Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-678/2021 23.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi polis mayoru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə 04.05.1987-ci ildə Qubadlı rayonu, Novlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Novlu kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 21-ci məhəllə, yataqxana 19, otaq 29 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 22 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN seryalı ******* №li protokol tərtib olunmuşdur ona görə ki, 28.01.2021-ci il tarixində saat 18:30-da yaşadığı yataqxananın dəhlizində Zərərçəkmiş şəxs döymüşdür. Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 4cü polis bölməsinin sahə rəisi polis mayoru X3 məhkəmədə verdiyi izahatında göstərdi ki, Şəxs barəsində 22 fevral 2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN seryalı ******* №li protokol tərtib olunmuşdur ona görə ki, o 28.01.2021-ci il tarixində saat 18:30-da yaşadığı yataqxananın dəhlizində X4 döymüşdür. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən 14.02.2021ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət təqibinə xitam verilmişdir. Lakin, Şəxs əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarın surəti Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə göndərilmiş, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə özünü təqsirli bilərək, izahatında bildirdi ki, Orxan və Arifə adlı şəxslərlə qonşudular, Orxan və arvadı Arifə ilə aralarında daima münaqişələri olmuşdur. 28.01.2021-ci il tarixdə təxminən saat 18:30 radələrində yaşadıqları yataqxanada olarkən Arifə ilə aralarında mübahisə yaranmış, mübahisıə zamanı Arifənin əri Orxan onun üzərinə hücum çəkərək onu döyməyə başlamışdır. Daha sonra isə Orxanın arvadı Arifə də onu döydüyündən, o da Arifəni vurmuşdur. Hadisə 5-10 dəqiqə davam etmişdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirdi ki, Məlahətlə aralarında heç vaxt normal qonşuluq münasibətləri olmamışdır. Məlahət daima qonşuqluda mübahisələr yaratmışdır. 28.01.2021-ci il tarixdə təxminən saat 18:30 radələrində yaşadığı ünvanda olan zaman Məlahət ucadan nalayiq küçə söyüşləri ilə əri Orxanı heç bir səbəb olmadan söyüb təhqir etmiş, buna görə də Məlahətə öz etirazını bildirmişdir. Məlahət həmin vaxt təkrar onların arxasınca danışdığından aralarında mübahisə yaranmışdır. Məlahət onun üzərinə hücüm çəkmiş, boynundan vuraraq ona xəsarət yertirmişdir. Bundan sonra o DİN-nin 102 xidmətinə məlumat vermişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunla müəyyən olunmuş inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan 14.02.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, məhkəmə-tibb ekspertizasının 30.01.2021-ci il tarixli 114 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər: alnın sol yarısının qançırı, sol yanağın sıyrığı. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışlar, yaranma müddəti zərərçəkmişin müayinəsindən 1 gün əvvəl olmaqla, 28.01.2021-ci il tarixə uyğundur və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri, onun özünün və zərərçəkmişin izahatı, 22 fevral 2021-ci il tarixli, MN seryalı ******* saylı inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xətanın xarakterini xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-678/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-678/2021
23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver