Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-677/2025 01.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Kərəmov Həsən Kərəm oğlunun iştirakı ilə, Kərəmov Həsən Kərəm oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 26569193 saylı qərarından Kərəmov Həsən Kərəm oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Kərəmov Həsən Kərəm oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək EQ 26569193 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, EQ 26569193 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 346.4-cü maddəsi ilə təqsirli bilinib 80 manat məbləğində cərimə olunmuşdur. Ona bu inzibati xəta haqqında qərar yolun hərəkət istiqamətdə durması və dayanmasına görə yazılıb, amma o durduğu yer yolun nə sağ çiynidir nə də ki, yolun hərəkət istiqaməti olan yer. Onun maşınının durduğu yer yolun tən ortasında olan ağacın paralel istiqamətidir. Bu yoldan isə heç bir dayanma, durma qadağandır işarəsi göstərilməyib. Yolun cari vəziyyətinin foto şəkillərini sənədə əlavə etmişdir və video qeydi də var. Göründüyü kimi bu maddə ilə inzibati tənbeh edilməsi üçün heç bir qayda pozuntusu etməmişdir. Ağacın yolun ortasında olması və heç bir yol nişanlarının olmaması sürücünün məsuliyyət daşımalı olduğu səbəb deyil. EQ 26569193 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş Kərəmov Həsən Kərəm oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ 26569193 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Kərəmov Həsən Kərəm oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 80 (səksən) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 346.4-cü maddəsinə əsasən “Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir.” Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun: - 11-ci maddəsinin İİ hissəsinə əsasən nəqliyyat vasitələri yol hərəkəti qaydalarına uyğun olaraq, ancaq yolun hərəkət hissəsində hərəkət edə bilərlər. Nəqliyyat vasitəsinin yol çiyini ilə hərəkətinə yalnız dar yollarda başqa nəqliyyat vasitəsi ilə toqquşmamaq, habelə qısamüddətə dayanmaq üçün icazə verilir. - 43-cü maddəsinin İİ hissəsinin 3-cü bəndinə əsasən 5.15 və ya 6.11 nişanları ilə işarə edilmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanmaq və ya durmaq qadağandır. - 52-ci maddəsinin İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. - 52-ci maddəsinin Vİ hissəsinin 1 və 2-ci bəndinə əsasən dayanmanın qadağan edildiyi yerlərdə və yaşayış məntəqələrindən kənarda — yolların hərəkət hissəsində dayanma qadağandır. İş materiallarında olan fotoşəkildən görünür ki, “Chevrolet Orlando minik” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil Babək küçəsində yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmış, bununla da Kərəmov Həsən Kərəm oğlu dayanma durma qaydasını pozaraq qadağan olunan yerdə avtomobilini saxlamış və yol hərəkəti qaydaları pozulmuşdur. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə qeyd edir ki, Kərəmov Həsən Kərəm oğlu hazırda barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, məhkəmə həmin protokolun düzgünlüyü qənaətinə gəlir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, Kərəmov Həsən Kərəm oğlunun inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təkzib olunur, onun şikayəti məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 26569193 saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Kərəmov Həsən Kərəm oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Kərəmov Həsən Kərəm oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 26569193 saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Kərəmov Həsən Kərəm oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Kərəmov Həsən Kərəm oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 26569193 saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-677/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-677/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver