Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-668/2021 23.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, Zahid Ağayev Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi-Sümqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs-X1 iştirakları ilə, xx.xx.1961-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ailəli, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi SKZ YAT-2 də qeydiyyatda olan və Sumqayıt şəhəri 4cü mikrorayon ev 30/80, mənzil 33-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 23.02.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, 04.10.2021-ci il tarixdə keçmiş gəlini X2 döymüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.4-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, E.Ağayev bildirdi ki, Şəxs X3 döyməsi ilə bağlı protokol tərtib olunaraq aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Odur ki, barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməyərək, 04.10.2021-ci il tarixində nəvələrini gördükdən sonra onları evlərinə gətirdiyini və bu zaman gəlini X5 ilə mübahisə etdiyini lakin onu döymədiyini bildirdi. İş üzrə zərərçəkmiş şəxs qismində izahat vermiş X5 04.10.2020-ci il tarixdə keçmiş qaynatası Şəxs onların ünvanlarına gələrək mübahisə etdiyini və daha sonra anası Arzumanova Fəridəyə zor tətbiq edərək onun boğazından tutaraq sıxmağa başladığını anasına kömək etməyə çalışarkən isə Şəxs onun çiyin nahiyyəsindən çiyin və kürək qahiyyəsindən yumruq zərbələri ilə vurduğunu bildirdi. Barəsində protokol tərtib olunmuş şəxs barəsində qanunmüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində izahat vermiş X4 da izahatında 04.10.2020-ci il tarixdə keçmiş qudası Şəxs onların mənzilinə gələrək onunla mübahisə edərək onun boğazından sıxaraq zor tətbiq etdiyini,qızı Kərimova Əminə ona kömək etmək istədikdə isə yumruq zərbələri ilə onun kürək və çiyin nahiyyələrindən vuraraq onu döydüyünü bildirdi. Müdafiəçi Vəkil inzibati iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. İnzibati işin materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsinə dair 16.04.2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. İnzibati işin materiallarında olan MTE və PA X8 Şəxsi tərəfindən verilmiş 1250 saylı ekspert rəyindən görünür ki, Əminə Kərimovanın bədəni üzərində aşkar olunmuş bazunun və sol kürəkaltı nahiyyənin qançırı kənar şəxs tərəfindən vurulma nəticəsində əmələ gələ bilər və müayinədən 3-5 gün əvvəl olmaqla 04.10.2020-ci il tarixinə uyğun gəlir. Məhkəmə barəsində protokol tərtib edilmiş şəxsi, zərərçəkmiş şəxsi, şahidin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. Lakin onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xətalar haqqında iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xəta 04.10.2020-ci il tarixində törədildiyindən və 16.10.2020-ci il tarixində barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar çıxarıldığından, yəni artıq həmin vaxtdan 3 aydan artıq müddət keçdiyini nəzərə alaraq Məhkəmə hesab edir ki. Şəxs Xəlil oğlu barəsində İXM-nin 157-ci maddəsi ilə başlanılmış inzibati icraata İXM-nin 53.0.6-cı maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39,114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXMnin 53.0.6-cı maddəsinə əsasən xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakı̇ m Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-668/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-668/2021
23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver