Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-658/2023 28.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş orqanın nümayəndəsi-AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsinin kiçik inspektoru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Sumqayıt şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, hazırkı iş üzrə protokolu Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adından kiçik inspektor tərtib etmişdir. Halbuki qanunla ona protokol tərtib etmək səlahiyyəti verilməmişdir. Bu səbəbdən protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı mddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə 28 fevral 2018-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 66-1-ci maddə əlavə edilmişdir. Əlavə edilmiş 66-1-ci maddəyə əsasən İnzibati Xətalar Məcəllənin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində törədilən inzibati xətalar istisna olmaqla) haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adından-bu Siyahının 26-cı hissəsində nəzərdə tutulan vəzifəli şəxslər tərəfindən tərtib edilir. Siyahının 26-cı hissəsində göstərilir ki, Məcəllənin 325.1, 326, 369, 370, 370-1, 375, 388-1 və 459.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adından nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri tərəfindən tərtib edilir. Məhkəmə iclasında protokolu tərtib etmiş orqanın nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs protokol və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etiraz etmədiklərini bildirdilər. Beləliklə, qanunun tələbinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adından–Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri tərəfindən tərtib edilməli olduğu halda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinin kiçik inspektoru tərtib etmişdir. Belə olan halda, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinə qaytarılmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirli tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayəti verilə bilməz. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-658/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-658/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver