lakin həmin vaxt da işləri çıxdığı üçün bu görüş də mümkün olmamışdır. Qeyd edir ki, 16 mart 2025-ci il tarixdə o, Ceyhunə ilə telefonla əlaqə saxlarkən həqiqətən də cəmi iki saat vaxtının olduğunu, bu səbəbdən axşam görüşə bilməyəcəyini bildirmişdir. Ceyhunə ona qalan vaxt ərzində görüşməyə etiraz etməmiş, vaxtında uşağı qaytarmağı təlb etmişdir. Bu zaman o, gec olacağı təqdirdə qızı Zerynəbi geri qaytarmacağını, anasını yanımnda saxlayacağını, növbəti gün məhkəmə iclasına özü gətirəcəyini bildirmişdir. Lakin Zeynəb buna etiraz etmiş, uşaqla görüşməsi üçün imkan yaratmamışdır. Uşağı götürsə qaytarmayacağı kəlməsini, qızı Zeynəbə deyil, Şəxs bildirmişdir. Qeyd olunanların nəzərə alınmasını və qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında məsləhətçi psixoloqun iştirakı ilə, valideynlərinin iştirakı olmadan əlavə şahid qismində izahatı alınmış Zeynəb Əliyeva hazırda 10 yaşı olduğunu, orta məktəbin 5-ci sinfində oxuduğunu bildirmişdir. Zeynəb Əliyeva atası Zərərçəkmiş şəxslə daima görüşdüyünü, eyni zamanda bundan sonra da anası birlikdə görüşmək istədiyini bildirmişdir. Qeyd edir ki, atası ilə daima fərdi qaydada görüşmüş, anası görüşlərində iştirak etməmişdir. Bildirirki, bundan öncəki həftə atası ilə görüşmüşdür. Atası sonuncu dəfə onunla görüşəcəyi halda anasına qaytarmacağını bildirmişdir. Bu səbəbdən bu şərtlə görüşməyə razı deyildir. Hazırda atası ilə görüşə yalnız anasını iştirakı ilə razıdır. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 16(060)-98/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən tələbkar Zərərçəkmiş şəxs övladları xx.xx.2011-ci il təvəllüdlü Elmir Əlizadə və xx.xx.2014-cü il təvəllüdlü Zeynəb Əliyeva ilə hər həftənin bazar günü saat 11:00-dan 16:00-dək (5 saat) fərdi qaydada ünsiyyətdə olmaq hüququ qərara alınmışdır. Həmin icra sənədi əsasında 30 aprel 2024-cü il tarixdə icraata başlanılmış tələbin könüllü icrası barədə bildiriş və qərar ünvanlara göndərilmişdir. Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanladığı 13 may 2024-cü il tarixli ərizəsindən sonuncunun uşaqlarına ataları ilə görüşməyə imkan yaratdığını qeyd etdiyi müəyyən edilmişdir. Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanladığı 05 sentyabr 2024-cü il tarixli ərizəsindən Zərərçəkmiş şəxs uşaqlarını götürməyə gəlmədiyini, gələcəyi halda görüş üçün heç bir problem yaratmayacağını bildirmişdir. Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanladığı 07 noyabr 2024-cü il tarixli ərizəsindən Zərərçəkmiş şəxs uşaqlarla görüşməyə heç bir maneə yaratmadığı halda artıq sonuncunun 2-ci bazar günüdür ki, uşaqları götürməyə gəlmədiyini bildirdiyi müəyyən edilmişdir. Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanladığı 15 yanvar 2025-ci il tarixli ərizəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ona uşaqları götürdükdən sonra qaytarmacağını bildirmiş, Lakin buna baxmayaraq o, həmin tarixdə İcra İdarəsinə yaxınlaşmış, icra məmurunun iştirak ilə Elməddin Hüseynov uşaqla sərbəst surə\tdə ünsiyyətdə olmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İXM-nın 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. İXM-nın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərəçəkmiş şəxsin, şahidin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən Sumqayıt şəhər Məhkəməsinin 16(060)-98/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icra edilməməsi faktı müəyyən edilməmişdir. Belə ki, Zərərçəkmiş şəxs İcra İdarəsinə ünvanladığı ərizələr formal mülahizələr əsasındə tərtib edilmiş ərizələrdir, həmin ərizələr hər hansı fakta söykənməmişdir. Məhkəmə araşdırması zamanı Zeynəb Əliyevanın qanunvericiyilin hər hansı tələbinin pozaraq Zərərçəkmiş şəxslə uşaqları arasında ünsiyyətdə olmalarına şəriat yaratamağa yönəlmiş hər hansı hərəkət etdiyi müəyyən edilməmişdir. Belə ki, göründüyü kimi Zərərçəkmiş şəxs övladları ilə daim ünsiyyətdə olmuş, hətta o, görüşə gəlmədiyi vaxtlarda Şəxs bu barədə ərizə yazaraq İcra İdarəsinə məlumat vermişdir. Bundan başqa məhkəmə iclasında izahat verən azyaşlı Zeynəb Əliyeva atası Elmədin Əliyevlə daim anasının iştirak olmadan görüşdüyünü, anasının buna heç bir maneə yaratmadığını, hətta 10 mart 2025-ci il tarixdə ailəvi olaraq görüşdüklərini bidirmişdir. Lakin atası son vaxtlar onu götürərək anasına geri qaytarmacağı ilə hədələdiyi üçün yalnız anasının iştirakı ilə atası ilə ünsiyyət saxlamaq istədiyini bildirmişdir. Məhkəmə iclasında o da, müəyyən edilmişdir ki, Elməddin Hüseynovun müxtəlif vaxtlarda həftənin bazar günləri işləri olduğundan uşaqları ilə görüşə bilməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Elməddin Hüseynov uşaqları ilə məhkəmə qərarı ilə müəyyən edilmiş vaxtlarda görüşmüş, məhkəmə qərarı ilə müəyyən edilməsə də, uşaqları hətta onun valideynləri ilə də görüşmüş, görüş üçün vaxtı olmadığı vaxtlarda isə uşaqlarla görüşməmişdir. Sonuncu dəfə o, uşağı götürəcəyi halda qaytarmayacağı ilə hədələdiyi üçün Zeynəb Əliyeva buna etiraz etmiş, sonuncu yalnız məhkəmə qərarına uyğun olaraq tələbi təmin edəcəyi halda uşaqla görüşə biləcəyini Elməddinə bildirmiş, bu səbəbdən sonuncu uşağı götürməmişdir. Məhkəmə hesab edir ki, Zeynəb Əliyeva haqlı olaraq Zərərçəkmiş şəxs uşaqları məhkəmə qərarı ilə müəyyən edilmiş müddətdə götürərək geri təhvil verməyi tələb etmişdir. Göründüyü kimi icra məmuru tərəfindən qərarın icra edilməsi üçün qanunda nəzərdə tutulan qanunamüvafiq icra tədbirləri həyata keçirilmiş, məhkəmə qərarının icrası borclu tərəfindən təmin edilmişdir. Uşaq Hüquqları Haqqında Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir uşağın vicdan, fikir və söz azadlığı vardır, valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Qönçə Süleymanlının ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nın həmin norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmiş və ya təqdim etməmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X1 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.4-cü maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar