Məhkəmə qərarları › İş №3(060)-655/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-655/2025

09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-655/2025 09.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Hüquqi şəxs Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi Nümayəndə2 izahatından bildirmişdir ki, ŞəxsASC tərəfindən 3020124.09 Rusiya rublu məbləğində vəsait bank vasitəsilə 21 fevral 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürmüş, lakin Mərkəzi Bankın bildirdiyinə görə guya qeyd edilən vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmişdir. ООО MASTER-KLASS şirkəti ilə 2 müqavilə bağlanılıb, sözügedən mallar ölkə ərazisinə hissə-hissə olmaqla tam olaraq idxal edilmişdir. Məsələ ilə bağlı tərəfimizdən Ekspressbank ASC-ə sorğu verilmiş, ASC-dən onlara müqavilədə olan texniki yanlışlığa görə, yəni gömrük bəyannamələri ilə müqavilə ilə üzləşmədiyi səbəbindən gömrük portalında qeydiyyata alınmadığı bildirilmişdir. Faktiki olaraq vəsait hesabına alınan mallar tam olaraq idxal edilmişdir. Barələrində tərtib olunan protokol məhz bildirdiyi texniki yanlışlığa görə tərtib edilmişdir. Adətən bu problem müqavilə nömrəsində və ya tarixində uyğunluq olmayanda baş verir. ŞəxsASC barəsində tərtib edilmiş protokol bağlı olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəmənin elektron sistemi vasitəsi ilə ərizə ilə müraciət edərək bildirmişdir ki, "xxxx" ASC barəsində tərəflərindən tərtib olunmuş EP ******* inzibati xəta haqqında protokol üzrə baxılan 3(060)-655/2025 saylı inzibati işdə təqdim olunmuş X1 baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin YGB-lərin baxılan iş ilə hər hansı əlaqəsi yoxdur. Belə ki, sözügedən YGB-lərin əksəriyyəti ASC-nin başqa ödənişlərinin bəyan olunmasında istifadə olunmuşdur. Açıq hissəsi qalan YGB-lərdə isə müqavilə və invoys məlumatları köçürmə ilə eynilik təşkil etmir. Buna görə də həmin YGB-ləri hazırki ödənişə aid etmək mümkün deyildir. Odur ki, iş üzrə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - "xxxx" ASC tərəfindən verilmiş sənədlərdən görünür ki, hüquqi şəxs ŞəxsASC tərəfindən xx.xx.2023-cü il 3020124.09 Rusiya rublu məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara köçürülmüş və 1833298.52 Rusiya rublu vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. - Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi və təşkilati işlər departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs ASC 3020124.09 Rusiya rublu məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə ölkə xaricinə köçürmüş və 02 (iki) il müddət keçsə də, ******* Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin hüquqi ünvanında baş vermişdir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin izahatlarını, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyələrinin təsdiqi haqqında xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 100/143 nömrəli Sərəncamına əsasən malın dəyəri əvvəlcədən tam ödənildikdə gömrük bəyənnaməsinin 20-ci qrafasında “100” sayı, malın dəyərinin bir hissəsi əvvəlcədən ödənildikdə isə “110” sayı qeyd olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi tərəfindən təqdim olunmuş, **********2650, **********0310, **********4706, **********2645, **********2454, **********0820, **********2450 sorğu nömrəli gömrük bəyənnamələrinin hər birinin 20-ci qrafasında “100” sayı qeyd olunmuşdur. Burdan belə nəticəyə gəlmək mümkündür ki, nümayəndənin təqdim etdiyi mövcud bəyənnamələri artıq istifadə olunmuşdur. Bununla da, həmin bəyənnamələr hazırkı inzibati xəta haqqında protokol üzrə sübut qismində istifadə edilib, ölkə xaricinə köçürülmüş 1833298.52 Rusiya rublu məbləğində olan vəsaitin hesabına ölkəyə idxal edilən edilən mallar(xidmət)ın bəyənnaməsi olaraq qiymətləndirilə bilməz. Bundan başqa inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən məlum olur ki, 3020124.09 Rusiya rublu məbləğində vəsait Şəxs ASC ilə OOO MASTER-Klass arasında bağlanmış 09-2/2022 A3 nömrəli müqavilənin müddətinin uzadılması haqqında razılaşmaya əsasən ölkə xaricinə köçürülüb. Lakin, Şəxs ASC tərəfindən təqdim edilmiş açıqda qalan **********1859 və **********6382 sorğu nömrəli gömrük bəyənnamələri isə həmin tərəflər arasında bağlanmış 11/2022 A3 müqavilə əsasında ölkə xaricə köçürülmüş vəsaitin əsasında idxal edilən malları özündə əks etdirir. Həmin gömrük bəyənnamlərinin 20-ci qrafasında “110” sayının qeyd olunmasında belə nəticəyə gəlmək mümkündür ki, həmin müqavilə əsasında ölkə xaricinə müəyyən miqdarda pul köçürülmüşdür. Açıqda qalan **********1859 və **********6382 sorğu nömrəli gömrük bəyənnamələri 11/2022 A3 nömrəli müqavilə üzrə ölkə xaricinə köçürülmüş digər məbləğin qarşılığında ölkəyə gətirilən malların bəyənnaməsidir. Bununla da, məhkəmə hesab edir ki, hazırkı inzibati xəta haqqında protokol üzrə **********1859 və **********6382 sorğu nömrəli açıqda qalan bəyənnamələrinin hər hansı əhəmiyyəti mövcud deyil. Sübut olaraq qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasın sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs ŞəxsASC tərəfindən xx.xx.2023-cü il tarixində 3020124.09 Rusiya rublu məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, 1833298.52 Rusiya rublu vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd 02 (iki) il müddətində banka təqdim edilməmiş və ya valyuta vəsaiti geri qaytarılmamışdır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs ASC barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, ŞəxsAçıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği Rusiya rublu olduğundan cərimənin məbləği Rusiya rublu ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ŞəxsAçıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 1833298.52 Rusiya rublu məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, 366659,704 Rusiya rublu məbləğində (Rusiya rublunun ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar