Məhkəmə qərarları › İş №3(060)-644/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-644/2022

31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-644/2022 31.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" MMC barəsində inzibati xəta haqqında 28 fevral 2022-ci il tarixli, EP № ******* saylı protokol tərtib edilmişdir ona görə ki, "xxxx" MMC 36600,00 ABŞ dolları məbləğində vəsaiti 13 yanvar 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 36600,00 ABŞ doları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 14 yanvar 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də, "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məhkəməyə verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16.03.2022-ci il tarixli qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək 7320,00 ABŞ dolları məbləğində cərimə olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 16.03.2022-ci il tarixli qərarından narazı qalan "xxxx" MMC apellyasiya şikayəti vermiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2022-ci il tarixli qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 3(105)-229/2022 saylı, 06 may 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün material Sumqayıt şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil bildirdi ki, 28 fevral 2022-ci il tarixdə AR Mərkəzi Bankı tərəfindən "xxxx" MMC barəsində inzibati Xətalar Məccəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilərək, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. "xxxx" MMC ilə “X1 San ve TİCLTD ŞTİ” Şirkəti arasında bağlanmış 08.01.2020-ci il tarixli 01 nömrəli Aalğı-satqı müqaviləsi əsasında 13 yanvar 2020-ci il tarixində "xxxx" MMC tərəfindən həmin şirkətə 36600,00 ABŞ dolları məbləğində avans ödəniş olaraq vəsait köçürülmüşdür. Qanunvericiliyin tələblərinə əsasən 13 yanvar 2020-ci il tarixdən başlayaraq 2 il müddətində yəni, 13 yanvar 2022-ci il tarixinədək ödəniş müqabilində mallar ölkəyə idxal edilməli və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalı idi. Bu səbəbdən "xxxx" MMC-nin inzibati xətanın subyekti hesab edilməsi mümkün olsa belə, 14 yanvar 2022-ci il tarixi artıq inzibati xətanın törədildiyi tarix hesab edilməklə həmin tarixdən 3 ay müddətində, yəni 14.04.2022-ci il tarixinədək inzibati xətanı törədən şəxsə inzibati tənbeh verilməli, bu müddətdə inzibati tənbeh verilmədikdə isə inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməlidir. 22.01.2020-ci il tarixli gömrük bəyannaməsinə əsasən Türkiyə Respublikasından "xxxx" MMC-nin ünvanına 1 ədəd ekskavator idxal olunmuşdur. Gömrük bəyannaməsində müqavilə tarixi səhv qeyd olunmuşdur. Həmçinin qeyd etmişdir ki, müqavilə 22.01.2020-ci il tarixdə 36600 ABŞ dolları məbləğində mallar ölkəyə idxal edilmişdir. Bunları nəzərə alaraq, "xxxx" MMC barəsində tərtib edilmiş protokol qanunsuz və əsassız olduğuna görə xitam edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMCnin vəkilinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 23 fevral 2022-ci il tarixli, EP № ******* saylı protokol ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarında olan 22.01.2020-ci il tarixli **********8467 sorğu nömrəli gömrük bəyannaməsindən müəyyən olunur ki, 08.01.2020-ci il tarixli, 01 saylı müqavilə üzrə 36600,00 ABŞ dolları məbləğində mallar “X1 San ve TİC LTD ŞTİ” Şirkəti tərəfindən "xxxx" MMC-nin ünvanına göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə 20.02.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik 28.02.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 28 fevral 2022-ci il tarixli, EP № ******* saylı protokola əsasən, "xxxx" MMC və “X1 San ve TİCLTD ŞTİ” Şirkəti arasında bağlanmış 08.01.2020-ci il tarixli, 01 saylı müqavilə üzrə 36600,00 ABŞ dolları məbləğində vəsait X1 San ve TİCLTD ŞTİ” Şirkətinin hesabına köçürülmüş, lakin 2 il müddət keçsə də, 36600,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ( xidməti) ölkəyə idxal etməmişdir. İş materiallarında olan 22.01.2020-ci il tarixli **********8467 sorğu nömrəli gömrük bəyannaməsindən müəyyən olunur ki, 13 yanvar 2020-ci il tarixində xaricə köçürülmüş vəsait hesabına alınan mallar (xidmətlər) 2 il ərzində ölkəyə idxal edilmişdir. Həmçinin qeyd olunan inzibati xətanın törədilməsindən 3 aydan çox müddət keçmişdir. Bununla da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2 və 53.1.6-cı maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 114.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 23 fevral 2022-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2 və 53.1.6-cı maddələrinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar