Məhkəmə qərarları › İş №3(060)-678/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-678/2024

23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-678/2024 23.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 iclas katibliyi, Qərarından şikayət verilmiş şəxs – Sumqayıt ŞPİ-nin DYPŞ YPX inspektoru, polis baş serjantı X1, Qərardan şikayət vermiş şəxs Əliyev Akif Ələs oğlunun iştirakı ilə, Əliyev Akif Ələs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından Əliyev Akif Ələs oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Əliyev Akif Ələs oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Sumqayıt şəhər Polis İdarəsi Dövlət X7 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsindən görünür ki, Sumqayıt ŞPİ-nin DYPŞ Yol Patrul Xidməti tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokola istinadən qəbul edilib. Sözügedən protokolda onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi faktının nə ilə təsdiq olunduğu qeyd edilməyib. xx.xx.2024-cü il tarixdə təxminən 14.40 radələrində "Arxitektura və Dizayn” MMC-yə məxsus olan, xx.xx.2024-cü il tarixdə verilmiş 03 nömrəli yol vərəqəsinə əsasən idarə etdiyi “Mercedes Benz ML 350 minik” markalı **- AA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, 20 Yanvar küçəsi ilə hərəkət edirdi. Həmin küçə qurtardıqda o, sağa Səməd Vurğun küçəsinə dönmək üçün sağa dönmə işığını yandırmış və stop işarasi olduğu üçün avtomobilinin hərəkətini tam dayandırmışdır. Daha sonra sol tərəfdən hər hansı nəqliyyat vasitəsinin gəlmədiyini və heç bir maneənin olmadığını görərək sağa dönmüşdür. Bu zaman YPX əməkdaşı avtomobili saxladaraq ona yolayrıcını düzgün dönmədiyini bildirmişdir. O da həmin şəxsə hansı qaydanı pozduğunu söyləməsini xahiş etmişdir. Əməkdaş stop işarəsində dayanmayaraq, maneəni gözləmədən hərəkət etdiyini söyləmişdir. O da ona stop nişanının tələblərini tam bildiyini, avtomobilin hərəkətini tam olaraq saxladığını, hər hansı maenə olmadığını görüb hərəkət etdiyini bildirmişdir. O, ona görüntü də olduğunu deyərək əlindəki telefonda video göstərmişdir. Ona telefonla çəkilən videonun qanunsuz olduğunu, sübut vasitəsi olmadığını söyləmişdir. Lakin o, məhəl qoymadan telefonla çəkdiyi videonu ona göstərmişdir. Videoya baxdıqda da onun avtomobili tam saxladığı, maneə olmadan rahat yola çıxdığı görünürdü. YPX əməkdaşı isə videodan da onun qayda pozmadığının göründüyünü görərək bu zaman uzaqdan görünən, hərəkətə heç bir maneə yaratmayan avtobusu göstərərək ona maneə yaratdığını söyləmişdir. O isə ona videodan özünün də gördüyünü, avtobusun nə qədər uzaqda olduğunu, ona ümumiyyətlə maneə yaratmadığını, hər hansı qayda pozmadığını bildirmişdir. Lakin o, onun sözlərinə məhəl qoymayaraq, qayda pozmadığını bilə-bilə barəsində protokol tərtib etmişdir. Göründüyü kimi barəsində tərtib edilmiş qərar tam əsassız və qanunsuzdur. Hər birimiz sürücüyük və Bakı-Sumqayıt şəhərləri ərazisində yaşayırıq, həmin ərazilərdə də avtomobil sıxlığı olduğundan əgər ümumiyyətlə nəqliyyat vasitəsi gəlməməsini gözləməli olsaq gərək bütün günü gözləyək. Həmin hal da reallıqda mümkün deyil. Stop nişanının da tələbi oldur ki, avtomobili tam saxlayaraq, hərəkətə maneə olmadığını görüb hərəkət edəsən. O da avtomobilin hərəkətini tam olaraq saxlamış və soldan hər hansı maneənin olmadığını görüb hərəkət etmişdir. YPX əməkdaşının iddiasında da bildirdiyi avtobusun hərəkətinə ümumiyyətlə maneə yaratmamışdır. Avtobus çox uzaqda olub. Həmin avtobus çatana kimi hətta onun kimi bir neçə avtomobil onun hərəkətinə maneə yaratmadan Səməd Vurğun küçəsinə daxil ola bilərdi. Yəni avtobusun hansı masəfədə uzaqlıqda olduğunu izah etməyə çalışır. Əməkdaş əvvəlcə ona avtomobili saxlamadığını bildirir, sonra isə qanunsuz çəkdiyi videoda avtomobili saxladığını görərək uzaqda olan avtobusa maneə yaratdığını bəhanə edir. Ondan başqa YPX əməkdaşının ona telefon ilə çəkdiyi videonu da göstərməsi tam qanunsuzdur. Barəsində tərtib olunmuş protokol və qərarda da hər hansı sübut, video, foto və onların qeyd olunmuş göstəriciləri barədə məlumatlar qeyd olunmayıb. O, həmin videonu yalnız öz qanunsuz marağından ötrü çəkmiş, həmin çəkilişin də əsassız, qanunsuz olduğunu özü bilmiş, ona görə də qərarda onunla bağlı qeyd aparmamışdır. Göstərilənləri nəzərə alaraq Sumqayıt ŞPİ-nin DYPŞ Yol Patrul Xidməti tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP 634273 nömrəli inzibati tənbeh vermə qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi Əliyev Akif Ələs oğlu şikayət ərizəsində qeyd olunanları təsdiq edərək şikayətinin təmin olunmasını və barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin DYPŞ YPX inspektoru, polis baş serjantı X3 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 14:46-da sürücü Əliyev Akif Ələs oğlu **-AA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 20 Yanvar küçəsindən Səməd Vurğin küçəsinə daxil olarkən dayanma nişanını görərək dayanmış, lakin yolayrıcına daxil olarkən soldan gələn ümumi istifadədə olan nəqliyyat vasitəsi avtobusa yol verməmiş, buna görə tərəfindən saxlanılmış, özünü təqdim edərək qayda pozuntusunu ona izah etmiş, sürücü videogörüntü istəmiş, o da vəzifə borcu olmadığı halda videogörüntünü ona göstərmişdir. Daha sonra həmin şəxsə İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilmiş və həmin protokol əsasında 80 manat cərimə olunmuşdur. Həmin videogörüntünü məhkəməyə də təqdim etmişdir. Məhkəmədən qərarın qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Əliyev Akif Ələs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 80 (səksən) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər DYPŞ tərəfindən məhkəməyə təqdim edilmiş diskdən görünür ki, “Mercedes Benz ML 350 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri, 20 Yanvar küçəsindən Səməd Vurğun küçəsinə daxil olarkən düzünə hərəkətdə olan 5 nömrəli marşrut avtobusuna yol verməyərək sağa dönmə əməliyyatı etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir.” “Yol hərəkəti haqqında” Qanununun 36-ci maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən “yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar.” Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də xx.xx.2024-cü il tarixdə “Mercedes Benz ML 350 minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Əliyev Akif Ələs oğlu Sumqayıt şəhəri, 20 Yanvar küçəsindən Səməd Vurğun küçəsi istiqamətinə sağa dönmə əməliyyatı edərkən digər hərəkət iştirakçısına maneə yaradaraq yol hərəkəti qaydalarını pozmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Əliyev Akif Ələs oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Əliyev Akif Ələs oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Əliyev Akif Ələs oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 tərəfindən Əliyev Akif Ələs oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar