Məhkəmə qərarları › İş №3(060)-659/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-659/2022

04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-659/2022 04.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər X9 Şöbəsinin YNHİ polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs oğlunun iştirakları ilə, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə 17.12.2021-ci il tarixli, AP ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, o, 16.12.2021-ci il tarixdə, saat 11:30 radələrində idarə etdiyi “Opel Astra” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Azərbaycan prospektində sola manevr edib dönərkən arxa soldan düzünə hərəkətdə olan “VAZ-21074” markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq sonuncuya maddi zərər vurmuşdur. Yoxlama zamanı məlum olmuşdur ki, sürücünün etibarnaməsi və sürücülük vəsiqəsi olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş zərərçəkmiş şəxs X3 məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 izahat verərək göstərdi ki, vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə 17.12.2021-ci il tarixli, AP ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, 16.12.2021-ci il tarixdə, saat 11:30 radələrində idarə etdiyi “Opel Astra” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Azərbaycan prospektində sola manevr edib dönərkən arxa soldan düzünə hərəkətdə olan “VAZ-21074” markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq sonuncuya maddi zərər vurmuşdur. Yoxlama zamanı məlum olmuşdur ki, sürücünün etibarnaməsi və sürücülük vəsiqəsi olmamışdır. Odur ki, Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasında izahat verərək göstərdi ki, 16.12.2021-ci il tarixdə, saat 11:30 radələrində idarə etdiyi “Opel Astra” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Azərbaycan prospektində sola manevr edib dönərkən arxa soldan düzünə hərəkətdə olan “VAZ-21074” markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Sürücülük vəsiqəsinin müddətinin bitməsindən xəbəri olmamışdır. Odur ki, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan zərərçəkmiş şəxs X1 izahatından görünür ki, ona məxsus olan “VAZ-2107” markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomaşınla 16.12.2021-ci il tarixdə, saat 11:30 radələrində Azərbaycan prospekti, Qubadlı rayon İcra Hakimiyyəti yaxınlığında hərəkətdə olan zaman qarşı sağından sola dönən “OPEL ASTRA” markalı maşın oun maşının sağ yan hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. İş materiallarından görünür ki, “OPEL ASTRA” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomaşın X4 məxsusdur. İş materiallarında olan Şəxs oğlunun sürücülük vəsiqəsinin surətindən görünür ki, sürücülük vəsiqəsinin etibarlılıq müddəti 03.06.2021-ci il tarixdə bitmişdir. Beləliklə, Şəxs əməli iş materiallarında olan 24.11.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatı, eləcə də, iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat cərimə edilir. Həmin Məcələnin 332.4-cü maddəsinə əsasən 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görədörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin AR İXM-in 332.4-cü maddəsinin sanksiyası çərçivəsində cərimə növündə inzibati tənbeh tədbiri təyin edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin AR İXM-in 332.4-cü maddəsinin sanksiyası çərçivəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar