Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-663/2024 19.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi Əkbərli Nicat Mais oğlunun katibliyi Protokolu tərtib etmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verilən suallara cavab olaraq 18 mart 2024-cü il tarixdən, 19 mart 2024-cü il tarixədək Sumqayıt ŞPİ-nin 1-ci PB-də saxlanıldığını, bu müddət ərzində müdafiəçi ilə təmin edilmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli “inzibati qaydad tutma” haqqında protokoldan görünür ki, Şəxs 18 mart 2024-cü il tarixdə, saat 14:30-da tutulmuş, 19 mart 2024-cü il tarixdə, saat 16:30 dəqiqədə azad edilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə materiallar tam şəkildə məhkəməyə təqdim edilməmiş, həmçinin barəsində icraat aprılan şəxsin məhkəməyədək icraat dövründə müdafiə hüququnun təmin edilib-edilməməsini təqdim edilmiş sənədlərə əsasən müəyyən etmək mümkün olmamışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2024-cü il tarixdə inzibati qaydada tutulsa da, onun müdafiəçinin hüquqi yarıdımından istifadə etmək hüququnun təmin edilib-edilməməsini iş materiallarına əsasən müəyyən etmək mümkün deyil. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə müdafiəçi təyin edilməmiş və ya müdafiəçinin hüquqi yardımından istifadə ilə bağlı onun mövqeyi öyrənilməmiş, əgər bundan imtina etmişsə imtinanı təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 65.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlandığı vaxtdan müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməyə buraxılırlar. Törədilmiş inzibati xətaya görə fiziki şəxs barəsində inzibati qaydada tutma tətbiq edildiyi hallarda müdafiəçi həmin şəxs inzibati qaydada tutulduğu vaxtdan inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməyə buraxılır. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, nitq, eşitmə, görmə qabiliyyəti tam məhdud olan, fiziki və ya psixi pozuntularına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Qeyd edilən normaların təhlilinə əsasən belə qənaətə gəlmək mümkündür ki, inzibati qaydada tutulmuş şəxs tələb etdikdə müdafiəçinin iştirakı mütləqdir. Bu baxımdan şəxsin müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququnun olması izah edilməklə bu hüququndan istifadə edib-etməməsi barədə mövqeyinin öyrənilməsi zəruridir. Şəxs imtina etdikdə isə bu hal lazımi qaydada rəsmiləşdirilməlidir (imtinanın yolverilməzliyi halları istisna olmaqla). Lakin, indiki halda şəxsə bu hüququnun izah edilib-edilməməsini, şəxsin müdafiəçinin hüquqi yardımından istifadə etmək istəyinin olub-olmamasını təqdim edilmiş materiallara əsasən müəyyən etmək mümkün deyil. “Hüseynov və başqaları Azərbaycana qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarında, həmçinin “Hacıbəyli və başqaları Azərbaycana qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarında inzibati xəta haqqında iş üzrə tutulmuş şəxslərin tutulduqları vaxt və polis nəzarətində olarkən vəkillə təmin olunmamaları Konvensiyanın 6-cı maddəsinin 3-cü yarımbəndinin pozuntusu kimi qiymətləndirilmişdir. Qeyd edildiyi kimi hazırki iş materiallarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquq və vəzifələrinin izah edilib-edilməməsi, müdafiəçinin hüququndan istifadə hüququnun təmin edilib-edilməməsi barədə hər hansı sənəd mövcud deyil. Bu hallar inzibati qaydada tutulmuş şəxsin məhkəməyədək icraat dövründə hüquqlarının pozulması qənaətinə gəlinməsinə əsas verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Sumqayıt ŞPİ-nin 1-ci PBdən daxil olmuş inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-663/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-663/2024
19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver