Məhkəmə qərarları › İş №3(060)-678/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-678/2022

09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-678/2022 09.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin 01 fevral 2022-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol və qərarın ləğv edilməsinə dair X1 şikayətinə baxılmağa hazırlanması məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin 01 fevral 2022-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokolun və qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər 09 mart 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsi inzibati xəta haqqında protokolun deyil, inzibati xəta haqqında qərarın mübahisələndirilməsinin mümkünlüyünü nəzərdə tutduğu halda şikayətə əlavə olunmuş sənədlərə inzibati xəta haqqında qərar əlavə olunmamışdır. İnzibati xəta haqqında qərarın mövcudluğu halında həmin qərarla hüquqları məhdudlaşdırılan inzibati xəta törədən şəxs İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada şikayətlə məhkəməyə müraciət edə bilər. Bundan başqa şikayətdən görünür ki, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar 01 fevral 2022-ci il tarixdə qəbul edilmiş, lakin İXM-nin 130.1-ci maddəsinin tələbi pozulmaqla şikayət on gün müddət ötürməklə verilmiş, həmçinin şikayətin ötürülməsinin üzürlü hesab edilməsinə dair vəsatət verilməmişdir. Məhkəmə qeyd edir ki, X1 məhkəməyə təqdim etdiyi sənədlər natamam olduğundan şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İXM-nin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin 01 fevral 2022-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokolun və qərarın ləğv edilməsi barədə şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə X2 geri qaytarılsın. Şikayət vermiş şəxs X2 izah olunsun ki, qərardadda göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar