Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-67/2023 09.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü PB-nin sahə rəisi polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 16, otaq 55 ünvanında qeydiyyatda olan və ünvan 2yan Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə X3 3-cü mikrorayon ərazisində döymüşdür. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib edən Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü PBnin sahə rəisi polis leytenantı X5 protokolda göstərilənlərə uyğun izahat verərək qanuni qərar verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, təxminən 7 ay bundan qabaq X6 ilə 9-cu mikrorayonda yaşadığı məhəllədə tanış olmuş və münasibətləri yaranmışdır. Onların arasında sadəcə dostluq münasibətləri olmuşdur. Təxminən sentyabr ayında Günay ilə aralarında anlaşılmazlıq baş vermiş və o aralarında olan dostluq münasibətini bitirmişdir. xx.xx.2022-ci il tarixdə o Günayla mübahisə etmiş, Günay ona ağır söyüşlər söymüşdür, əsəbiləşib Günayı itələmişdir. Günaya xəsarət yetirməmiş, onu döyməmişdir. Günayın gözünün altındakı görüntülər indi də var, bu döymə əlaməti deyildir, onun gözünün altı bu formadadadır. Günayı döyməmiş, qəsdən onu vurmamış, belə fikri olmamışdır. 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. Göstərdilkərini nəzərə alaraq icraata xitam veriməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirdi ki, Şəxs təxminən 5-6 aydır ki, tanıyır. İşləri ilə əlaqədar bir neçə dəfə görüşmüşlər. Dostluq münasibətləri yaranmışdır. Dost kimi evinə gəlib-getmişdir. Lakin sonradan onun normal insan olmadığını görmüşdür. Onu evə buraxmamışdır. Asif isə onun evinə gəlməyə cəhd göstərmişdir. Əvvəl onu döydüyü üçün bir neçə dəfə 3-cü PB-nə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində telefonla rəfiqəsi ilə danışa-danışa mənzilinin qapısını açıb içəri daxil olan zaman Asif qəflətən pilləkənlə qalxıb üstünə gələrək “sən məni tutdurmaq istəyirsən” deyərək onu tutmuşdur. O əlindən çıxmaq istəsə də bu mümkün olmamışdır. Asif yumruqla onun sifətinə, başına, təpiklə ayaqlarına zərbələr vurmuşdur. O qışqırıb qonşulardan kömək istəmişdir. Qonşuların çatacağından qorxduğu üçün Asif qaçıb getmişdir. O da 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Buna görə də onun barəsində ciddi tədbir görülməsini xahiş edir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 oktyabr 2022-ci il tarixli qərara əsasən toplanmış təhqiqat materialı üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü PB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan MTE-nın 1610 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, X2 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol gözaltı nahiyyənin, sağ gözltı nahiyyənin, sol bazunun, sağ baldırın qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatı ilə birlikdə araşdıraraq, işin hallarını, xəsarətin xarakterini, tərəflərin qarşılıqlı münasibətlərini nəzərə alaraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməmişdir. İş materiallarından və izahatlardan görünür ki, tərəflər əvvəllər dostluq münasibətlərində olmuş, sonradan isə münasibətləri korlanmışdır. Təqdim edilmiş materiallardan birmənalı olaraq hadisənin X2 göstərdiyi kimi cərəyan etməsi və ya hadisənin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan baş verməsi barədə qənaətə gəlmək mümkün deyildir. Ekspert rəyi ayrılıqda protokolda göstərilənlərin təsdiq edilməsi üçün kifayət etmir. İşdəki sübutlarla birmənalı olaraq X4 xəsarətlərin Şəxs tərəfindən və qəsdən törədilməsi təsdiq edilmir və işdə olan şübhələr də Şəxsnın xeyrinə həll olunmalıdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxsnın təqsirliliyi sübuta yetirilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2, 114-115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliliyi sübuta yetmədiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-67/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-67/2023
09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver