Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-669/2022 05.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun Vəkil, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru – X1 iştirakları ilə, 12.08.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən 05 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Ağcabədi rayon Məhkəməsinin 2 (017)-649/2017 saylı 17.03.2017-ci il tarixli icra sənədinə əsasən 13.02.2017-ci il tarixdən başlayaraq 28 avqust 2008-ci il tarixdə anadan olmuş X8, 28 iyun 2010-cu il tarixdə anadan olmuş X3 və 03 dekabr 2014-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmalarından ötrü hər ay hər uşağa görə cavabdeh Şəxs 70 manat, cəmi 210 manat məbləğində alimentin tutularaq iddiaçı X5 xeyrinə ödənilməlidir. İcra sənədi üzrsüz səbəbdən icra edilməmişdir və nəticədə Şəxs 2000 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş icra sənədi üzrə tələbkar məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 Məhkəmə iclasında çıxış edərək bildirdi ki, Ağcabədi rayon Məhkəməsinin 2 (017)- 649/2017 saylı 11.06.2017-ci il tarixli icra sənədinə əsasən 3 uşağa görə cavabdeh Şəxs, cəmi 210 manat məbləğində alimentin tutularaq iddiaçı X5 xeyrinə ödənilməlidir. Borclu hər ay aliment ödənişi etsə də, ödənişi tam etmədiyi üçün 2000 manat aliment borcu yaranmışdır. Borclu son dəfə 2 gün bundan öncə 170 manat ödəniş etmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. İcra sənədi üzrə borclu Şəxs bildirdi ki, həqiqətən də Ağcabədi rayon Məhkəməsinin 2 (017)-649/2017 saylı 11.06.2017-ci il tarixli icra sənədinə əsasən onda 3 uşağa görə cəmi 210 manat məbləğində alimentin tutularaq iddiaçı X5 xeyrinə ödənilməlidr. Hər ay 170-180-200 manat məbləğində ödənişlər etmişdir. Lakin hal-hazırda bir neçə müddətdir ki, işsizdir və xəstəliyi ilə əlaqədar ağır fiziki işdə işləyə bilmir. Ödənişi tam etməməyinin səbəbi ödənişdən qərəzli olaraq boyun açırması deyil, maddi sıxıntılarla bağlı olmuşdur. Yaranan borcu ödənişi tam etməməsi ilə əlaqədar yaranmışdır.Əgər ona vaxt verilərsə borcundan hissə-hissə ödənişlər edə bilər. Eyni zamanda qeyd edir ki, ödənişlər mütamadi edir. Ona görə də, onun hərəkətlərində inzibati xəta tərkibi olmaması əsası ilə icraata xitam verilməlidir. Müdafiəçi Vəkil Şəxs üzrsüz səbəbdən icra sənədini icra etməmək niyyəti olmamışdır, bunu icra məmuru da qəbul edir, imkanı çatdıqda ödəniş edir və edəcəkdir. Ona görə də, onun hərəkətlərində inzibati xəta tərkibi olmaması əsası ilə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, vəkilin çıxışını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati işin materiallarında olan Ağcabədi rayon Məhkəməsinin 2 (017)- 649/2017 saylı 11.06.2017-ci il tarixli icra sənədinə əsasən azyaşlılar 28 avqust 2008-ci il tarixdə anadan olmuş X8, 28 iyun 2010-cu il tarixdə anadan olmuş X3 və 03 dekabr 2014cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmalarından ötrü hər ay hər uşağa cavabdeh Şəxs qazancından 70 manat, cəmi 210 manat məbləğində alimentin tutularaq iddiaçı X5 xeyrinə ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 3-cü maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və icra məmurunun çıxışından göründüyü kimi Şəxs mütəmadi olaraq ödənişlər etməsi onun tam ödəniş etməməsinin qərəzli xarakter daşımadığını göstərir. Məhkəmə hesab edir ki, borclu şəxsin məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmək kimi bir niyyəti olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, X6 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.0.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi (№ AZ 50AİİB400170C**********214 VÖEN: **********) Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-669/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-669/2022
05.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver