Məhkəmə qərarları › İş №3(060)-668/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-668/2022

18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-668/2022 18.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin sahə rəisi X8 oğlu tərəfindən qəbul edilmiş MN ******* saylı 25.01.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin sahə rəisi X5 tərəfindən qəbul edilmiş MN ******* saylı 25.01.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi X4 izahatında bildirmişdir ki, 25.01.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsində siqaret çəkmək üçün təyin olunan yerdə (açıq hava kurilkada) siqaret çəkən zaman tibbi maska onun çənə nahiyyəsində olmuşdur. Həmin zaman Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin mülki geyimdə olan əməkdaşları ona yaxınlaşmış, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin sahə rəisi, polis baş leytenantı X6 tərəfindən oun barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən MN ******* saylı, 25.01.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında MN ******* saylı 25.01.2021ci il tarixli İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Lakin o bu qərarla razı deyil. Çünki siqaret çəkən zaman tibbi maskadan istifadə edə bilməzdi. Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin sahə rəisi, polis baş leytenantı X6 onun tbbi maskadan tam və düzgün istifadə etmədiyini bəhanə gətirərək barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Maddi vəziyyəti pis olduğundan cəriməni ödəyə bilmir. Qeyd olunanları nəzərə alaraq barəsində tərtib olunmuş 25.01.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Sumqayıt şəhər Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş 25.01.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 211.2ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Bel ki, vətəndaş X4 Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin sahə rəisi, polis baş leytenantı X6 tərəfindən onun barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərardan həmin zaman, yəni 25.01.2021-ci il tarixdə xəbərdar olmuşdur. Məhkəməyə isə 05.03.2022-ci il tarixdə, yəni 1 ildən sonra şikayət ərizəsi ilə müraciət etmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Akif Həsənov Azərbaycana qarşı - 7268/10 saylı, 19.09.2019-cu il tarixli Qərarında göstərdiyi mövqe görə, ərizəçini hətta yerli inzibati və məhkəmə orqanları tərəfindən aparılan araşdırılmaya çağırılmasa və dinləmədə onun iştirakını təmin etməsə (həmçinin qərarın surətini ona təqdim etməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan baxışının nəticəsi barədə məlumat əldə etməyə dair fərdi məsuliyyətdən azad etmir. Uzun müddət ərzində hər hansı araşdırmanın və ya sorğunun olmaması ərizəçini müvafiq nəticəyə gəlməyə və ərizəni Məhkəmə göndərməyə vadar etməli idi. Ərizəçi onun fəaliyyətsizliyinə və ya birbaşa Məhkəməyə müraciət etməyinin gecikməsinə bəraət qazandıran hər hansı məlumat təqdim etməlidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin sahə rəisi X8 oğlu tərəfindən qəbul edilmiş MN ******* saylı 25.01.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və X2 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, şəxsin maddi imkanının olmaması qərarın ləğv edilməsi üçün əsas deyil. Odur ki, X4 tərəfindən verilmiş qərardan şikayət təmin olunmamalı, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin sahə rəisi X8 oğlu tərəfindən qəbul edilmiş MN ******* saylı 25.01.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin sahə rəisi X8 oğlu tərəfindən qəbul edilmiş MN ******* saylı 25.01.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş 25.01.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar