Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-660/2024 15.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qararından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarından şikayət verərək qərarın ləğv edilərək inzibati xəta üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası xitam verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmət Abşeron-Xızı regional şöbəsinin 12 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 198.1.7-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Qərardan narazıdır, aşağıda sadalananlara əsasən qərarı əsassız və qanunsuz hesab edir. O, Sumqayıt Olimpiya İdman Kompleksinin Direktorunun 26 iyun 2022-ci il tarixli əmri ilə təsərrüfat müdiri vəzifəsinə təyin edilmişdir. Vəzifələrinin icrasına faktiki olaraq 26 sentyabr 2022-ci il tarixindən başlamışdır. Əvvəlki iş yeri kapron boru istehsal müəssisəsi olmuş, sex rəisi vəzifəsində işləmişdir. Sumqayıt Olimpiya İdman Kompleksində təxmini nə qədər işçinin çalışdığını yadında qalmamışdır. İş saatı standart olmamaqla 08 saat iş rejimini aşmır. Sumqayıt Olimpiya İdman Kompleksinin mühasibatlığı özündədir. Sara adlı xanım mühasibləri vardır. Rəsmi əmək müqaviləsi bağlanılmaqla Hüseynov Şükür Mahmud oğlu Sumqayıt Olimpiya İdman Kompleksinə bağban vəzifəsinə işə götürülmüşdür. Sumqayıt Olimpiya İdman Kompleksinin ərazisi 03 hektar ərazidən böyükdür, kompleksdə 2 nəfər bağban işləyir. xx.xx.2023-cü il tarixdə hadisə olan zaman o, sənədləşmə işləri əlaqədar olaraq Sumqayıt ŞPİ-də olmuşdur. Sumqayıt Olimpiya İdman Kompleksində qeydiyyatçı işləyən Aytən xanım ona zəng edərək, bağban Şükür Hüseynovun yıxılaraq xəsarət aldığını bildirmişdir. O, Sumqayıt Olimpiya İdman Kompleksinə qayıtmış, hadisənin şahidi olmuş bağban Ramiz Qayıbalıyev ona bildirmişdir ki, xx.xx.2023-cü il saat 12:00 radələrində Şükür Hüseynov açılıb-bağlanan nərdivandan istifadə etməklə Sumqayıt Olimpiya İdman Kompleksinin hamam otağında lambirin tavanında qopmuş lambirini yerinə bərkitmək istəyərkən yıxılmışdır. Şükür Hüseynovun yıxılmasına səbəb nərdivanın sürüşməsi və ayağının altından qaçması olmuşdur. Hüseynov Şükür Mahmud oğluna hadisə baş verən gün heç kim tapşırıq verməmiş, o, işgüzar adam olduğundan kompleksdə fəhlə işi olduğu halda icra etməyə, köməklik etməyə çağırır. O, təsərrüfat müdiridir, bu işlərə nəzarət etmək onun səlahiyyətində deyil. Hesab edir ki, həmin qanunsuz qərar ləğv edilə bilər. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ona görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilərək inzibati xəta üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X6 izahat verərək bildirdi ki, faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırılma aparılmış, cinayət işinin başlanılması rədd edilmiş, inzibati xəta haqqında iş üzrə icraatın başlanlanmış və barəsində qərar çıxarılmış X1 barəsində inzibati qaydada məsuliyyətə cəlb olunması üçün qərar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron Xızı regional şöbəsinə göndərilmişdir. Araşdırma aparılarkən müəyyən olunmuşdur ki, Sumqayıt Olimpiya İdman Kompleksində bağban vəzifəsində işləyən Hüseynov Şükür Mahmud oğlu xx.xx.2023-cü il tarixdə nərdivandan yıxılaraq xəsarət almışdır. Hüseynov Şükür Mahmud oğlu bağban olsa da, Sumqayıt Olimpiya İdman Kompleksində lambirin tavanında qopmuş lambirini yerinə bərkitmək istəyərkən yıxılmışdır. Prokurorluqda araşdırma aparılarkən məhkəmə əmək təhlükəsizliyi ekspertizası təyin olunmuş və ekspert rəyindən görünür ki, müəssisənin təsərrüfat-xidməti işlərinə rəhbərlik etməklə otaqların vəziyyətinə nəzarət edib vaxtında təmir işlərinin aparılması üçün tədbirlər görmədiyinə görə, Sumqayıt Olimpiya İdman Kompleksi MMC-nin təsərrüfat müdiri tərəfindən “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X2”nın “Təsərrüfat müdiri” başlığının tələbləri pozulmişdur. Ona görə də, X4 Azərbaycan Respublikası İXM-nin 198.1.7-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərar ilə 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmiş və X1 barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması və məlumat üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər prokuroru, baş ədliyyə müşaviri X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il taixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 198.1.7-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, qərar və toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədi ilə baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin təlimatlandırılması biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə görə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əməyin mühafizəsi ekspertizasının 3-16-16/2-10/192 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, müəssisənin təsərrüfat-xidməti işlərinə rəhbərlik etməklə otaqların vəziyyətinə nəzarət edib vaxtında təmir işlərinin aparılması üçün tədbirlər görmədiyinə görə, Sumqayıt Olimpiya İdman Kompleksi MMC-nin təsərrüfat müdiri tərəfindən “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X2”nın “Təsərrüfat müdiri” başlığının tələbləri pozulmişdur. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsinin 125 saylı, xx.xx.2024cü il tarixli ekspert rəyindən görünür ki, Hüseynov Şükür Mahmud oğlunun bədəni üzərində aşağıdakı xəsarətlər olmuşdur: ənsə nahiyyəsinin dərialtı hematoması. Qeyd edilən xəsarət küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nin zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2023cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, X4 ilə xx.xx.2022ci il tarixdə əmək müqaviləsi bağlanaraq Sumqayıt Olimpiya İdman Kompleksində təsərrüfat müdiri vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan X1 xx.xx.2023-cü il tarixli izahatından görünür ki, Sumqayıt Olimpiya İdman Kompleksində əməyin mühafizəsi üzrə təlimatlandırmaya və belə qaydalar riayət etməsinə cavabdeh olan şəxsin özü olduğunu bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 198.1.7-ci maddəsinə əsasən işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Beləliklə məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdırıb hesab edir ki, qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilərək inzibati xəta üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası xitam verilməsinə dair şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ekspert rəyindən müəyyən olunur ki, müəssisənin təsərrüfat-xidməti işlərinə rəhbərlik etməklə otaqların vəziyyətinə nəzarət edib vaxtında təmir işlərinin aparılması üçün tədbirlər görmədiyinə görə, Sumqayıt Olimpiya İdman Kompleksi MMC-nin təsərrüfat müdiri tərəfindən “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X2”nın “Təsərrüfat müdiri” başlığının tələbləri pozulmişdur. Həmçinin iş materiallarında olan Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda və X1 izahatında Sumqayıt Olimpiya İdman Kompleksində əməyin mühafizəsi üzrə təlimatlandırmaya və belə qaydalar riayət etməsinə cavabdeh olan şəxsin özü olduğunu bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X1 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarından vermiş olduğu şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-660/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-660/2024
15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver