Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-659/2024 19.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 2-ci PB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Xalaç rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 2-ci PB-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Həmin protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:35 radələrində DİN-nin 102 xidmətinə sərxoş vəziyyətdə zəng edərək nalayiq ifadələr işlətmiş, PB-nə dəvət edilərkən polisin qanuni tələblərini yerinə yetirməmişdir. Növbətçi hissənin iş rejimini pozmuşdur. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Sumqayıt Şəhər Polis İdarəsi 2-ci PB-nin sahə rəisi X2 bildirdi ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Zaur İsmayılov oğlu raportla müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18:35 radələrində DİN-nin 102 zəng xidməti mərkəzi sistemindən vətəndaş Şəxs 102 xidmətinə zəng edərək müraciətilə bağlı izahat verilməsinə baxmayaraq dinləməməsi və təkrar eyni suallar verməsi barədə məsul növbətçi polis baş leytenantı Kamran Vəliyevin raportu əsasında Şəxs Merat oğlunun ərizəsinin alınması üçün yaşadığı Sumqayıt şəhər Kimyaçılar qəsəbəsində olan zaman onu 102 xidmətinə etdiyi müraciətlə bağlı Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmiş, o, nalayiq ifadələr işlətməyə başlamış, onu dəfələrlə nizam intizama dəvət etsə də, onun sözlərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etdirərək polisin qanuni tələblərinə tabe olmamış, daha sonra o, 2-ci PB-nə gətirilmiş və PB-də olan zaman səs-küy salaraq Bölmənin iş rejimini pozmuşdur. Bir neçə dəfə onun tərəfindən Şəxs Merat oğluna səs-küy salmaması bildirilsə də, o, öz əməllərinə davam edərək onun sözlərinə məhəl qoymamışdır. Ona görə də, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, DİN-nin 102 xidmətinə zəng edərək ona məxsus avtomobil bir ay yarım müddətində Sumqayıt şəhər DYPS-də saxlanıldığını və ona qaytarılmadığı barədə məlumat vermişdir. Zəng edən zaman spirtli içki qəbul etmişdir. Bundan sonra onun istifadəsində olan mobil telefonuna zəng gəlmiş və onun harada olduğu soruşulmuşdur. O, ona zəng edən şəxsdən kim olduğunu soruşduqda PB-nin əməliyyat müvəkkili Zaur olduğunu və DİN-nin 102 xidmətinə etdiyi zənglə bağlı PB-nə dəvət etdiyini bildirmişdir. Polis əməkdaşları onun yanına gəlmiş və o da heç bir etiraz etməyərək onların avtomobilinə oturaraq PB-nə getmişdir. PB-də ona qarşı fiziki təsir göstərilmişdir. Lakin bildirmək isyəyir ki, o, nə DİN-nin 102 xidnətinə zəg edən zaman, nə polis əməkdaşları gəlib onu aparan zaman, nə də, PB-də olan zaman səs-küy salmamış, nalayiq ifadələr işlətməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan inzibati qaydada tutlma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 09:00 radələrində azad edilmişdir. İş materiallarında olan A/527 nömrəli, xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində müayinə zamanı Şəxs orta dərəcəli alkoqol sərxoşluğu aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır, onun əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, onun 01 (bir) gün inzibati qaydada tutulmağı nəzərə alınmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 01 (bir) gün inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla qəti olaraq 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-659/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-659/2024
19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver