Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-668/2023 13.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Daşdərimov Yasin Bayram oğlunun, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs (cra sənədi üzrə tələbkarın) nümayəndəsi X2 iştirakı ilə, xx.xx.1972-ci ildə Qazax rayonu, Musaköy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri Mədəniyyət Baş İdarəsində sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Daşdərimov Yasin Bayram oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən xx.xx.2023-cü il tarixdə Daşdərimov Yasin Bayram oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Daşdərimov Yasin Bayram oğlu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4418 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrsüz səbəbdən icra edilmir. X3 Bayram oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 məhkəməyə bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(0600-4418/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 6598,21 manat əsas borc, 24,85 manat faiz borcu, cəmi 6623,06 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Əvvəllər işlədiyi üçün tutma əməkhaqqına yönəldilmişdir, lakin sonradan işdən çıxdığı üçün tutulma mümkün olmamışdır. Buna görə də Daşdərimov Yasin Bayram oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Daşdərimov Yasin Bayram oğlu məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(0600- 4418/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən ondan 6598,21 manat əsas borc, 24,85 manat faiz borcu, cəmi 6623,06 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Əvvəllər işlədiyi üçün ödəniş etmişdir, lakin sonradan işdən çıxdığı üçün ödəniş edə bilməmişdir. Gələn aydan ödəniş edəcəyinə söz verir. Buna görə də barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş hüquqi şəxsin (icra sənədi üzrə tələbkarın) nümayəndəsi X5 bildirdi ki, bank Şəxs çox güzəşt etmiş, hətta hissə-hissə ödəniş etməsi barədə ona təklif də edilmişdir. Borclu icra sənədindən qərəzli olaraq yayınır. Onun barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin e-2(0600-4418/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 6598,21 manat əsas borc, 24,85 manat faiz borcu, cəmi 6623,06 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-184/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti, hüququn məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxanadək məhdudlaşdırılmışdır. İş materiallarında olan bildirişlərdən görünür ki, Daşdərimov Yasin Bayram oğluna borcu ödəməsilə bağlı xəbərdarlıq edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları, işin hallarını, borclunun davranışını nəzərə alaraq məhkəmə hesab edir ki, Daşdərimov Yasin Bayram oğlu tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. Onun icra sənədindən məlumatı olsa da icra sənədini icra etməmiş, həmçinin icra məmurunun tələblərinə də əməl etməmişdir. Məhkəmə hesab edir ki, icra sənədləri icra olunmalı, borc ödənilməlidir. Borclunun borcun ödənilməsi üçün cəhd etməsi, borcun ödənilməməsinin onun təqsiri ucbatından baş verməməsi barədə heç bir sübut yoxdur. Daşdərimov Yasin Bayram oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Daşdərimov Yasin Bayram oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Daşdərimov Yasin Bayram oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Daşdərimov Yasin Bayram oğlunın şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Daşdərimov Yasin Bayram oğluna Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Daşdərimov Yasin Bayram oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-668/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-668/2023
13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver