Məhkəmə qərarları › İş №3(060)-653/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-653/2024

01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-653/2024 01.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis baş serjantı Nümayəndə, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis baş serjantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət vermiş şəxs X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis baş serjantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ X6 Şöbəsi Yol patrul xidməti inspektoru, polis baş serjantı Nümayəndə qərarı ilə İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 80 (səksən) manat məbləğində cərimə edilmişdir. Sözügedən qərar əsassız və qanunsuzdur. Belə ki, qərara görə o, xx.xx.2024-cü il tarixdə saat 15.02 radələrində “Kia Optima” minik markalı, **-GA- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Sumaqayıt şəhəri, Sülh və Heydər Əliyev küçələrinin kəsişməsində hərəkətdə olarkən svetoforun qadağanedici işarəsinin tələblərini pozub hərəkəti davam etdirmişdir. Əslində isə o, yol hərəkəti qaydalarını pozmamış və xətaya yol verməmişdir. Yol polis əməkdaşı tərəfindən saxlanıldıqdan sonra maşına yaxınlaşan inspektor “Polis haqqında” Qanunun tələblərinə riayət etmədən, özünü təqdim etməmiş, əli cibində, telefonla danışa-danışa onun barəsində TP ******* nömrəli qərarı qəbul etmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddələrinin tələblərini pozmaması ilə bağlı yol polis inspektoruna bildirsə də, o onunla yox telefonla danışdığı üçün ona qulaq asmamışdır. O, yol polisinə Azərbaycan Respublikası İXM-nin tələblərini pozmadığını, qayda pozuntusunu təsdiq edəcək hər hansı görüntü və ya digər sübut tələb etsə də, ona məhəl qoyulmamışdır. Halbuki Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə görə İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Qanunvericiliyin tələblərindən göründüyü kimi o tərtib edilmiş qərar ilə razı olmadığını bildirsə də, yol polis inspektoru ona məhəl qoymamış, Azərbaycan Respublikası İXM-nin tələblərini kobud surətdə pozaraq barəsində mübahisələndirilən qərarı qəbul etmişdir. O, bir daha vurğulamağı zəruri hesab edir ki, qərarla razı olmadığını inspektora bildirmiş, təqsirli olmağını təsdiq edə biləcək hər hansı görüntü yaxud digər sübut tələb etsə də, inspektor təqdim edə bilməmişdir. İnzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilmədən qəbul edildiyi üçün ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİnin DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis baş serjantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİnin DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis baş serjantı Nümayəndə izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Sülh və H.Əliyev küçəsinin kəsişməsində hərəkətdə olan zaman “Kia Optima” minik markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü işıqforun qadağanedici işığında hərəkətini davam etdirdiyi üçün tərəfindən saxlanılmış, qayda pozuntusu izah olunmuş, ona Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola əsasən qərar qəbul edilərək 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. Yol hərəkəti qaydasının pozulması barədə video görüntü vardır və məhkəməyə təqdim edilmişdir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİnin DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis baş serjantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 80 (səksən) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, qərardan şikayət vermiş şəxs X3 idarə etdiyi “Kia Optima” minik markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sumaqayıt şəhəri, Sülh və Heydər Əliyev küçələrinin kəsişməsində hərəkət etməsi öz əksini tapmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları alınmalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə qərardan şikayət vermiş şəxs X1 və protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis baş serjantı Nümayəndə izahatını və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis baş serjantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilməlidir. Belə ki, qərardan şikayət vermiş şəxs X3 şikayətində DYPŞ-nin əməkdaşından yol hərəkəti qaydasını pozması barədə videogörüntü göstərməsini bildirmiş, YPX əməkdaşı qayda pozuntusu barədə videogörüntü olsa da, ona göstərməmişdir. O, protokolla razı olmamış, lakin buna baxmayaraq Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis serjantı X2 Azərbaycan Respublikası İXM-nin 124.4-cü maddəsinin tələblərini pozaraq inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərməli və yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qərar qəbul edilməli olduğu halda o, özü X3 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onu 80 (səksən) manat məbləğində inzibati cərimə etmişdir. Bununla da, inzibati xəta haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasna görə barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 şikayəti qismən təmin olunmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis baş serjantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikasının İXM-nin 134.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130 və 134.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis baş serjantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İXM-nin 134.1.4-cü maddəsinə əsasən ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilsin. 01 (bir) ədəd disk inzibati xəta haqqında iş üzrə materialda saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar