Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-671/2025 03.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmş EQ 24983985 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ 24983985 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarla Pənah Quliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Pənah Quliyev məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxs Pənah Quliyev şikayətini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan "FRUEHAUF YARİMQOŞQU" markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Sumqayıt şəhəri, 10-cu mikrorayon istiqamətində qaydaları pozduğuna görə İXM-nin 339.1-1-ci maddəsi ilə cərimə edilmişdir. Qərarı tam qanunsuz hesab edərək, müvafiq orqana şikayət versə də, nəticə əldə olunmamışdır. Mülkiyyətində olan "FRUEHAUF YARİMQOŞQU" markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi yarımqoşqu hesab edilməklə özünün müstəqil hərəkəti mümkün deyil. O, həmin nəqliyyat vasitəsini inzibati qərarlardan da göründüyü kimi Sumqayıt şəhərində eyni yerdə uzun müddətdir park etmişdir. Yəni, həmin yarımqoşqu nəqliyyat vasitəsi ümumiyyətlə hərəkətsiz qalmışdır. Belə ki, DYP əməkdaşları ona məlum olmayan səbəblərdən təxminən 20 gündən bir heç bir hərəkət etməyən və hərəkət etməsi mümkün olmayan yarımqoşquya texniki baxışdan keçməməyə görə cərimə yazıldır. O, bununla razılaşmır, çünki cərimə edildiyi İXM-nin 339.1-1 və 332.3-cü maddələrində avtomobilin hərəkət etməsinə görə cərimə tətbiq olunur. Yəni, avtomobil hərəkətdə olarkən texniki baxışdan keçmədiyi və hüquqi olmayan şəxs tərəfindən idarə edildiyi aşkar olunarsa cərimə oluna bilər. Burada isə avtomobilin hərəkətindən söhbət belə gedə bilməz. Hətta inzibati qərarlarda xətanın törədilmə yerinin GPS nöqtələri demək olar ki eyni olmuşdur. Bu da bir daha avtomobilin hərəkət etmədiyini sübut edir. Qeyd olunan qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq qərardan şikayət verən şəxs Pənah Quliyev və qərarından şikayət verilən Baş X4 İdarəsi nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Pənah Quliyev EQ 24983985 saylı, xx.xx.2024-cü il tarixli qərarla İXM-nin 339.1-1ci maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində cərimə olunmuşdur. Elektron məhkəmə informasiya sisteminə baxı keçrilərkən müəyyən edilmşdir ki, Pənah Quliyev 25 may 2024-cü il tarixdə ölkə hüdudlarını tərk etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” İXM-nin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş EQ 24983985 saylı, xx.xx.2024-cü il tarixli qərarın təsviri hissəsindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon 10. 5. GPS: 40 567463,49.686939 təyinat nöqtələrində, xx.xx.2024-cü il tarixdə, saat 09:09 radələrində Pənah Quliyev nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” AR Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxış keçirmədən idarə etmiş, bu səbəbdən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin göründüyü kimi Pənah Quliyev göstərilən tarixdə respublika ərazisində olmamış, belə olan halda həmin avtomobilin hərəkətdə olması, idarə edilməsi ağlabat qəbul edilməməlidir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin məcəllənin 53.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata eyni zamanda təqsirlilik sübuta yetirilmədikdə xitam verilir. Yuxarıda sadalanan bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, Pənah Quliyev barəsində Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ 24983985 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və İXM-nin 53.1.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. X1 İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmş EQ 24983985 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-671/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-671/2025
03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver