Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-673/2025 01.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Yadigar qızının sədrliyi, X2 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 26597865 saylı X1 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X4 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsindən görünür ki, xx.xx.2025 tarixində saat 09:16:27, 77FL157 dövlət qeydiyyat nişanlı avtomobilə M1, E119, AH8 Bakı-Quba-Rusiya yolunun 28 km-də yolda müəyyən edilmiş sürət həddini aşmaqla bağlı cərimə protokolu tərtib olunub. Ancaq bu hansısa radar müşahidə kamerası tərəfindən deyil, yol kənarında dayanan polis əməkdaşı (Ələkbərov Yusif) tərəfindən qeydə alınaraq tərtib olunub. Sürət həddinin 60 km/saat olduğu yolda 93 km/saat getdiyi iddia olunur. Bu cərimə protokulunda qeydə alınan videodan və fotoşəkildən də aydın olur ki, sürət həddini aşan o deyil, eyni zamanda önündə hərəkət edən mercedes markalı minik avtomobili olub. Polis əməkdaşı dövlət qeydiyyat nişanlarını səhv salaraq cərimə protokolunu ona tətbiq etmişdir. Çəkilən fotoşəkildə 77FL157 qeydiyyat nişanlı avtomobil yoxdur. Bu məsələyə yenidən baxılmasını və araşdırılmasını xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümjkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, EQ 26597865 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 50 (əlli) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 328.2-ci maddəsinə əsasən “Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir.” - Bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. “Yol hərəkəti haqqında” Qanununun: - 37-ci maddəsinin İ hissəsinin 4-cü bəndinə əsasən “mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir.” Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən göründüyü kimi “Hyundai İ30 minik” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Bakı-Quba-Rusiya yolunun 28 km-də müəyyən edilmiş 60 km/saat sürət həddini aşaraq 93 km/saat sürətlə avtomobili idarə etmiş və qeyd olunan inzibati xəta xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmişdir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə qeyd edir ki, X4 hazırda barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, məhkəmə həmin protokolun düzgünlüyü qənaətinə gəlir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X3 inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təkzib olunur, onun şikayəti məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 26597865 saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və X3 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X4 tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 26597865 saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən X4 barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 26597865 saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-673/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-673/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver