Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-656/2023 28.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Zəngilan rayonu, Şərikan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Tuk Zavod Ərazisi, X4, ev 6 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində MN ******* nömrəli protokol tərtib edilmişdir. Ona görə ki, Şəxs Sumqayıt şəhəri ərazisində “Mersedes Benz C-220” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2023-cü il tarixdə saat 10:09 radələrində qeyri qanuni sərnişin daşıma (taksi) fəaliyyəti yerinə yetirərkən aşkar edildiyi zaman qanunvericilikdə tələb olunan sənədləri təqdim etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında avtomaşında tək olan zaman avtomaşının üzərində reklam olduğuna görə DYP əməkdaşları tərəfindən saxlanılmış, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsinin əməkdaşları ondan taksi fəaliyyəti ilə məşğul olduğu üçün fərqlənmə nişanı tələb etmişlər. O da həmin əməkdaşlara taksi fəaliyyəti ilə məşğul olmadığını, “Maksim” şirkətində kuryer işlədiyini, avtomaşının üzərində olan reklam görə Baş Dövlət Yol Polis İdarəsi tərəfindən icazəsi olduğunu, həmin icazə sənədində reklamın taksi fəaliyyəti ilə məşğul olmasının yazılmamasını, “Maksim” şirkəti ilə müqaviləsi oduğunu və taksi fəaliyyəti ilə məşğul olmadığı üçün fərqlənmə nişanı tələb olunmadığını bildirdi. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsinin nümayəndəsi X2 bildirdi ki, Şəxs Sumqayıt şəhəri ərazisində “Mersedes Benz C-220” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2023-cü il tarixdə saat 10:09 radələrində qeyri qanuni sərnişin daşıma (taksi) fəaliyyəti yerinə yetirərkən aşkar edildiyi zaman qanunvericilikdə tələb olunan fərqlənmə nişanını təqdim etməmiş və taksi fəaliyyəti ilə məşğul olmadığı üçün fərqlənmə nişanının ona aid olmadığını bildirmişdir. Şəxs fərqlənmə nişanının rəsmiləşdirilməsi üçün İdarəyə dəvət olunmuş, lakin o gəlməmişdir. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş tdi. İş materiallarında olan 001 nömrəli, xx.xx.2023-cü il tarixli avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında aktdan görünür ki, Sumqayıt şəhəri ərazisində “Mersedes Benz C-220” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2023-cü il tarixdə saat 10:09 radələrində qeyri qanuni sərnişin daşıma (taksi) fəaliyyəti yerinə yetirərkən aşkar edildiyi zaman qanunvericilikdə tələb olunan sənədləri təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə 50 (əlli) manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə işin hallarını, proses iştirakçılarının izahatlarını dinləyib, iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Şəxs Sumqayıt şəhəri ərazisində “Mersedes Benz C-220” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2023-cü il tarixdə saat 10:09 radələrində qeyri qanuni sərnişin daşıma (taksi) fəaliyyəti yerinə yetirərkən aşkar edildiyi zaman qanunvericilikdə tələb olunan sənədləri təqdim etməmişdir. Onun təqsiri işdə olan sübutlarla təsdiq edilir, əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-656/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-656/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver