Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-676/2021 11.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 katibliyilə, şikayət vermiş şəxs X7 iştirakı ilə, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair 19.07.2020-ci il tarixli, TP ******* saylı qərardan X14 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X14 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200,00 manat məbləğində cərimə edilməsi barədə Qubadlı rayon polis idarəsi Dövlət yol polis şöbəsinin 19.07.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X14 şikayətində göstərmişdir ki, Qubadli rayon polis idarəsinin Dövlət yol polis şöbəsinin əməkdaşı polis serjantı X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi əsasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərək 200,00 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarın mövcudluğundan Sumqayıt şəhəri üzrə İcra idarəsinin İcra məmuru Anar Hacıyevin onu məlumatlandırmasından sonra məlumatı olmuşdur. İnzibati tənbeh vermə haqqında qərarı rəsmi qaydada 17 fevral 2021ci il tarixində almışdır. Hazırda qərarı 17 fevral 2021-ci il tarixdə alındığından həmin qərardan şikayət vermə müddəti ötürməmişdir. Hazırki inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Həmin qərara nəzər salarkən qərarda qeyd olunur ki, 19.07.2020-ci il tarixdə saat 11.25 radələrində Xətai küçəsində nəqliyyat vasitəsini idarə edərkən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması nəticəsində inzibati xəta törədilmişdir. Lakin həmin qərarda hansı dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyim qeyd olunmamışdır. Onun ümumiyyətlə avtomobilim yoxdur. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 23.02.2021ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Şikayətə baxılması 05 mart 2020-ci il tarixə təyin edilmişdir. Lakin Qubadlı rayon polis şöbəsinə 05.03.2021-ci il tarixdə sorğu verilsə də sözü gedən sorğuya cavab məhkəməyə daxil olmadığından və məhkəmə iclasına qərarından şikayət verilmiş orqan nümayəndəsi gəlmədiyindən işin baxılması 11 mart 2021-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Qubadlı Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin nümayəndəsi məhkəməyə gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X14 şikayətinə uyğun izahat verərək şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X14 barəsində 19.07.2020-ci il tarixdə saat 11:25-də İXP ******* saylı protokol tərtib olunmuş və həmin protokola əsasən 19.07.2020-ci il tarixdə TP ******* saylı qərar qəbul edilərək X14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq 200,00 manat məbləöində cərimə olunmuşdur. X14 həmin qərarı 17.02.2021-ci il tarixdə əldə etdiyini bildirdiyindən, məhkəmə hesab edir ki, X14 qərardan şikayət vermə müddətini ötürməmişdir. Məhkəmənin X7 xüsusi karantin rejimində (19.07.2020-ci il tarixdə, saat 11:25-də) elektron icazə və sms icazəsi olub-olmaması barədə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qubadlı rayon polis şöbəsindən 11.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuş çıxarışdan görünür ki, ölkədə yaranmış xüsusi karantin rejimi ilə əlaqədar olaraq X9 19.07.2020-ci il tarixdən saat 11:25-də elektron icazə və sms icazə verilməmişdir. İş materiallarına əlavə olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, X7 barəsində inzibati xəta haqqında protokol 19.07.2020-ci il tarixdə, saat 11:25-də tərtib olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X7 19.07.2020-ci il tarixdə ölkədə yaranmış xüsusi karantin rejimi ilə əlaqədar olaraq icazəsi olmamışdır. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVİD-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejimi 2020-ci il 5 iyuldan 20 iyuladək uzadılmışdır. Fəaliyyətinə icazə verilən qurum və sahələrin işləyən əməkdaşları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarı üzrə müəyyən edilmiş qaydalara uyğun olaraq xidməti vəsiqələr və ya “icaze.e-gov.az” portalı vasitəsi ilə hərəkət edə bilərlər. Azərbaycan Respublikası Prezidenti Yaninda Vətandaşlara Xidmət və Sosial İnavasiyalar üzrə X2 X8 Mərkəzi və X10 birgə ərsəyə gətirdiyi 8103 SMS icazə sistemi vasitəsilə Xüsusi Karantin Rejiminin X1 müəyyən olunmuş qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Evdən çıxmalarına dair sms əldə etmək üçün vətəndaşlar mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərirlər. İcazələrin məqsədinə dair 3 kod təyin edilib. 1 nömrəli kod təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədardır. İcazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir. Müalicə prosedurunun müddəti uzanarsa, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir. 2 nömrəli kod ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçündür. (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir); 3 nömrəli kod yaxın qohumun dəfnində iştirak üçündür. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS icazənin alınması tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər". Məhkəmə qeyd edir ki, X7 barəsində inzibati xəta haqqında protokol tərtib olunan gün, yəni 19.07.2020-ci il tarixdə icazəsi olmadığından İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsinin tələbini pozduğuna görə onun şikayəti təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair 19.07.2020-ci il tarixli TP ******* saylı qərardan X14 tərəfindən verilmiş şikayət təmin olunmasın, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-676/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-676/2021
11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver