Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-665/2021 22.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Bakı şəhər Baş Polis İdarəsinin inzibati xəta haqqında protokolunun ləğv edilməsinə dair X2 şikayət ərizəsinə hazırlıq iclasında baxaraq müəyyən etdi: X4 şikayət ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsinin inzibati xəta haqqında protokolunun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət ərizəsinə Bakı Şəhər Polis İdarəsinin Dövlət Yol Polis söbəsinin inzibati xəta haqqında protokolu əlavə edilməmiş, həmçinin protokolun nə tarixi, nə nömrəsi göstərilməmişdir. Ərizə və ona əlavə olunmuş sənədlər 22 fevral 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolun mübahisələndirilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Qanunvericilik inzibati xəta haqqında qərardan şikayət verilməsini müəyyən etmişdir. Hazırkı şikayət ərizəsi isə X1 Xətalar Məcəlləsinin tələblərinə zidd olaraq nə tarixi, nə nömrəsi qeyd edilməyən inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş edir. Qeyd edilənlər hazırkı ərizənin baxılmasını mümkünsüz edən hallar olduğundan məhkəməyə ərizə və ona əlavə sənədlərin geri qaytarılması nəticəsinə gəlməyə əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhər Baş Polis İdarəsinin inzibati xəta haqqında protokolunun ləğv edilməsinə dair X2 ərizəsi ona əlavə olunmuş sənədlə birlikdə X3 geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-665/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-665/2021
22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver