Məhkəmə qərarları › İş №3(060)-645/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-645/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-645/2023 28.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Əsədov Anar Alxan oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, EQ 13384154 saylı qərarından Əsədov Anar Alxan oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Əsədov Anar Alxan oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən qəbul edilmiş Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, EQ 13384154 saylı Qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində saat 11:00 radələrində ona məxsus VAZ 21099 minik markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xırdalan dairəsi ətrafında hərəkətdə olarkən heç bir yol hərəkəti qaydasını pozmadığı halda barəsində EQ13384154 saylı protokol tərtib olunmuşdur. Protokolda onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərin pozulması qeyd olunaraq İnzibati Xətalar Məcəlləsinin 346.1 maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz olaraq bildirir ki, Xırdalan dairəsi ətrafında avtomobilinin sürətini azaldaraq heç bir qayda pozuntusu etmədən yaxın qohumunu avtomobilə mindirirərək yolunu davam etmişdir. Bildirir ki, həmin ərazidə heç bir qadağaedici yol nişanı quraşdırılmayıb. Buna görə də protokolu əsassız və qanuna zidd hesab edir. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, EQ 13384154 saylı Qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş şikayətçi Əsədov Anar Alxan oğlu izahatında bildirdi ki, həmin ərazidə qadağanedici nişan olmadığı halda ona cərimə yazılmışdır. Həmin yerdə həmişə avtomobil saxlamışdır. Əgər oraya nişan qoyularsa buna əməl edəcəkdir. Məhkəmədən şikayətinin təmin olunmasını və barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13384154 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, EQ 13384154 saylı inzibati tənbeh vermə haqqında qərarıdan görünür ki, Əsədov Anar Alxan oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 18 (on səkkiz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 11 maddəsinin İİ hissəsinnə əsasən nəqliyyat vasitələri yol hərəkəti qaydalarına uyğun olaraq, ancaq yolun hərəkət hissəsində hərəkət edə bilərlər. Nəqliyyat vasitəsinin yol çiyini ilə hərəkətinə yalnız dar yollarda başqa nəqliyyat vasitəsi ilə toqquşmamaq, habelə qısamüddətə dayanmaq üçün icazə verilir. Həmin Qanunun 43 maddəsinin İİ hissəsinin 3-cü bəndinə əsasən 5.15 və ya 6.11 nişanları ilə işarə edilmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanmaq və ya durmaq qadağandır. Həmin Qanunun 52 maddəsinin İV hissəsinin 2-ci bəndinə əsasən yaşayış məntəqələrindən kənarda — yolların hərəkət hissəsində dayanma qadağandır. İş materiallarında olan fotoşəkillərdən və şəxsin izahatından görünür ki, Əsədov Anar Alxan oğlu idarə etdiyi avtomobillə dairəni keçən kimi yol hərəkət hissəsində saxlayaraq şərniş mindirmiş, bununla da dayanmanın qadağan edildiyi yerdə avtomobilini saxlamış və yol hərəkəti qaydaları pozulmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, EQ 13384154 saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Əsədov Anar Alxan oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Əsədov Anar Alxan oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, EQ 13384154 saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Əsədov Anar Alxan oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Əsədov Anar Alxan oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, EQ 13384154 saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar