Məhkəmə qərarları › İş №3(060)-652/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-652/2024

04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-652/2024 04.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin SRDYNİ-nin DYNŞ-nin etibarnamə üzrə nümayəndələri X3, Musayev Ramil Vəkil oğlunun iştirakları Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Sumqayıt regional X4 İdarəsinin inzibati xəta haqqında 13 mart 2024-cü il tarixli, MN ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə Müəyyən etdi: Sumqayıt regional X4 İdarəsi tərəfindən Şəxs MMC (VÖEN **********) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola qeyd edilir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Bulvar küçəsi, Qala Restoranının yanında Şəxs MMC-ə məxsus yeni tikilməkdə olan yaşayış binasında planlı yanğın texniki müayinə zamanı YTQ № 01-2001 b1.9-1.12, b 3.1-9.12, b 6.1-6.10, b 10.1- 10.4, YTQ 05-86, b 1.2, 1.7, 2.9, 12 tələbləri pozulmuş bu səbəbdən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 518.3-cü maddəsinə əsasən tərtib olunmuş, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Sumqayıt regional X4 İdarəsinin (bundan sonra SRDYNİ-nin) etibarnamə üzrə nümayəndəsi, daxili xidmət mayoru X3 izahatında göstərdi ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2024-cü tarixli, KY ********* nömrəli Çıxarışa və Sumqayıt regional DYNİ-nin xx.xx.2024-cü il tarixli 0651 nömrəli yanğın-texniki müayinənin aparılması haqqında qərara əsasən Sumqayıt şəhəri, Bulvar küçəsi, Qala Restoranının yanında Şəxs MMC-ə məxsus yeni tikilməkdə olan yaşayış binasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək plan üzrə (növbəti) yoxlama aparılması qərara alınmış və həmin çıxarışa və qərara əsasən adı çəkilən obyektdə yoxlama aparılmışdır. xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Bulvar küçəsi, Qala Restoranının yanında Şəxs MMC-ə məxsus yeni tikilməkdə olan yaşayış binasına baxış keçirilməsi nəticəsində bir sıra pozuntular aşkar edilmişdir ki, həmin pozuntular yoxlayıcı özü və Əlağa Nağıyev imzaladığı müvafiq aktda öz əksini tapmışdır. Şəxs MMC-də yaşayış binalarında yanğın nəzarətinin aparılması üzrə səlahiyyətli şəxs Bəhram Ramazanov yoxlamada iştirak etsə də, aktı imzalamaqdan imtina etmişdir. xx.xx.2024-cü il tarixli, 0651 saylı “Yanğın-texniki müayinə” aktına əsasən tikintidə çəkilmiş müvəqqəti elektrin xətlərinin EQQQ-na uyğun olmadığını, tikintidə işləyən işçilərə yanğın təhlükəsizliyi qaydaları ilə bağlı təlimatın keçirilmədiyi, tikintinin ilkin yanğın söndürmə alət və ləvazimatları ilə təmin olunmadığı, tikinti meydançasının yanar tullantı materiallardan və kollardan təmizlənmədiyi aşkar edilmişdir. Bu barədə həmin tarixli, 0651 nömrəli yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə qərar qəbul edilmişdir. Bu faktlarla əlaqədar müvafiq fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Bildirir ki, tikintidə çəkilmiş müvəqqəti elektrin xətlərinin EQQQ-na uyğun olmaması, tikintinin ilkin yanğın söndürmə alət və ləvazimatları ilə təmin olunmaması və tikinti meydançasının yanar tullantı materiallardan və kollardan təmizlənməməsi vizual müşahidə nəticəsində aşkar edilmişdir. Bundan başqa o, nümayəndə Bəhram Ramazanovdan təlimat jurnalını tələb etsə də, sonuncu bu jurnalı təqdim edə bilməmiş, nəticədə tikintidə işləyən işçilərə yanğın təhlükəsizliyi qaydaları ilə bağlı təlimatla tanış etmə barədə “Qaydalarda” müəyyən edilmiş tələblərinin pozulması müəyyən edilmişdir. Bildirir ki, tarixini dəqiq xatırlamasa da keçən il tərəflərindən Şəxs MMC–nin vəzifəli şəxsi barədə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Görünən odur ki, edilmiş xəbərdarlıqlardan nəticə çıxarmamışlar. Busəbəbdən qeyd olunanlara əsasən Şəxs MMC barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında SRDYNİ-nin etibarnamə üzrə nümayəndəsi Musayev Ramil Vəkil oğlu da İsa Məmmədov ilə eyniməzmunlu izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “telefonoqramma”dan görünür ki, 01 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi olduğunu bildirdiyi Elvin Kazımlı ilə əlaqə saxlanılmış, sonuncu tərtib edilmiş protokola heç bir etiraz və sübutunun olmadığını bildirərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Sumqayıt regional DYNİ-nin 0651 saylı, xx.xx.2024-cü il tarixli “Yanğın-texniki müayinənin aparılması” haqqında qərara əsasən Sumqayıt şəhəri, Bulvar küçəsi, Qala Restoranının yanında Şəxs MMC-ə məxsus yeni tikilməkdə olan yaşayış binasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək plan üzrə (növbəti) yoxlama aparılması qərara alınmışdır. AR Ədliyyə Nazirliyi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Sumqayıt şəhəri, Bulvar küçəsi, Qala Restoranının yanında Şəxs MMC-ə məxsus yeni tikilməkdə olan yaşayış binasında qərarda qeyd edilən müddətdə plan üzrə (növbəti) yoxlama aparılması məqsədilə xx.xx.2024-cü tarixli KY ********* nömrəli Çıxarış əldə edilmiş, çıxarış MMC-nin nümayəndəsi Nizami Həsənova şəxsən təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli, 0651 saylı “Yanğın-texniki müayinə” aktına əsasən Şəxs MMC-ə məxsus yeni tikilməkdə olan yaşayış binasında tikintidə çəkilmiş müvəqqəti elektrin xətlərinin EQQQ-na uyğun olmadığını, tikintidə işləyən işçilərə yanğın təhlükəsizliyi qaydaları ilə bağlı təlimatın keçirilmədiyi, tikintinin ilkin yanğın söndürmə alət və ləvazimatları ilə təmin olunmadığı, tikinti meydançasının yanar tullantı materiallardan və kollardan təmizlənmədiyi aşkar edilmişdir Bu barədə həmin tarixli, 0651 nömrəli yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə qərar qəbul edilmişdir. Həmçinin inzibati işin materiallarına pozuntu faktını özündə əks etdirən 03 ədəd fotoşəkil əlavə edilmişdir. 05 yanvar 2023-cü il tarixli “ƏMR”in surətindən görünür ki, X1 Şəxs MMC tərəfindən inşa edilən yüksək mərtəbəli yaşayış binalarına yanğına nəzarətin aparılması həvalə edilmişdir. Ramazan Ramazanov tərtib edilmiş aktı imza etməkdən, tərtib edilmiş protokolu qəbul etməkdən imtina etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 518.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXM-nin 518.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikasının Yanğın Təhlükəsizliyi haqqında Qanununun 1-ci bəndinin 5-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi tələbləri yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli xüsusi şərtdir. Həmin Qanunun 6-cı bəndinin 1-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək vəzifələri vardır. Həmin Qanunun 24-cü maddəsinin 5-ci bəndinə əsasən binaların və qurğuların tikilməsinə, yenidən qurulmasına, təmirinə və yeni texnika ilə təchiz edilməsinə dair müvafiq orqanların və təşkilatların hazırladığı investisiya layihələri, o cümlədən xarici təşkilatların investisiya layihələri yanğından mühafizə tələblərinə, yanğın təhlükəsizliyi normalarına və standartlarına riayət olunması hissəsində hökmən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. İXM-nin 518.3-cü maddəsinə görə İnşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarından görünür ki, Sumqayıt regional X4 İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Bulvar küçəsi, Qala Restoranının yanında Şəxs MMC-ə məxsus yeni tikilməkdə olan yaşayış binasında planlı yanğın texniki müayinə zamanı 02 iyul 2013-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələblərinə (maddə 14,15,17, 18,19, 20) riayət olunmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt regional X4 İdarəsinin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs MMC-nin İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114.1-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar