Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-672/2023 14.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Məmmədov icraatımda olan Sumqayıt şəhər polis idarəsi 5-ci polis bölməsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 14 mart 2023-cü il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə İlahə kərimovanı nalayiq ifadələrlə təhqir edərək xırda xuliqanlıq etmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər İXM-nin 100, 106.0.3 və 109.1.6-cı maddələrinin tələbinə əsasən onu tərtib etmiş orqana geri qaytarılmalıdır. İXM-nin 510-cu maddəsinin dispozitsiyasına əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol İXM-nin 100-cü maddəsinin tələblərinə uyğun tərtib olunmamışdır. Belə ki, iş materiallarında olan inzibati protokolun inzibati xətanın mahiyyəti hissəsində Şəxs tərəfindən inzibati xətanın törədildiyi yer və vaxt qeyd edilməmişdir. Göründüyü kimi Sumqayıt şəhər polis idarəsi 5-ci polis bölməsinin sahə rəisi Rəşad Cəfərov tərtib eidiyi inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələblərini pozmuşdur. Yuxarıda qeyd edilən pozuntular Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun baxılmasını mümkünsüz etdiyindən, hazırkı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmadan onu tərtib edən orqana geri qaytarılmalıdır. İXM-nin 106.0.3-cü madəsinə əsasən hakim inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini yoxlayır. Həmin məcəllənin 109.1.6-ci maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmasına dair qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 106, 109-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Sumqayıt şəhər Polis İdarəsi 5-ci polis bölməsinin sahə rəisi Rəşad Cəfərov tərəfindən Şəxs barəsində tərtib olunmuş 14 mart 2023-cü il tarixli, MN № ******* №li inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlər onu tərtib edən oraqna, yəni Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinə geri qaytarılsın. Hazırkı qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-672/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-672/2023
14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver