Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-676/2024 28.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Lokal Vergilər Departamenti tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolun ləğv edilməsinə dair Azər Mərdanov tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq müəyyən etdi: Azər Mərdanov Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Lokal Vergilər Departamenti tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Lokal Vergilər Departamenti tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokoldan Azər Mərdanov tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Belə ki, qanunvericilikdə protokoldan şikayət vermə hüququ nəzərdə tutulmamış və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar iş materiallarına əlavə edilməmişdir. Həmçinin şikayət onu vermiş Azər Mərdanov tərəfindən imzalanmamışdır. Ona görə də, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Lokal Vergilər Departamenti tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokoldan Azər Mərdanov tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsinə əsasən, məhkəmə qərara aldı: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Lokal Vergilər Departamenti tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolun ləğv edilməsinə dair Azər Mərdanov tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra Azər Mərdanova yenidən məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-676/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-676/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver