Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-673/2023 06.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərar qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X3, Qərardan şikayət etmiş şəxs X4 iştirakı ilə, Qərardan şikayət vermiş şəxs X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərardan verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət vermiş şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərardan şikayət verərək həmin qərarın ləğv edilməsi və inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X9 bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı regional şöbəsinin rəisinin iızibati xəta haqqında iş üzrə xx.xx.2023-cü il tarixli, MN ******* №-li qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2100 (iki min yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Aşağıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, X5 Xidmətinin Abşeron Xızı regional şöbəsinin rəisinin barəsində inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı əsassızdır, buna görə də ləğv edilməlidir. Şikayət verdiyi inzibati xəta haqqında iş üzrə qərardan göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmağı üçün səbəb "xxxx" MMC-nin işçisi olmuş X7 ilə guya xx.xx.2021-ci il tarixində baş vermiş istehsalatda bədbəxt hadisənin baş vermə faktının gizlədilməsi olmuşdur. X11 "xxxx" MMC-də işlədiyi dövrdə istehsalat zədəsi alması və sair barədə onun heç bir məlumatı olmamışdır. İstehsalatda bədbəxt hadisənin guya baş verdiyi tarix kimi xx.xx.2021-ci il tarixi göstərilmişdir. Lakin həmin tarix ümumiyyətlə qeyri-iş günü olan şənbə günüdür. Bundan əlavə İsa Qədirov tibb müəssisəsinə müraciət etdiyi zaman ondan alınmış izahatında da hadisənin iş yerində deyil, yaşadığı mənzildə baş verdiyini qeyd etmişdir. Bədbəxt hadisənin baş verdiyi iddia olunan tarixdən cəmi 04 (dörd) gün sonra "xxxx" MMC-nin təsisçisinin qərarı ilə o həmin MMC-nin direktoru vəzifəsindən azad olunmuşdur. Təbii ki, bundan sonra həmin müəssisədə baş verən hadisələrdən və gedən proseslərdən xəbərsiz olmuş və bu proseslərə təsir etmək imkanı olmamışdır. Bundan əlavə X5 Xidmətinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 53.1.6-cı naddələrinin tələbləri pozularaq, inzibati məsuliyyətə cəlb etmə müddətinin bitməsinə baxmayaraq barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Belə ki, istehsalatda bədbəxt hadisənin guya baş verdiyi tarix kimi xx.xx.2021-ci il tarixi göstərildiyi halda, barəsində olan inzibati xəta haqqında iş üzrə qərar isə bu tarixdən 02 (iki) il 01 (bir) aydan artıq müddət keçdikdən sonra qəbul edilmişdir. Halbuki, həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati xətanın törədilməsi iddia olunan dövrdə qüvvədə olmuş redaksiyasına görə, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 03 (üç) ay keçənədək verilə bilərdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qərar tamamilə qanunsuz və əsassızdır. Həmin qərar ləğv edilməlidir. Ona görə də, məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı regional şöbəsinin barəsində qəbul etdiyi xx.xx.2023cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X8 izahat verərək bildirdi ki, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-də baş vermiş istehsalatda bədbəxt hadisənin baş verməsi ilə bağlı X7 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı regional şöbəsinə müraciət etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, İ.Qədirov İş yerində xəsarət almışdır. Tərəflərindən "xxxx" MMC-yə müraciət olunmuş, "xxxx" MMC müraciətə cavab olaraq hadisənin həmin tikinti şirkətində baş vermədiyini bildirmişdir. İ.Qədirovun ilkin tibbi müayinə olunduğu xəstəxanaya sorğu verilmiş, xəstəxanadan sorğuya cavab olaraq İ.Qədirov onlara xəsarəti evdə aldığını dediyini bildirmişlər. Lakin sonradan araşdırma zamanı İ.Qədirovun xəsarəti evdə almadığı müəyyən edilmişdir. Hal-hazırda araşdırmanın davam etdiyini, İ.Qədirovla birgə işləyən şahidlərin müəyyən edilməsinin mümkün olmadığını bildirdi. X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinin tələblərinə əsasən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə görə həmin Məcəlləsinin 555.3-cü maddəsi ilə təqsirli bilinərək 2100 (iki min yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMCnin direktoru X9 tərəfindən işçi X2 xx.xx.2021-ci il tarixdə xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin baş vermə faktı gizlədilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217.4-cü maddəsinin tələbləri pozulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MN ******* №-li qərardan görünür ki, "xxxx" MMC-nin direktoru X9 tərəfindən işçi X2 xx.xx.2021-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisənin baş vermə faktnın gizlədilməsinə görə X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə təqsirli bilinərək 2100 (iki min yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin ümumi yığıncağının xx.xx.2021-ci il tarixli qərarından görünür ki, cəmiyyətin cari fəaliyyətinə rəhbərlik edəcək direktor X1 təyin edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında işdə olan materialları tədqiq edərək hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3ci maddəsi ilə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* №-li qərar xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-ci maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə ki, iş materiallarından göründüyü kimi, "xxxx" MMC-də istehsalatda bədbəxt hadisə xx.xx.2021-ci il tarixdə baş versə də, "xxxx" MMC-nin direktoru işləmiş X4 barəsində inzibati təhbeh vermə haqqında qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Bununla da, inzibati tənbeh tətbiq edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən X9 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53.1.6 və 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X4 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-673/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-673/2023
06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver