Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-674/2021 04.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 19 fevral 2021-ci il tarixli, 00700-0054/21 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən 19 fevral 2021-ci il tarixli, 00700-0054/21 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Şəxs MMC (VÖEN: **********) 1 nömrəli, 11.06.2020-ci il tarixli müqaviləyə əsasən, dəyəri 12769,42 (on iki min yeddi yüz altmış doqquz dollar qırx iki sent) ABŞ dolları olan yükü Sumqayıt Baş Gömrük idarəsində 18.06.2020-ci il tarixli **********8547 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə konsiqnasiya yolu ilə ixrac etməsi və ixrac olunan malın müqabilində əldə olunmuş, şirkətin müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 12769,42 (on iki min yeddi yüz altmış doqquz dollar qırx iki sent) ABŞ dolları məbləğində xarici valyutanı geri qaytarmaması barədə Sumqayıt Baş Gömrük İdarəsinin Təhqiqat Bölməsinə 34/012/000293 saylı, 01.02.2021-ci il tarixli raport daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 izahatında bildirdi ki, Şəxs MMC (VÖEN: **********) 1 nömrəli, 11.06.2020-ci il tarixli müqaviləyə əsasən, dəyəri 12769,42 (on iki min yeddi yüz altmış doqquz dollar qırx iki sent) ABŞ dolları olan yükü Sumqayıt Baş Gömrük idarəsində 18.06.2020-ci il tarixli **********8547 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə konsiqnasiya yolu ilə ixrac etməsi və ixrac olunan malın müqabilində əldə olunmuş, şirkətin müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 12769,42 (on iki min yeddi yüz altmış doqquz dollar qırx iki sent) ABŞ dolları məbləğində xarici valyutanı geri qaytarmamışdır və buna görə də Şəxs MMC barəsində 19 fevral 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, Şəxs MMC barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 izahatında bildirdi ki, 01.07.2020-ci il tarixdən Şəxsndə əmək müqaviləsi üzrə iqtisadçı vəzifəsində işləyir. Əməkdaşı olduğu "Şəxs” MMC plastik məhsullarının istehsalı, satışı və ixracı ilə məşğul olur. 18.06.2020-ci il tarixdə “Plastik kütlədən damcılı suvarma boruları” və buna uyğun fitinqləri ümumilikdə 12796,42 ABŞ dolları məbləğində olan yükü Rusiya Federasiyası, Dağıstan Respublikasında fərdi sahibkarlıqla məşğul olan X5 11.06.2020-ci il tarixdə bağlanmış müqavilə əsasında ixrac etmişlər. Fərdi sahibkar tərəfindən malların satışı zamanı ilkin partiya borular açılan zaman boruların keyfiyyətində çatışmazlıqlar olduğu müəyyən edilmişdir. Bununla əlaqədar aralarında aparılan uzun müddətli danışıqlar prosesində məhsulun açılmamış hissəsinin geri qaytarılması haqqqında razılıq əldə olunmuşdur. Geri qaytarma prossesinin müddətinin uzanması mövcud pandemiya şəraiti və bu şəraitın dəfələrlə müəyyən müddətə uzadılması ilə əlaqədardır. Həmin malların geri qaytarılması bu günə qədər mümkün olmamışdır. Məhsulun bağlamalardan (rulon) açılmış hissəsinin 1800(bir min səkkiz yüz)ABŞ dolları məbləğində dəyəri hesablarına ödənilmişdir. Hazırda qalan hissənin geri qaytarılması prosesi başa çatmaq üzrədir. Malların geri qaytarılması məsələsində müddətin uzanması mövcud pandemiya şəraiti ilə əlaqədar yolların bağlı olması, gediş-gəlişə məhdudiyyətlər tətbiq olunması və karantin müdddətinin dəfələrlə qeyri-müəyyən müddətə uzadılması əsas səbəb olmuşdur. Aralarında olan razılaşmaya əsasən qarşıdakı həftədə malların qaytarılması təmin olunmalıdır. Malların keyfiyyətində problemlərin aşkarlanması ilə əlaqədar geri qaytarılması üçün şifahi və yazılı razılaşmanın olduğuna görə məbləğin tam ödənilməsini təmin etmək mümkün olmamışdır. İxrac etdikləri plastik kütlədən damcılı suvarma boruları texnoloji prosesində əritmə soyutma texnologiyasından istifadə olunduğu üçün malların keyfiyyətində texnoloji cəhətdən müəyyən çatışmazlıqların olması yol verilə bilən haldır. Lakin bunlara baxmayaraq əməlin ictimai təhlükəliliyini anlayırlar. Əgər mal ixrac olunubsa onun qarşılığında pul vəsaiti geri qaytarılmalıdır. Ancaq mövcud pandemiya və malların bəzi hissəsinin keyfiyyətində problemlərin çıxmasına görə xarici valyuta vəsaitlərini tam şəkildə geri qaytara bilməmişlər. Ancaq 1800 (bir min səkkiz yüz) ABŞ dolları məbləğində xarici valyuta Şirkətin müvəkkil bank olan “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabınaa ödənilmişdir. Tez bir zamanda məhsulların qalan hissəsi də geri qaytarılacaqdır. Nazirlər Kabınetinin qərarları ilə elan olan karantin müddətləri konkret vaxtı nəzərdə tutsa da hər dəfə sonradan daha yeni müddətə karantinlər elan olunmuş və quru yolları açılmamışdır və nə vaxt açılacağı da qeyri-müəyyəndir. Həmçinin təsdiq edərək bildirdi ki, yüklərin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi ilə bağlı hər hansı bir məhdudiyyət olmamışdır. Sadəcə, keyfiyyətlə bağlı sualların araşdırılması məqsədi ilə nümayəndələrnin Rusiya Federasiyasına göndərilməsi mümkün olmamışdır. 180 (yüz səksən) gün müddətinin buraxılması fors-major halına səbəb ola biləcək ümumdünya səviyyəsində elan olunmuş pandemiya hadisəsi ilə əlaqədar şəraitlə bağlıdır və fors-major halında belə halların üzrlü səbəb kimi qəbul olunması məntiqlidir və müddətlərin axımı dayandırıla bilər. Bunun nəzərə alınmasını bir daha xahiş edərək hüquqi şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq, Sumqayıt Baş Gömrük İdarəsinin və hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, Şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş üzrə “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında 19 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Sumqayıt Baş Gömrük İdarəsində 18.06.2020-ci il tarixli **********8547 saylı Gömrük bəyannaməsi ilə “İxrac” gömrük prosedurunda rəsmiləşdirilmiş “Plastik kütlədən damcılı suvarma boruları” yükü Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmış, lakin həmin yükün müqabilində şirkətin müvəkkil bankdakı hesabına (AR Prezidentinin 24.07.1997-ci il tarixli 609 nömrəli Fərmanı) məcburi köçürülməli olan 12769,42 (on iki min yeddi yüz altmış doqquz dollar qırx iki sent) ABŞ dolları məbləğindən 1800 ABŞ dolları köçürülmüş, lakin 10969,42 ABŞ dolları məbləğində xarici valyuta vəsaitləri xaricdən qaytarılmamışdır. İş materiallarında olan 18.06.2020-ci il tarixli **********8547 sorğu nömrəli Gömrük Bəyənnaməsindən görünür ki, Şəxs MMC (VÖEN **********) 12769,42 (on iki min yeddi yüz altmış doqquz dollar qırx iki sent) ABŞ dolları məbləğində malları konsiqnasiya yolu ilə ixrac edilmişdir. İş materiallarında olan xxxx ASC tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinə ünvanlanmış 11 fevral 2021-ci il tarixli 49 nömrəli məktubdan görünür ki, Şəxs MMC-nin xxxx ASC-də olan hesabına **********8547 sorğu nömrəli Gömrük Bəyənnaməsi ilə ümumi dəyəri 12769,42 USD təşkil edən malların müqabilində 09.02.2021-ci il tarixində 1800 USD daxil olunmuşdur. Azərbaycan Respublikasının prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları”-nın 12-ci bəndinin icrasının təmin edilməsi və eyni zamanda qanunun 12.2 və 12.3-cü bəndələrinin tələblərinə əsasən 180 gün müddətində xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçı nın Azərbaycan Respulikasında müvəkkil bankdakı olan hesabına köçürülməsinın təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC (VÖEN **********) barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın obyekti olmuş 10969,42 (on min doqquz yüz altmış doqquz dollar qırx iki sent) ABŞ dolları valyuta vəsaiti məbləğinə münasibətdə tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Sumqayıt şəhəri, 2 MKR, ev 23/19, mənzil 48 ünvanında qeydiyyatda olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 10969,42 (on min doqquz yüz altmış doqquz dollar qırx iki sent) ABŞ dolları pul vəsaitinin 30 (otuz) faizi məbləğində yəni, 3290,82 (üç min iki yüz doxsan dollar səksən iki sent) ABŞ dolları məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-674/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-674/2021
04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver