Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-646/2025 11.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏNETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh tətbiq etmə barədə qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi adiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, hazırda mübahisələndirilən inzibati tənbeh tətbiq etmə barədə qərar üzrə inzibati xəta hadisəsi Nərimanov rayonu, “Porto” otelin qarşısında qeydə alınmışdır. Həmin ünvan Bakı şəhəri Nərimanov rayonu ərazisidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, İXM-nin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İXM-nin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Göründüyü kimi inzibati xəta hadisəsi Bakı şəhəri Nərimanov rayonu ərazisində törədilmiş və şikayət vermiş şəxs işə onun yaşayış yeri üzrə baxılması barədə vəsatət verməmişdir. İXM-nin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Göstərilənlərə əsasən və İXM-nin 118, 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-646/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-646/2025
11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver