Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-670/2023 14.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Məmmədov icraatımda olan Sumqayıt şəhər polis idarəsi 5-ci polis bölməsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs barəsində 14 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* №li inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar 14 mart 2023-cü il tarixdə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Sumqayıt şəhər Polis İdarəsi 5-ci polis bölməsinin sahə rəisi polis baş leytenantı Rəşad Cəfərov tərəfindən Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolun “inzibati xətanın mahiyyəti” hissəsində göstərilmişdir ki, Şəxs St.Sumqayıt ərazisində xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində X1 təhqir edərək xırda xuliqanlıq etmişdir. İXM-nin 106.0.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialların bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib edilməməsini yoxlayır. İXM-nin 510-cu maddəsinin dispozitsiyasına əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokol Sumqayıt şəhər Polis İdarəsi 5-ci polis bölməsinin sahə rəisi polis baş leytenantı Rəşad Cəfərov və zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən imzalanmamış və iş üzrə iştiraşçıların izahatlar alınmamışdır. Yuxarıda qeyd edilən pozuntular Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun baxılmasını mümkünsüz etdiyindən, hazırkı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmadan onu tərtib edən orqana geri qaytarılmalıdır. İXM-nin 106.0.3-cü madəsinə əsasən hakim inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini yoxlayır. Həmin məcəllənin 109.1.6-ci maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmasına dair qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 106, 109-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Sumqayıt şəhər Polis İdarəsi 5-ci polis bölməsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsi 5-ci polis bölməsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-670/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-670/2023
14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver