Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-676/2023 28.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs– Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Şəxs idarə etdiyi özünə məxsus Cehvrolet Cruze markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 24 dekabr 2022-ci il tarixdə saat 23:30 radələrində Sumqayıt şəhəri Polad Həşimov küçəsi ilə hərəkətdə olan zaman həmin küçənin Nərimanov küçəsi ilə kəsişməsində işıqforun qadağanedici işarəsində hərəkətini davam etdirmiş, Nərimanov küçəsində işıqforun yaşıl işığında düzünə hərəkətdə olan Kia Cerato minik markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxmaqla toqquşmuş və nəticədə sürücü Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o hərbi qulluqçudur və hal-hazırda N saylı hərbi hissədə xidmət edir. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən Bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 43.4-cü maddəsinə əsasən bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs hazırda N saylı hərbi hissədə qulluq edən hərbi qulluqçu olduğundan inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə baxılması üçün İXM-nin 110.1-ci maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43.4 və 109.1.7-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-676/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-676/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver