Məhkəmə qərarları › İş №3(060)-673/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-673/2021

23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-673/2021 23.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs – Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, subay, əvvəllər məhkum olunmuş Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 3-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində 23 fevral 2021-ci il tarixdə inzibati xəta haqqında ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, o, 23.02.2021-ci il tarixində saat 01:20-də Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində polis əməkdaşının qanuni tələbəinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokol tərtib etmiş şəxs – Sumqayıt ŞPİ-nin -3-cü PB-nin sahə rəisi, X2 bildirdi ki, Şəxs barəsində 23 fevral 2021-ci il tarixdə inzibati xəta haqqında ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, o, 23.02.2021-ci il tarixində saat 01:20-də Sumqayıt şəəri 6cı mikrorayon ərazisində polis əməkdaşının qanuni tələbələrinə tabe olmamışdır. Hadisə baş verən zaman özü orada olmamışdır. Bu səbəbdən də Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş etdi. Barəsində protokol tərtib edilmiş Şəxs izahatlında bildirdi ki, protokol tərtib etmiş şəxs tərəfindən verilmiş məlumat həqiqətə uyğun deyildir. Çünki o, həqiqətən də 22.02.2021-ci il tarixdə soyuducu ustası olduğundan sifarişlə bağlı getmiş və daha sonra oradan çıxaraq dostları ilə görüşmüşlər və gecə saatlarına qədər onlarla olmuşdur. Usta olduğundan təmir alətləri daim onun idarə etdiyi avtomobildə olur. 23.02.2021-ci il tarixində onun həyətdə qonşusu ilə mübahisəsi olduğundan post patrul xidmətinin əməkdaşları ona yaxınlaşaraq onu bölməyə dəvət etmişlər. O da heç bir müqavimət göstərmədən dərhal razılaşaraq polis avtomobilinə minərək bölməyə gəlmişdir və daha sonra onun barəsində protkol tərtib edərək məhkəməyə gətirmişlər. X1 hüquqlarını müdafiə etdiyi şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz başlanmış icraata isə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta haqqına protokolda qeyd olunmuş İXMnin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətməsi sübuta yetmədiyindən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə başlanılmış inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 114-115-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXMnin 53.0.1-ci maddəsinə əsasən yəni inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil X5 tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB**********2500366125 VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar