Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-664/2024 19.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X4 və onun müdafiəçisi X3 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 (bundan sonra – şikayətçi) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (bundan sonra - 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi) 04 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsini, onun Azrbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətçi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi 04 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 2000 manat məbləğində cərimə edilmişdir. O, inzibati tənbeh vermə haqqında qərarda göstərilən hərəkətləri etməmiş və heç bir ağacı da məhv etməmişdir. Qəbul edilmiş qərar tamamilə əsassız və qanunsuzdur. Onun göstərilən inzibati xətanı törətməyinə dair heç bir sübut və ya şahid yoxdur. Yaşadığı ünvanda onunla qonşu olan Lətafət Salmanova adlı şəxs mütəmadi olaraq onu narahat edir. Heç bir səbəb olmadan onun ünvanına təhqiramiz ifadələrdən istifadə edir. Lətafət Salmanova adlı şəxsin bu hərəkətləri dayanmadığından və mütəmadi olaraq onu və ailə üzvlərini narahat etdiyinə görə xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə müraciət etmişlər. Lətafət Salmanova adlı şəxs onların Sumqayıt ŞPİ-nin 4-cü PB-nə etdikləri müraciətlərinə görə qərəzli olaraq onun barəsində şikayət edərək onun Sumqayıt şəhəri, 21-ci məhəllə, 52/13 saylı 2 mərtəbəli binanın həyət hissəsindəki yaşıllıq sahədə 1 ədəd ağacı kəsdiyini bildirmişdir. O, heç bir ağacı kəsməmişdir. Bunu təsdiq edən heç bir sübut və ya şahid yoxdur. Onun 66 yaşı vardır. O hər hansı bir ağacı kəsmək üçün kifayət qədər fiziki qüvvəyə malik deyildir. Buradan da aydın görünür ki, tərtib edilmiş qərar tamamilə əsassız və qanunsuzdur. Bu səbəbdən də əməldə inzibati xəta tərkibi olmadığına və qərarın əsassız və qanunsuz olduğuna görə qərar ləğv edilməlidir. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə iclasında şikayətçi şikayətinin məzmununa uyğun izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Şikayətçinin müdafiəçisi Anar Qasımlı məhkəmə iclasında bildirdi ki, şikayətçi ilə qanşuluqda yaşayan Lətafət adlı qadın arasında münaqişə vardır. Belə ki, Lətafət binanın qarşısında olan torpaq sahəsini çəpərə almış və burada ağaclar əkdirmişdi. Həmin çəpər şikayətçiyə məxsus olan mənzilin pəncərəsinin qarşısını kəsmiş və mənzildə havasızlıq yaranmışdı. Bu səbəbdən şikayətçi bununla bağlı İcra Hakimiyyətinə şikayət etmiş və müvafiq orqan tərəfindən həmin çəpər sökülmüşdür. Ola bilsin ki, çəpəri sökən fəhlələr burada hansısa ağacları zədələmişlər. Bundan sonra şikayətçi ilə həmin qadın arasında münaqişə yaranmış və Lətafət şikayətçinin gəlini ilə mübahisə edərkən onun telefonunu sındırmışdır. Şikayətçinin gəlini bununla bağlı polisə şikayət etmiş və Lətafət də bundan acığa düşərək ağacların şikayətçi tərəfindən kəsilməsi ilə bağlı şikayət etmişdir. Polis tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və şikayətçinin əməlində inzibati xəta tərkibi olması səbəbindən sənədlər 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. İdarə tərəfindən heç bir əsas olmadan yalnız həmin qərar əsas götürülərək şikayətçinin cərimə olunması barədə qərar qəbul edilmişdir. Şikayətçi heç bir ağac kəsməmişdir və bununla bağlı hər hansı sübut mövcud deyildir. Qeyd edilənlərə əsasən müdafiəçi şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İXM-in 253.2-ci maddəsində göstərilmişdir ki, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Sumqayıt şəhər Polis İdaərsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanında yaşayan Lətafət Salmanova tərəfindən ETŞN-nin “Qaynar xətt mərkəzfnə “Mahmudova Rəna adlı qonşu ərazidə böyük ağacları kəsib çıxarıb yerində dirəklər basdırması, ağaclara ziyan verməsi, budaqlarını kəsməsi” barədə daxil olmuş və araşdırılması üçün İdarəyə göndərilmiş xx.xx.2023-cü il tarixli İD-20263 saylı və Lətafət Salmanova tərəfindən ETSN-nə eyni məzmunda ünvanladığı xx.xx.2023-cü il tarixli 3- 14/1-S-2445-3/2Ö23 saylı müraciətlər şikayətçinin, ünvan 3 ünvanında yaşayan Rəna Mahmuovanın və ünvan 4' Abbasovanın iştirakı ilə araşdırılmışdır. Araşdırma zamanı Sumqayıt şəhəri 21-ci məhəllə, 52/13 saylı 2 mərtəbəli binanın həyət hissəsində Lətafət Salmanova tərəfindən uzun illər ağac və kol əkilərək istifadə olunmuş bağ sahəsinin ətrafı çəpərin Rəna Mahmudovanın şikayəti əsasında Sumqayıt şəhər İcra Hakimiyyətinin MKS işçiləri tərəfindən sökülməsi, qeyd olunan sahədə Rəna Mahmudova paltar asmaq üçün dirəklər basdırdığı və həmin dirəklərin Lətafət Salmanova tərəfindən söküldüyü məlum olmuşdur. X2 verdiyi rəsmi izahatda onlara məxsus bağ sahəsinin ətrafını binaya yeni köçmüş qonşu Rəna Mahmudovanin qərəzli: olaraq sökdürdüyü və söküntüdən sonar bağ sahəsində olan ağacların çıxarılması və sındırılmasına nail olmasını bildirmişdir. ünvan 3 ünvanında yaşayan Rəna Mahmudova verdiyi yazılı izahatda Lətafət Salmanovanın onun barəsində dediklərinin şər-böhtan olduğunu, ağac-kol kəsmədiyini, həmin ərazinin qanunsuz olaraq hasar alındığından müraciəti əsasında Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən hasann sökdürüldüyünü, bu şəbədən ona böhtan atıldığını bildirmişdir. Baxış zamanı həmin ərazidə köküstə yaş halda 1 ədəd diametri 4 sm-dək olan ərik ağacının kökboğazından qırtaraq məhv edilməsi, 1 ədəd nar kolunun və diametri 4 sm olan 1.ədəd tut ağacının 1 budağının sındırılaraq bioloji inkişafdan dayandırmayacaq dərəcədə zədə vurulması faktı müəyyən edilmişdir. Şikayətçi ərazidən ağac çıxarılmasını bildirsə də, baxış zamanı bu faktı müəyyən etmək mümkün olmamışdır. Araşdırma zamanı xx.xx.2023-cü il tarixli 82618 saylı akt tərtib edilmişdir. Köküstəyaş halda 1 ədəd ərik ağacının məhv edilməsinə görə dəymiş ziyanın məbləği tikinti və abadlaşdırma məqsədilə törədildikdə 480 manat, tikinti və abadlaşdırma istisna olmaqla törədildikdə isə 240 manat təşkil edir. Qeyd olunan ünvanda köküstəyaş halda 1 ədəd ərik ağacının məhv edilməsi və 2 ədəd ağaca bioloji inkişafdan dayandırmayacaq dərəcədə zədə vurulmasında təqsirkar şəxslərin və ərazidən digər ağacın çıxarılmasına yol verilib-verilməməsinin müəyyən edilərək qanunamüvafiq tədbir görülməsi və nəticəsi barədə İdarəyə məlumat verilməsinə göstəriş verməyiniz xahiş olunur. Qeyd olunan məlumat əsasında Sumqayıt şəhəri 4-cü PB-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmiş, hadisəni törətmiş Rəna Mahmduovanın əməlində Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati təsir tədbirləri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Qərarda göstərilmişdir ki, araşdırma zamanı Sumqayıt şəhəri, 21-ci məhəllə, 52/13 saylı 2 mərtəbəli binanın həyət hissəsində Lətafət Salmanova tərəfindən uzun illər ağac və kol əkilərək istifadə olunmuş bağ sahəsinin ətrafı çəpərin Rəna Mahmudovanın şikayəti əsasında Sumqayıt şəhər İcra Hakimiyyətinin MKS işçiləri tərəfindən sökülməsi, qeyd olunan sahədə Rəna Mahmudovanın paltar asmaq üçün dirəklər basdırdığı və həmin dirəklərin Lətafət Salmanova tərəfindən söküldüyü məlum olmuşdur. X2 verdiyi rəsmi izahatda onlara məxsus bağ sahəsinin ətrafını binaya yeni köçmüş qonşu Rəna Mahmudovanın qərəzli olaraq sökdürdüyü və söküntüdən sonra bağ sahəsində olan ağacların çıxarılması və sındırlmasına nail olmasını bildirmişdir. Baxış zamanı həmin ərazidə köküstəyaş halda 1 ədəd diametri 4sm-dək olan ərik ağacının kökboğazından qırılaraq məhv edilməsi, 1 ədəd nar kolunun və diametri 4 sm olan 1 ədəd tut ağacının 1 budağının sındırılaraq bioloji inkişafdan dayandırmayacaq dərəcədə zədə vurulması faktı müəyyən olunmuşdur. Şikayətçi ərizədən ağac çıxarılmasını bildirsə də, baxış zamanı bu faktı müəyyən etmək mümkün olmamışdır. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 253.2-ci maddəsinə əsasən təqsirli bilinərək 2000 manat miqdarında cərimə edilmişdir. İXM-də göstərilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (8.1.). İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (8.2.). İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (8.3.). Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur (12.1.). İş materialları ilə müəyyən edilir ki, şikayətçi və Lətafət Salmanova qonşuluqda yaşamaqla, aralarında münaqişə vardır. Lətafət Salmanovanın şikayəti əsasında 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən mübahisə araşıdırlması üçün Sumqayıt Şəhər Polis İdarəsinə göndərilmiş və aparılmış araşdırma nəticəsində xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, şikayətçinin əməlində Azərbaycan İXM-in 253.2-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati təsir tədbirləri görülməsi üçün qərarın surəti 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Həmin qərar əsasında 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən şikayətçi barəsində müvafiq qərar qəbul edilmişdir. Lakin, şikayətçi iş materiallarında olan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış, həmçinin məhkəmə iclası zamanı verdiyi izahatlarında həmin ərazidə hər hansı ağac kəsintisinə yol vermədiyini bildirmişdir. Eyni zamanda iş üzrə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində və Sumqayıt Şəhər Polis İdarəsində toplanmış materiallarda həmin ağacların məhz şikayətçi tərəfindən kəsilməsinə dair hər hansı sübut mövcud deyildir. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi yalnız cinayət işinin başlanması haqqında qərarın sonunda göstərilmiş müddəaya əsaslanaraq inzibati tənbehvermə haqqında qərar qəbul etmişdir. Həmin müddəa isə şikayətçinin əməlində İXM-in 253.2-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğunu imoerativ olaraq müəyyən etmir, yalnız belə əlamətlərin olma ehtimalını bildirir. Lakin, inzibati xəta haqqında iş üzrə icraat zamanı qeyd olunan fakt öz təsdiqini tapmamışdır. Eyni zamanda İXM-də göstərilmişdir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər (38.3.). Göründüyü kimi cinayıt işinin başlanmasının rədd edilməsi barədə qərar xx.xx.2023-cü il tarixində qəbul edilsə də, inizbati tənbehvermə haqqında qərar xx.xx.2024-cü il tarixdə, yəni bundan 3 aydan artıq müddət keçdikdən sonra qəbul edilmişdir. Bununla da şikayətçinin inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş müddət keçmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. İXM-də göstərilmişdir ki, inzibati xəta hadisəsi olmadıqda (53.1.1.), bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda (53.1.6.) inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, X4 barəsində Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-664/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-664/2024
19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver