Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-665/2023 04.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Vəzifəli şəxs Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair barəsində 17 fevral 2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş, baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən ticarət mərkəzinin 1-ci mərtəbəsində fərdi sahibkar Şəxs tərəfindən icarə müqaviləsi əsasında fəaliyyət göstərən saat satışı mağazasında planlı yanğın-texniki müayinə keçirmək istəsələr də, sənəd təqdim olunmadığı üçün planlı yanğın-texniki müayinə keçirmək mümkün olmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin DYNŞnin inspektoru X2 tərtib etdiyi protokola uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Rəcəb Salamov məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, yoxlama aparmaq məqsədilə xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən ticarət mərkəzinin 1-ci mərtəbəsində fərdi sahibkar Şəxs icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyi saat satışı mağazasında yoxlama aparmaq məqsədilə getmiş, həmin mağazada qeyd olunan vaxt yoxlayıcı qismində tək olmuş, buna baxmayaraq xx.xx.2023-cü il tarixli “təqrir”-də digər 2 nəfər əməkdaşın onunla birlikdə yoxlamanın aparılmasında iştirak etdiyi göstərilmiş və bu barədə həmin şəxslər “Təqrir”-də müvafiq imza etmişlər. Fərdi sahibkar Şəxs özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim edə bilmədiyi üçün onun tərəfindən yoxlama aparıla bilməmiş ona görə də onun barəsində İXM-nin 602.4-cü maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, Sumqayıt şəhəri, 36-cı məhəllə, Sülh küçəsi, ev 3/24-də Ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən saat satışı mağazasını icarə əsasında işlədir.17 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X2 həmin ünvanda olmuş və ondan şəxsiyyət vəsiqəsini təqdim etməsini tələb etmişdir. O, isə şəxsiyyət vəsiqəsini itirdiyini, bununla bağlı polisə müraciət etdiyini bildirmişdir. O, şəxsiyyət vəsiqəsinin əvəzinə onun vergi ödəyicisi olmasını təsdiq edən sənədi, həmçinin sürücülük vəsiqəsini təqdim edə biləcəyini söyləsə də, Rəcəb Salamov razılaşmamış və barəsində protokol tərtib etmişdir. Rəcəb Salamov yoxlama üçün mağazaya gələn zaman tək olmuş, bir nəfər əməkdaş isə maşında olmuş, həmin əməkdaş yoxlama məqsədi ilə mağazaya daxil olmamışdır. O, Rəcəb Salamovun bütün suallarına cavab vermişdir. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparan şəxsin izahatlarını, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, protokolu tərtib etmiş şəxs X2 məhkəmə iclasında öz izahatında bildirdi ki, o yoxlama aparmaq məqsədi ilə qeyd olunan ünvanda tək olmuşdur. Həmçinin bu faktı Şəxs da təsdiq etmişdir. Lakin iş materiallarına əlavə edilmiş 17 fevral 2023-cü il tarixli “Təqrir” sənədindən görünür ki, protokol tərtib olunan zaman Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin digər əməkdaşları Nicat Bayram və Duyar Hüseynzadə də orda olmuşdur. Buna baxmayaraq qeyd olunan bu fakt məhkəmə istintaqı zamanı öz əksini tapmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında 2 iyul 2013-cü il qanunun 17.2-ci maddəsində qeyd olunan Yoxlamanın aparılması haqqında qərarda göstərilməli olan hallardan biri də həmin qanunun 17.2.3-cü maddəsinə görə yoxlanılacaq sahibkarın adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs X2 izahatında bildirdi ki, sahibkar tərəfindən yalnız şəxsiyyət vəsiqəsi təqdim edilə bilmədiyi üçün protokol tərtib etmişdir. Dolayı yolla Rəcəb Salamov AR İXM-nin 602.4-cü maddəsində göstərilən yoxlamaya aid sənədi yalnız şəxsiyyət vəsiqəsi olaraq qəbul etmişdir. Halbuki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında bildirmişdir ki, o, Rəcəb Salamova onun vergi ödəyici olmasını təsdiq edən sənədi təqdim etməsini təklif etsə də, sonuncu bundan imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə görə sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə hesab edir ki, Şəxs barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmaq kimi hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Amma yuxarıda qeyd edildiyi kimi Şəxs tərəfindən protokolda göstərilən hərəkətlərin edilməsi öz təsdiqini tapmır, sonuncu protokol tərtib edən şəxsin göstərişlərindən yayınmamış, yoxlamaya aid sənədləri təqdim etmək istəsə də protokolu tərtib etmiş şəxs bundan imtina etmiş, yoxlama aparılması üçün nümayəndəyə heç bir maneəçilik göstərməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-665/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-665/2023
04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver