Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-672/2021 23.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən 23.02.2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək barəsində protokol tərtib olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-10651/2017 saylı, 21.11.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs X7 xeyrinə 23.07.2010-cu il təvəllüdlü X6 və 19.06.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 16.06.2017-ci il tarixdən başlayaraq, hər ay, hər uşağa görə 137 manat olmaqla, cəmi 274 manat məbləğində aliment tutulmalıdır. Hazırda 10456 manat borc yaranmşdır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2971/2019 saylı, 18.06.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs və X1 müştərək qaydada 30 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə 5.147,97 manat əsas borc, 2.596,5 manat faiz borcu, 50 manat cərimə və kredit müqaviləsi üzrə 30 iyul 2017-ci il tarixdən 16 yanvar 2019-cu il tarixədək gecikdirirlmiş vaxt üçün illik 5%-lə hesablanmış 351,25 manat məbləğində əldə çıxmış fayda olmaqla, ümumilikdə 8.145 manat 72 qəpik məbləğində borc “xxxx” İKB ASC-nin xeyrinə tutulmalıdır. Hazırda 7766 manat borc yaranmşdır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-17170/2017 saylı, 14.11.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 212 manat əsas borc, 64 manat cərimə, cəmi 276 manat pul və dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Bakı Hərbi Məhkəməsinin 1(093)-108/2016 saylı, 04.11.2016-cı il tarixli icra sənədinə əsasən Şəxs vəzifəli şəxsə rüşvət vermək adı ilə dələduzluq yolu ilə ələ keçirdiyi 2000 manat məbləğində pul vəsaiti Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi ondan tutularaq dövlət nəfinə alınmalıdır. Qubadlı rayon Məhkəməsinin 2(028)-1137/2016 saylı, 20.10.2016-cı il tarixli icra sənədinə əsasən X8 və Şəxs müştərək qaydada 5915,71 manat məbləğində əsas, 1014,59 manat faiz, cəmi 6930,30 manat və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində pul “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2841/2020 saylı, 02.11.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 11390.40 manat pul və 30 manat dövlət rüsumu tutularaq X9 ödənilməlidir. Lakin heç bir ödəniş edilməmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5170/2018 saylı, 30.04.2018ci il tarixli icra sənədinə əsasən Şəxs “xxxx” MMC-nin xeyrinə 840 manat borc, 20 manat məbləğində dövlət rüsumu, ümumilikdə 860 manat pul tutulmalıdır. Lakin heç bir ödəniş edilməmişdir. Şabran rayon Məhkəməsinin 2(031)-1288/2016 saylı, 01.09.2016-cı il tarixli icra sənədinə əsasən X10, X3 və Şəxs müştərək qaydada 7862,79 manat məbləğində kredit borcu, 2235 manat məbləğində faiz borcu və 1675,71 manat məbləğində cərimə olmaqla, cəmi 11773 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu “xxxx” QSC-nin xeyrinə tutulmalıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-10651/2017 saylı, 21.11.2017-ci il tarixli icra sənədinə əsasən ondan X7 xeyrinə 23.07.2010-cu il təvəllüdlü X6 və 19.06.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 16.06.2017ci il tarixdən başlayaraq, hər ay, hər uşağa görə 137 manat olmaqla, cəmi 274 manat məbləğində aliment tutulmalıdır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2971/2019 saylı, 18.06.2019-cu il tarixli icra sənədinə əsasən ondan və X1 müştərək qaydada 30 iyul 2014cü il tarixli kredit müqaviləsi üzrə 5.147,97 manat əsas borc, 2.596,5 manat faiz borcu, 50 manat cərimə və kredit müqaviləsi üzrə 30 iyul 2017-ci il tarixdən 16 yanvar 2019-cu il tarixədək gecikdirirlmiş vaxt üçün illik 5%-lə hesablanmış 351,25 manat məbləğində əldə çıxmış fayda olmaqla, ümumilikdə 8.145 manat 72 qəpik məbləğində borc “xxxx” İKB ASC-nin xeyrinə tutulmalıdır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-17170/2017 saylı, 14.11.2017-ci il tarixli icra sənədinə əsasən ondan 212 manat əsas borc, 64 manat cərimə, cəmi 276 manat pul və dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Bakı Hərbi Məhkəməsinin 1(093)-108/2016 saylı, 04.11.2016-cı il tarixli icra sənədinə əsasən onun vəzifəli şəxsə rüşvət vermək adı ilə dələduzluq yolu ilə ələ keçirdiyi 2000 manat məbləğində pul vəsaiti Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi ondan tutularaq dövlət nəfinə alınmalıdır. Qubadlı rayon Məhkəməsinin 2(028)-1137/2016 saylı, 20.10.2016-cı il tarixli icra sənədinə əsasən X4 və ondan müştərək qaydada 5915,71 manat məbləğində əsas, 1014,59 manat faiz, cəmi 6930,30 manat və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində pul “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2841/2020 saylı, 02.11.2020-ci il tarixli icra sənədinə əsasən ondan 11390.40 manat pul və 30 manat dövlət rüsumu tutularaq X9 ödənilməlidir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5170/2018 saylı, 30.04.2018-ci il tarixli icra sənədinə əsasən ondan “xxxx” MMC-nin xeyrinə 840 manat borc, 20 manat məbləğində dövlət rüsumu, ümumilikdə 860 manat pul tutulmalıdır. Şabran rayon Məhkəməsinin 2(031)-1288/2016 saylı, 01.09.2016-cı il tarixli icra sənədinə əsasən X10, X3 və ondan müştərək qaydada 7862,79 manat məbləğində kredit borcu, 2235 manat məbləğində faiz borcu və 1675,71 manat məbləğində cərimə olmaqla, cəmi 11773 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu “xxxx” QSC-nin xeyrinə tutulmalıdır. Maddi imkanı aşağı olduğundan ödəniş edə bilmədiyini, hal-hazırda heç bir yerdə işləmədiyini, işlə təmin olunması üçün Məşğulluq İdarəsinə müraciət etdiyini, lakin Məşğulluq İdarəsindən heç bir iş təklif edilmədiyini bildirdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 100.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokolda, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilir. Məhkəmə Şəxs izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər üzrə İcra idarəsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında Şəxs məşğulluq İdarəsində qeydiyyatda olubolmaması, əməlin qərəzli olub-olmaması araşdırılmamışdır. Bununla da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərinə əsasən Şəxs barəsində məhkəməyə təqdim edilmiş sənədlər natamamdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 23.02.2020ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra idarəsinə geri qaytarılsın. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-672/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-672/2021
23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver