Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-639/2021 08.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi ilə xx.xx.1975-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1i ünvanında yaşayan Şəxs oğlu barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsi Dövlət X7 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında İXP ******* nömrəli, 30 yanvar 2021-ci il tarixli protokol tərtib edilmişdir. Şəxs barəsində tərtib olunmuş İXP ******* №li inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 18.02.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-639/2021 saylı, 03 mart 2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-639/2021 saylı, 03 mart 2021-ci il tarixli qərarından narazı qalan barəsində inzibati qaydada iş üzrə icraat aparılan şəxs Şəxs apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 3(060)-639 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-260/2021 saylı, 26 aprel 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-639/2021 saylı, 03 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş və yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. Barəsində inzibati qaydada iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, istifadəsində olmuş QAZEL markalı avtomaşını baş etibarnamə əsasında Sumqayıt şəhərində yaşayan şəxsə arendaya vermiş, həmin avtomaşın üçün verdiyi etibarnamənin müddəti keçmişdir. Ona qarşı həmin QAZEL markalı avtomobilə görə bir neçə İnzibati Xətalar Məcəlləsinin tələbləri ilə inzibati protokol tərtib edilmiş və dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin Sumqayıt şəhər şöbəsinə ərizə ilə müraciət edərək, mülkiyyətində olan lakin baş etibarnamə ilə satdığı QAZEL markalı avtomobili axtarışa qoyulması, saxlanılaraq ona təhvil verilməsinə köməklik edilməsini xahiş etmişdir. Lakin DYP tərəfindən heç bir köməklik edilməmişdir. Qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Naziri general polkovnik Vilayət Eyvazov cənablarına teleqram vurmuş, bundan sonra 25 yaşlı polis kapitanı ona minnətçi göndərmiş və çoxsaylı xahişlərdən sonra həmin kapitandan şikayətini geri almalı olmuşdur. Həmin polis kapitanı söz vermişdir ki, texpasportla onun mülkiyyətində olan QAZEL avtomaşını saxlayacaqdır. Əfsuslar olsun ki, əksinə xəbəri olmadan, iştirakını təmin etmədən 6 aylıq sürücülük hüququndan məhrum edilməsi barədə protokolla məhkəməyə müraciət edilmiş və məhkəmə işi düzgün araşdırmadan öz mülahizələrinə əsaslanaraq 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməsi barədə qərar qəbul etmişdir. Avtomobili o idarə etməmişdir. Ona görə də, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsi Dövlət X11 müvafiq olaraq gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər X10 Şöbəsinin inzibati təcrübə üzrə inspektor polis kapitanı X4 tərəfindən tərtib edilmiş 30 yanvar 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 30 yanvar 2021-ci il tarixdə “QAZ 33021” minik markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə EQ ******* nömrəli protokol üzrə 30.01.2021-ci il tarixində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən 03 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhəri Polis İdarəsinin Dövlət X11 tərəfindən verilmiş 17 dekabr 2020-ci il tarixli məktubdan görünür ki, Qazel markalı **-RJ-*** qeydiyyat nişanlı avtomobilin saxlanması istiqamətində Sumqayıt şəhər Polis idarəsinin Dövlət X11nin şəxsi heyəti təlimatlandırılmışdır. Qeyd olunan avtomobilin Sumqayıt şəhərinin inzibati ərazisində saxlanılmasına köməklik olunması üçün Sumqayıt şəhər Polis idarəsinin “Təhlükəsizlik xidməti”nə səmtləşdirici məktub göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 25 fevral 2021-ci il tarixli və 09 mart 2021-ci il tarixli məktublardan görünür ki, “QAZ 33021” minik markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 3 saylı Notariat Ofisi tərəfindən verilmiş 01 mart 2021-ci il tarixli, 339 saylı arayışdan görünür ki, Şəxs məxsus ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 06.08.2019-cu il tarixdə X1 nəqliyyat vasitəsinə sərəncam hüququna dair etibarnamə 06.08.2020-ci il tarixdə qüvvədən düşmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin dispozisiyasına əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, iş materiallarına ələvə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhəri Polis İdarəsinin Dövlət X11 tərəfindən verilmiş 17 dekabr 2020-ci il tarixli məktubdan görünür ki, Şəxs Qazel markalı **-RJ-*** qeydiyyat nişanlı avtomobilin saxlanması istiqamətində Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X9 müraciət etmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol isə 30.01.2021-ci il tarixdə tərtib olunmuşdur. Bu da onu gösrərir ki, Şəxs avtomobilin başqa şəxsdə olmasını və başqa şəxs idarə tərəfindən idarə olunması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhəri Polis İdarəsinin Dövlət X9 müraciət etsə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhəri Polis İdarəsinin X2 barəsində əsassız protokol tərtib edilmişdir. İnzibati xətanın onun tərəfindən törədilməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində tərtib olunmuş 30.01.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsi ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Sumqayıt şəhər Polis İdarəsi Dövlət X11 tərəfindən Şəxs barəsində tərtib olunmuş 30 yanvar 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işüzrə icraata həmin Məcəllənin 53.1.2 və 114.2.1-ci maddələrinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-639/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-639/2021
08.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver