Məhkəmə qərarları › İş №3(060)-68/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-68/2023

09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-68/2023 09.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-cı ildə Sumqqyıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə 09 yanvar 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:45 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon, “Kristal Abşeron”un həyətində qeyri rəsmi yaşadığı Zərərçəkmiş şəxs döymüşdür. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 09 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin sahə rəisi, polis mayoru X3 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 18:45 radələrində işdən evə gələrkən yaşadıqları binanın qarşısında Aslan onun qarşısına çıxmış, salam verdikdən sonra ondan haradan gəlməsini soruşmuş, telefonunu alıb mesajlarını yoxlamışdır. Orada Aslanın qısqanclığının ifrat dərəcəsi üstündə aralarında mübahisə baş vermiş, mübahisə zamanı Aslan əvvəlcə onun gödəkçəsinin yaxasından tutaraq onun sifət nahiyəsinə yumruqla iki dəfə vurmuş, sonra isə onu dartaraq yerə yıxmışdır. Bu zaman onlara bir nəfər cavan oğlan yaxınlaşaraq Aslanı tutub ondan kənarlaşdırmış, lakin Aslan yenidən onun üstünə gələrək yumruqla sağ qoluna, təpiklə sağ ayağına vuraraq onu döymüşdür. Daha sonra o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub döyülməsi barədə məlumat vermişdir. Qeyd olunanların nəzərə alınaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində Fəridəyə zəng etmiş ona zəng çatmadığından həyətlərində onu gözləmişdir. Saat 19:30 radələrində Fəridə yaşadığı binanın qarşısından geçərəkən, o Fəridənin qarşısına keçib haradan gəldiyini soruşmuş, o isə işdən gəldiyini bildirmiş, Fəridə ilə söhbət etmək istədiyini deyərək birlikdə binanın yan tərəfindəki qarajların qarşısına gəlmişlər. Orada Fəridədən nəyə görə onun xəbəri olmadan işə düzəlməsini soruşduqda Fəridə ona hesab verməyəcəyini bildirmiş və bu sözdən əsəbləşərək Fəridənin paltarnın yaxasından tutub onu möhkəm silkələmiş, həmin an ayağı sürüşdüyündən Fəridə ilə birgə yerə yıxılmışlar. Yıxıldıqdan sonra Fəridənin paltarından tutub onu ayaq üstə qaldırmışdır. Bu zaman bir nəfər oğlan onlara yaxınlaşıb onun qolundan tutub aralaşmağı ona məsləhət görmüş, o Fərdəni buraxıb kənarlaşdıqda Fəridə öz telefonundan Azərbaycan Respublikası DİN-nin 102 ximdətinə zəng vurub məlumat vermişdir. Törətdiyi əməldən peşman olduğunu və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarından görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon, Kristal Abşeron yaşayış kompleksinin ərazisindəki qarajların yanında aralarında qısqanclıq zəmnində baş verən mübahisə zamanı Zərərçəkmiş şəxs yumruq zərbələri ilə vurub onu yerə yıxararaq sonuncuya sağ bazunun, sağ budun və təpə ənsə nahiyəsinin qançırlarından ibarət olan, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Buna görədə Şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilməmiş, belə ki, sonuncunun törətmiş olduğu əməl yetirdiyi xəsarət dərəcəsinə görə İXM-nin 157-ci maddəsi ilə döymə hesab edilir. Odur ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialla, Şəxs barəsində cinayət təqibi başlanması rədd edilməli, sonuncunun törətmiş olduğu əməli İXM-nin 157-ci maddəsilə tövsüf edilməklə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin 3-cü PB-nə həvalə edilmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin təhqiqatçısı polis mayoru X4 HK-1/243 1 saylı, xx.xx.2022-ci il tarixli yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə də öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 350,00 (üç yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar