Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-658/2022 15.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi ilə, 04.03.1994-cü ildə Xızı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Xızı rayonu, Türkoba kəndində ünvanında qeydiyyatda olan və yaşayan X2 tərəfindən Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş 20.02.2022-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət vermiş şəxs X2 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş 20.02.2022-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin nümayəndəsi və qərardan şikayət vermiş şəxs X2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 20.02.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən “Qayalı” marketdə alış-veriş edən zaman Sumqayıt şəhər Polis idarəsinin 2-ci PB-nin əməkdaşı Cahid İsgəndərli ona yaxınlaşaraq marketdən kənara çıxmaq göstərişi vermiş və o da əmrə tabe olaraq polis əməkdaşı ilə birlikdə çölə çıxmışdır. Bundan sonra, polis əməkdaşı C.İsgəndərli ona marketdə maska taxmadığını və buna görə onu cərimə edəcəyini bildirmişdir. O isə tibbi maskadan istifadə etdiyini və səbəbsiz yerə nə üçün onu çölə dəvət etdiyini bildirdi. Bundan sonra polis əməkdaşı və mülki geyimdə olan polis əməkdaşı olduğunu zənn etdiyi digər şəxs onunla mübahisə edərək, dövlətin polisinə yaraşmayan sözlərdən istifadə edərək onu hədələmişdir. Bundan sonra isə polis əməkdaşı onunla prinsipə girirək cərimə yazacağını bildirərək onu təhdid etmişdir. O isə əsassız olduğuna görə protokola imza etməkdən imtina edəcəyini bildirdi. Beləliklə, polis əməkdaşı əsassız olaraq ona cərimə yazdı. Protokol tərtib olunduqdan iki gün sonra isə 22.02.2022-ci il tarixdə polis bölməsinə yaxınlaşaraq qərarı aldı və qərar ilə razı olmadığı üçün şikayət vermək qərarına gəldi. Çünki, o tibbi maskadan istifadə etmiş və bunu marketdə olan kameralar vasitəsilə də vizual şəkildə görmək mümkündür. Lakin polis əməkdaşı C.İsgəndərli heç bir əsas olmadan ona cərimə yazmaq niyyətində olduğu üçün Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib etmişdir. Hazırda narazlığının yaranma səbəbi onun əməlində heç bir qayda pozuntusunun tərkibinin olmamasıdır. Barəsində tərtib edilmiş MX ******* saylı qərarın ləğv edilməsini və əməlində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 20.02.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, 20.02.2022-ci il tarixdə X2 H.Z.Tağıyev qəsəbəsində yerləşən “Qayalı” marketdə fərdi qoruyucu vasitədən istifadə etmədiyindən 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati tənbeh vermə haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsi tərəfindən X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin inzibati xəta haqqında 20.02.2022-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X1 barəsində Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 20.02.2022-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-658/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-658/2022
15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver